Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:59

Şeyxin qudası da siyahıdan kənarda qaldı


YAP-çı gənclər
YAP-çı gənclər

►Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası Qalib Salahzadə də siyahıdan kənarda qalıb.

Yeni Azərbaycan Partiyasının İdarə Heyəti nəhayət sentyabrın 15-də toplaşdı və deputatlığa namizədlərin siyahısını təsdiqlədi.

SİYAHIDA OLMAYANLAR VƏ YENİ ADLAR

Hakim partiya bu dəfə yaşlı deputatlardan - prezidentin əmisi Cəlal Əliyevin namizədliyini verməyib.

Cəlal Əliyevi siyahıda başqası əvəzləsə də, başqa bir qocaman YAP-çı Fəttah Heydərovla bağlı vəziyyət başqadır. Mətbuat yeni xəbər kimi YAP-ın ondan imtina etdiyini yazır. Halbuki Fəttah Heydərov 2010-cu ildəki seçkidə 116 saylı Qəbələ seçki dairəsindən deputat seçilmişdi. Və YAP bu dəfə olduğu kimi o zaman da onun namizədliyini irəli sürməmişdi. Bu dəfə olduğu kimi o zaman da həmin dairəni "boş qoymuşdu", yəni rəsmi namizəd irəli sürməmişdi. F.Heydərov müstəqil şəkildə namizədliyini verib deputat seçilmişdi.

Eləcə də nurçularla bağlı qalmaqaldan sonra kölgəyə çəkilən Rəbiyyət Aslanovanın da adına siyahıda rast gəlmədik.

Rəbiyyət Aslanova
Rəbiyyət Aslanova

Siyahıda xeyli sayda yeni adlar da var. Bunlar əsasən qadınlardır.

Bununla belə, YAP yenə Vasif Talıbovun, İsa Həbibbəylinin, Eldar İbrahimovun, Rövnəq Abdullayevin, Hüseynbala Mirələmovun, Ağacan Əbiyevin, Səməd Seyidovun, Şəmsəddin Hacıyevin, Hadı Rəcəblinin və başqalarının namizədliyini verib.

İdarə Heyətinin üzvü Kərim Kərimov da APA-ya deyib ki, siyahıda əsaslı dəyişiklər edilib:

"Siyahıda iş adamları var, qadınlar, gənclər çoxdur. Köhnə tərkibdən xeyli namizəd göstərilməyən də var. Tərkib yenilənir".

Buna da bax: YAP-ın yeni namizədləri (Tam siyahı)

REKTORLUĞU VƏ DEPUTATLIĞI SEÇƏNLƏR

YAP bu dəfə rektorlara şərt qoyub: “Ya deputatlıq ya da rektorluq”. Səməd Seyidov, Şəmsəddin Hacıyev və başqaları deputatlığı seçsələr də, Abel MəhərrəmovƏhməd Vəliyev rektorluğa üstünlük veriblər.

Hakim partiya 107 saylı Qazax seçki dairəsində Əhməd Vəliyevin yerinə Zeynal Əhmədov, Abel Məhərrəmovun yerinə 16 saylı Yasamal ikinci seçki dairəsindən Xıdır İbrahimovun namizədliyini verib.

Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası Qalib Salahzadə də siyahıdan kənarda qalıb. Bir qədər əvvəl mətbuat onun evində silah-sursat aşkarlanması, malı-mülkü haqda xəbər yaymışdı.

Cəlal Əliyev
Cəlal Əliyev

İndi onun yerinə 27 saylı Sabunçu ikinci seçki dairəsindən Dilarə Cəbrayılova namizəddir.

Bəs prezidentin əmisi Cəlal Əliyevi kim əvəzləyir? 62 saylı Saatlı seçki dairəsindən Cəlal Əliyevin yerinə Nazim Rəşidov deputatlığa namizəddir.

Buna da bax: Avropa Parlamentindən Milli Məclisə ilk reaksiyalar

“XƏBƏRİM YOXDUR”

YAP son ana qədər deputatlığa namizədlərin adını gizli saxlayıb deyəsən.

İclasdan az sonra Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, uzun illərdir Milli Məclisin üzvü olan Eldar İbrahimov AzadlıqRadiosuna bu siyahıdan xəbərsiz olduğunu deyib.

- Mən heç nə bilmirəm hələ. Partiya baxacaq ona. Adım olacaq, olmayacaq, mən özüm də bilmirəm.

- Amma İdarə Heyətinin iclası artıq başa çatıb.

- Nəticədən xəbərim yoxdur.

- Gözləntiləriniz nədir? Siyahı əvvəlkindən fərqlənməlidirmi?

- Öz adımın siyahıda olmasından xəbərim yoxdur, siyahı haqda nə deyə bilərəm ki...

- Yəni gözləntiniz nəydi?

- Xəbərim yoxdur.

Buna da bax: Dərsə gedən ağlayan bir uşaq...

“GECİKMƏ YOXDUR”

Mübariz Qurbanlı
Mübariz Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, İdarə Heyətinin üzvü Mübariz Qurbanlı siyahı haqda AzadlıqRadiosuna bunları deyib:

- Bir az da səbir edin, Yeni Azərbaycan Partiyasının siyahısı açıqlanacaq. Onda özünüz baxıb müzakirə edərsiz. Bu araşdırma politoloji işdir.

- Əgər siyahıda ciddi dəyişiklik yox idisə, niyə açıqlamırdız?

- Sizə niyə elə gəlir ki, siyahı yubanıb? Seçki Məcəlləsinə görə, oktyabrın 1-də də namizəd irəli sürmək olar. YAP böyük partiyadı, çox sayda fəalları var, Azərbaycanın intellektual, səviyyəli insanlarının böyük əksəriyyəti bu partiyadadır. Belə bir partiyada namizədlərin müəyyənləşməsi məsələsində müzakirə getməsi təbiidir. Gecikmə yoxdur. Sadəcə insanlar ajiotaj axtarırlar.

Gözlə

No media source currently available

0:00 0:01:56 0:00
Direct-ə keçid

- Yaşlı deputatların yenə namizədlikləri veriləcəkmi? Məsələn, Cəlal Əliyevin?

- Dünyanin heç yerində parlament üzvü ilə bağlı yuxarı yaş məhdudiyyəti yoxdur. Dünyanın hər yerində parlamentdə böyük təcrübə toplamış insanlar oturur. Biz də demokratik ölkəyik deyə belə məhdudiyyət yoxdur.

- Amma belə deputatlar parlamentin iclasına qatılmırlar, passivdirlər...

- Deputatlar iclaslara gəlirlər. Buna komissiyalar baxır. Gəlməyənlər də üzrlü səbəbdən gəlmirlər. Bu cür halda onlara da irad tutulmur. Siyahı ilə bağlı səbr edin. Özünüz analiz edin, özünüz nəticə çıxarın, deyəcəyim budur.

XS
SM
MD
LG