Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:05

Gürcüstan müxalifəti Əfqan Muxtarlıya görə güc qurumları rəhbərlərinin istefasını tələb edir


Salome Samadashvili
Salome Samadashvili

Gürcüstanın müxalif “Milli hərtəkat” partiyası azərbaycanlı jurnalist Əfqan Muxtarlının ölkədən yoxa çıxmasına görə Daxili işlər naziri və Dövlət təhlükəsizlik xidməti rəisinin istefasını tələb edir.

Bu barədə iyunun 1-də Azad Avropa və Azadlıq Radiosu korparasiyasının ekhokavkaza.com saytı məlumat yayıb.

Partiyanın nümayəndəsi Salome Samadashvili parlamentdə keçirdiyi brifinqdə deyib ki, belə bir xüsusi əməliyyat Gürcüstan rəhbərliyinin qərarı olmadan keçirilə bilməz, çünki bu cür tədbir yüksək siyasi səviyyədə razılaşdırılır.

“Azərbaycanlı jurnalistin Gürcüstan ərazisində yoxa çıxması və sonda Azərbaycan hüquq mühavizə orqanlarının əlində olmasından 24 saat keçib. Gürcüstan hakimiyyət nümayəndələrinin bununla bağlı cəfəng bəyanatlar verdiyini görürük. Parlamentdəki çoxluğun həqiqətin açılmasında maraqlı olmadığını görürük. Biz baş verənləri Gürcüstan təhlükəsizlik sisteminin dağılmasına bir nümunə hesab edirirk”, “Qruzia online” portalı deputata istinadla xəbər verir.

Samadashvilinin sözlərinə görə, əgər Gürcüstan hüquq-mühavizə orqanlarının əməkdaşları jurnalistin oğurlanmasında iştirak edibsə, onda biz “ cinayətlə” üzləşmişik. Əgər iştirak etməyiblərsə, onda bu bizim ölkəmizdə təhlükəsizlik sisteminin tamamilə dağılmasından xəbər verir.

Qeyd edək ki, "Milli hərəkat" keçmiş Gürcüstan prezidenti Mikheil Saakashvilinin partiyasıdır.

Bu arada- iyunu 1-də Tbilisidə Gürcüstan Təhlükəsizlik Nazirliyinin önündə ölkənin hüquq müdafiəçiləri və azərbaycanlı mühacirlər jurnalist Əfqan Muxtarlının müdafiəsi ilə bağlı aksiya keçiriblər.

Buna da bax: Əfqan Muxtarlıya görə Gürcüstanda nazirliyi fitə basdılar (VİDEO)

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan müəmmalı şəkildə Azərbaycana gətirilib.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi. Ə.Muxtarlı, həmçinin, Qarabağ müharibəsinin keçmiş iştirakçısıdır.

XS
SM
MD
LG