Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:45

M.Mirəlioğlu: 'Hər şey vardı, bircə saxta seyid çatışmırdı' [video]


'Seyid vəsiqəsi' nə üçündür? [A-Live]
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

"Seyid vəsiqəsi" nə üçün istifadə edilir? [A-Live]

Azərbaycanda yalançı və ya saxta seyidlər... Ekspertlər düşünürlər ki, son zamanlar yalançı seyidlər artıb, Qafqaz Müsəlmanları İdarəsi isə bildirir ki, bu mənəvi məsələdir deyə, bu sahəni tənzimləmək mümkün deyil.

Son zamanlar sosial şəbəkələrin, yerli medianın müzakirə mövzularından biri də "seyid"lərdir. Bu mövzu Qafqaz Müsəlmanları İdarəsinin Cənub regionu üzrə qazisinin bir nəfərə "seyid ağa vəsiqəsi" verməsindən sonra aktuallaşıb. Düzdür, sonradan həmin qazi ictimaiyyətə müraciət edib, bu addımına görə peşman olduğunu bildirsə də müzakirələr hələ də davam edir. Bəs, yalançı seyid kimdir?

Buna da bax:​ Xaricdə dini təhsil alanlara məhdudiyyət götürüldü

Klassik Xalq Cəbhəsi partiyasının sədri, tarixçi Mirmahmud Mirəlioğlu deyir ki, onun şəcərəsinin seyid olmasını göstərən 300-400 illik möhür var. O da razılaşır ki, son vaxtlar saxta seyidlər artıb, amma Azərbaycanda şəcərəsi olan seyidlər də var:

Mirmahmud Mirəlioğlu
Mirmahmud Mirəlioğlu

“Hər şey vardı, saxta sevgi də. Bircə saxta seyid çatışmırdı Azərbaycanda. Şükür allaha daha o da var. Azərbaycanda şəcərəsi olan çoxlu sayda seyidlər var. Bizim də şəcərəmiz var. Amma kimsə gedib o şəcərəyə nəsə əlavə edib, nəsə düzəliş edəcəksə, bu olmaz. Bildiyim qədəri ilə İraqda, İranda şəcərə, yəni nəsil ağacını təsdiqləyənlər var”.

Dini inanclara görə Məhəmməd peyğəmbərin, özəlliklə də İmam Hüseyninin nəslindən gələnlər “seyid” sayılır.

Buna da bax: Şeyxin səlahiyyətləri artırılır

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyir ki, seyidlik vəsiqəsinin verilməsi kimi bir hal yoxdur. Bu günlərdə baş verən hadisə isə təsadüfən baş verib. O ki, qaldı bu məsələnin tənzimlənməsinə Rəhimə Dadaşova deyir ki, mənəvi əhəmiyyətli bir məsələ olduğundan bunu tənzimləmək mümkün deyil.

Bəs, Bakı sakinləri necə əsl seyidi yalançı seyiddən necə ayırırlar? Siz də bu sualı şərhlər bölümündə cavablaya bilərsiz. Bakı sakinlərinin cavablarına baxaq.

Sizcə, yalançı seyidi əsl seyiddən necə ayırmaq olar? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Tarixçi alim Altay Göyüş deyir ki, əsl və yalançı seyidi ayırmaq qeyri-mümkündür. O fikirləşir ki, tarixdə də yalançı seyidlər olub:

“Kim doğurdan seyiddir, kim deyil indiki zamanda bu suala cavab vermək mümkün deyil. Sözsüz ki, tarixdə yalançı seyidlər olub. Məsələn, Osmanlı dövründə seyidlərə vergidən azad idi. XVII-XVIII əsrlərdə bir çoxları vergidən azad olsun deyə, müxtəlif yollarla, rüşvətlə bu sənədi alırdılar”.

Buna da bax:​ Deputat: 'Qafqaz Müsəlmanları İdarəsinin adının qanunda xatırlanması yanlışdır'

İlahiyyatçı Elşad Miri isə hesab edir ki, seyid Hüseynin nəslindən gələnlərə verilən ümumi addır və bu gün dilimizdə işlətdiyimiz “bəy”, “müəllim”, “əfəndi” müraciət forması ilə eyni mənanı daşıyır.

XS
SM
MD
LG