Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:46

Şəkidə hadisə: Muştuluq alıb, sonra uşağın ölü doğulduğunu deyiblər


Yeni doğulmuş körpə
Yeni doğulmuş körpə

Oktyabrın 18-də Şəkidə Regional Perinatal Mərkəzdə növbəti körpə faciəsi yaşanıb.

Şəki sakini Aidə İlyaslının qohumlarından doğulan körpəyə görə əvvəlcə muştuluq alınsa da, sonradan körpənin ölü doğulduğu bildirilib.

“KÖRPƏ BAXIMSIZLIQDAN ÖLÜB”

Aidə İlyaslı xəstəxanaya həmin gün səhər saatlarında yerləşdirilib. Ailə üzvü Sədaqət İlyasova deyir, doğuşun ləngiməsi onları narahat edib. Həkimlərdən körpənin qeysəriyyə əməliyyatıyla götürülməsini xahiş etsələr də, həkimlər razılaşmayıb:

Buna da bax: Şəki doğum evində yenə ölü uşaq

“Doğuş ləngidikcə narahat olmağa başladıq. Dedik, “əgər təbii doğuş mümkün deyilsə, əməliyyatla götürün”. “Həkimin işinə qarışmayın”, deyib, hamımızı dəhlizdən çölə çıxartdılar. Saatlarla gözlədik, nəhayət, biri gəlib muştuluqladı. Dedi, təbii doğuş olub, sağlam körpə doğulub. Ancaq sevincimiz uzun çəkmədi, bir azdan xəbər verdilər ki, uşaq ölüb. Daha doğrusu, gah dedilər, ölüb, gah dedilər elə əvvəldən ölü doğulub... Biz bütün günü həkimləri axtardıq ki, doğru-dürüst məlumat alaq. Otaqlarına girib qapını arxadan bağlamışdılar”.

Sədaqət xanım düşünür ki, körpə ölü doğulmayıb, baxımsızlıqdan ölüb: “Hətta ölü doğulubsa da, bunun məsuliyyəti həkimlərdədir. Aidənin durumunun yaxşı olmadığını görürdük. Dəfələrlə xahiş etdik ki, təbii doğuş alınmırsa, əməliyyat etsinlər. Görünür, əməliyyata görə əlavə pul vermək lazım imiş, ona görə də etmədilər”.

“BİZDƏ MUŞTULUQ ALINMIR”

Şəki Regional Perinatal Mərkəzdən AzadlıqRadiosu-na bildirilib ki, körpə ölü doğulub və bu barədə ailə üzvləri dərhal məlumatlandırılıb. “Körpə istər ölü, istər diri doğulsun, bizim xəstəxanada nə pasientdən, nə də yaxınlarından muştuluq alınmır”, – deyən xəstəxana işçisi telefonu qapadıb.

Buna da bax:​ Əvvəl balası, sonra özü öldü – ailə isə həkimlərdən əl çəkmir

İlyasovlar ailəsinə hələ də qaranlıqdır: körpə ölü doğulub, yoxsa sonradan ölüb.

Hüquqşünas Vaqif Alıyev deyir, bunun üçün ailənin ərizəsi əsasında ekspertiza keçirilməlidir.

“Əgər şübhələri varsa, rayon prokurorluğuna ərizə ilə müraciət edə bilərlər”, hüquqşünas deyir.

XS
SM
MD
LG