Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:27

Saatlıda su aksiyasında saxlanan təqib olunduğunu deyir [Video]


Saatlı camaatı yenə etiraz edir - su tələb edir
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Saatlı camaatı yenə etiraz edir - su tələb edir

Martın 13-də Saatlı rayonunda su problemi ilə bağlı keçirilən etiraz aksiyası zamanı saxlanaraq inzibati qaydada 20 sutka həbs olunan yerli sakin Anar Hüseynov təqiblərə məruz qaldığını düşünür.

O, AzadlıqRadiosuna deyib ki, inzibati həbsdən buraxılandan sonra Saatlı Rayon Polis Şöbəsinə çağırılıb:

" Məni polisdə hədələdilər, dedilər ki, onlara problem yaratmışam, məni həbs edəcəklər və heç bir səbəb olmadan 3 saatdan artıq şöbədə saxladılar".

Onun sözlərinə görə, həbsdən buraxılandan sonrakı müddət ərzində onu izləyiblər:

"Kimlə görüşmüşəm, nə danışmışam, hamısını mənə şöbədə dedilər. Deməli məni izləyirlər".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov isə “Turan”a bildirib ki, həmin vətəndaşın səsləndirdiyi iddialar əsassızdır.

"Belə bir hal baş verməyib", -deyə o, vurğulayıb.

Həmin aksiyada polisə müqavimət ittihamı ilə yerli sakinlərdən 3 nəfər inzibati qaydada həbs edilmişdi.

***

Bundan əvvəl martın 27-də Saatlı rayonunun Çolpı kənd sakinləri suyun olmaması iddiası ilə etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları kəndin "dörd yol" deyilən yerində yığışaraq su problemi ilə üzləşdiklərini və illərlə bu məsələnin həll edilmədiyini bildiriblər.

Onlar habelə vurğulayıblar ki, iki həftə öncə, martın 13-də rayonda su tələbi ilə başqa iki kəndin sakinləri aksiya keçirərkən polis rezin güllədən istifadə edib: "O vaxt rayon sakinlərinə su probleminin həll olunacağını vəd ediblər, amma, hələlik, problem tam həll edilməyib".

Saatlıda su probleminə görə yenə aksiya keçirilib
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Aksiya iştirakçıları bildirib ki, əkinlərini suvara bilmirlər, suyu pulla alırlar: "Qonşu kəndlərə su gəlir, bizim suyumuz isə məmurlara gedir".

Onlar dövlət orqanlarının onların qarşısına çıxmadığını və problemlə ciddi şəkildə maraqlanmadıqlarını iddia ediblər.

Aksiyaya polis müdaxiləsi olmayıb. Orada səslənən fikrilərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

İki həftə əvvəl…

Martın 13-də Saatlı rayonunda Nabatkənd və Orta Muğan kənd sakinləri Bakıdan gələn magistral yolu bağlamağa cəhd etmişdilər. Onlar su problemlərinin olduğunu deyirdilər. Sakinlərin iddiasina görə, aksiya iştirakçılarına polislər fiziki güc tətbiq edib, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.

"Heç içməyə belə su yoxdur"-Saatlıda etiraz
Gözlə

No media source currently available

0:00 0:00:07 0:00

Saatlıda su qıtlığından yazan fəala 25 günlük həbs verildiyi deyilir

Saatlı Rayon Məhkəməsinin ictimai fəal Elvin Mustafayevi İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535-ci (Polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə günahkar bilərək 25 sutka inzibati həbsə məhkum etdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna Mustafayevin yaxınları bildirib. Onların sözlərinə görə, Mustafayevi martın 17-də Saatlı Rayon Polis şöbəsinə dəvət ediblər: "Elvin polisə gedib və orada həbs ediblər. Elvini sosial şəbəkələrdə Saatlıda su qıtlığı və başqa tənqidi statuslarına görə polisə dəvət etmişdilər. Həbsinin səbəbi də budur".

Onlar bildiriblər ki, martın 19-da Elvin Mustafayevə ərzaq aparıblar: "Ona hər hansı işgəncə olmayıb, durumu normaldır".

Bu deyilənlərə, hələlik, Saatlı Rayon Polis Şöbəsi və rayon məhkəməsindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, insanların tənqidi mövqelərinə görə təqib edilməsi ilə bağlı şikayətləri əsaslı saymırlar.

Kürün quruması haqda fermerlər: 'Biabırçılıqdır. Bu saat əkindən gəlirəm, su yoxdur'
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Xəsarət alanlar xəstəxanaya yerləşdirilməyib?

Martın 13-də Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakininin su qıtlığı ilə bağlı keçirdikləri aksiya zamanı xəsarət alan şəxslərdən birinin rayon xəstəxanasında olduğu deyilir. Bu barədə "Turan"a yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, həmin şəxs rezin güllə yarası alıb: "Amma onu həmin hadisələrin iştirakçısı kimi rəsmiləşdirməyiblər".

Sakinlər habelə vurğulayıblar ki, digər xəsarət alan şəxslər isə evdə müalicə alıb və hazırda vəziyyətləri yaxşıdır.

Dünən, martın 15-də isə yerli sakinlərdən biri AzadlıqRadiosuna demişdi ki, aksiyada rezin güllə yarası alan oğlunu Saatlı yox, Sabirabad rayon xəstəxanasına yerləşdiriblər.

Yerli sakinlərin bütün bu dediklərinə, hələlik, hüquq-mühafizə orqanları və sözügedən rayonların xəstəxanalarından münasibət almaq mümkün olmayıb.

Amma Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Turan"a yalnız o bildirilib ki, hadisəyə görə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən olmayıb.

Susuzluqdan kartofu kanalizasiya suyu ilə suvarırlar - Saatlının aksiya olan kəndlərindən reportaj
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00

Üç nəfər həbs olunub

Saatlı rayonunda martın 13-də keçirilən etiraz aksiyasının üç iştirakçısının inzibati qaydada həbs edildiyi bildirilir.

Yerli əhalinin "Turan"a söyləməsinə görə, sakinlərdən Anar Hüseynov 20, Şıxəli Məmmədov 12, Habil Xanlarov isə 15 sutka inzibati qaydada həbs edilib. Onlar polisə tabe olmamaqda təqsirli biliniblər.

Amma bu deyilənləri Daxili İşlər Nazirliyi və Saatlı Rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.

Yerli sakinlər aksiyada saxlanan əlavə beş nəfərin isə elə martın 13-də sərbəst buraxıldığını deyirlər.

Saatlıda su etirazı

Martın 13-də Saatlı rayon Nabatkənd və Orta Muğan kənd sakinlərinin Bakıdan gələn magistral yolu bağlamağa cəhd etdiyi bildirilir. Onların su problemlərinin olduğu deyilir.

Yerli sakinlər "Turan"a bildirib ki, artıq uzun müddətdir əkin üçün su verilmədiyinə görə bütün əkinləri yanıb:

"Heç içməyə belə su yoxdur, kanallar boşdur. Dəfələrlə şikayət, xahiş etmişik. Xeyri yoxdur".

Sakinlərin sözlərinə görə, dövlət orqanları heç bir tədbir görmür ki, kəndlərə su verilsin:

"Yaxud da dövlət tərəfindən su maşınları ayrılmır. Pulla satırlar camaata. 15 tonluq suyu gətirib satırlar 10-20 manata. Bu da bizi haradasa 10 gün görür. 10 gündən bir biz bu boyda pulu verməyə məcbur qalırıq".

Onların iddiasina görə, aksiya iştirakçılarına polislər fiziki güc tətbiq edib, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub: "Xəsarət alanlar və xəstəxanaya düşənlər var. Xəsarət alanların arasında 15-yaşlı uşaq da var".

Saatlıda su etirazı: 'Rezin güllələrdən biri 15-yaşlı uşağa dəydi'
Gözlə

No media source currently available

0:00 0:00:13 0:00

DİN: "Xüsusi vasitələrdən istifadə olunub"

Daxili İşlər Nazirliyindən (DİN) polisin odlu silahdan istifadə etmədiklərini vurğulayıblar. DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "BBC Azərbaycanca"ya bildirib ki, müvafiq dövlət qurumlarının nümayəndələri ilə birlikdə əraziyə gələn Saatlı rayon polis şöbəsinin əməkdaşları etirazçılarla söhbətlər aparsalar da, "bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəlik qanunsuz hərəkətlərini davam etdiriblər".

Hacıyev deyib ki, buna görə də polis "xüsusi vasitələrdən" istifadə etməli olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Turan"a deyilib ki, hadisə ilə bağlı Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən olmayıb.

XS
SM
MD
LG