Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:31

Danimarkada qadın məscidi açıldı. İmam qadın: "Hicab taxmıram"


Sherin Hankan
Sherin Hankan

►"5 kəbin kəsmişəm"

"Bu gün gördüyümüz patriarxar strukturlar ikinci xəlifə Ömərin təlimlərinə əsaslanır və bunun islam və Məhəmməd peyğəmbərlə heç bir bağlılığı yoxdur."

Bu ilin fevralında Kopenhagendə “Məryəm” adlandırılan qadın məscidi açılıb.

Atası suriyalı, anası isə fin olan Şerin Hankan bu məsçidin 2 qadın imamından biridir.

O hesab edir ki, dini müəssisələrdə patriarxal sistem təkcə islamda yox, iudaizm, xristianlıq və digər dinlərdə normaya çevirilib və bu problemə qarşı çıxmaq istəyir.

Məscid cümə namazı üçün açıq elan edilib ki, bu il ərzində ikinci haldır.

Bunadək mümkün təxribatlara görə onun ünvanı açıqlanmırdı.

Şerin Xankan məscid, “Femimam” layihəsinin məqsədləri və müasir problemlərdən danışır.

Amina Umarova: Xanım Şerin, öncə xahiş edirəm valideyinləriniz barədə danışasız. Onlar dindardırlar ?

Şerin Hankan: “ Hə,ikisi də dindardırlar. Anam fin, inaclı xristian və tibb bacısıdır. 20 yaşında Danimarkaya iş dalınca gəlib, 8 qardaşın bir bacısıdır.

Atam isə müsəlmandır, Dəməşqdə böyüyüb. Babası Dəməşqdəki ən qədim məscidlərdən birində azan verən olub. 6 uşaq olublar, ailəsi kasıb olub, uşaqlıqda küçələrdə corab satıb və ailənin universitet bitirən yeganə uşağıdır. Yazıçıdır və vaxtilə hələ Bashar Assadın atasına qarşı mübarizə aparıb.

Suriyadan qaçqın düşdükdən sonra Danimarkadan siyasi sığınacaq alıb. Valideyinlərim ilk dəfə burda görüşüb və 1 həftədən sonra evləniblər. Dinə çox dərin mənəvi yanaşmaları var.

Atam feministdir, həmişə deyirdi ki, qadın ən yaxşı kişidir.

Atam həssas, anamsa rasional idi. Atam yemək hazırlayardı, mənim üçün heç vaxt qadın-kişi fərqi olmayıb və hesab edirəm ki, uşaqlıq dövrünün gələcəyə güclü təsiri olur. Hesab edirəm ki, bəxtim çox gətirib.

Atamla anam bir-birini sevirdirlər, müxtəlif dinlər, mədəniyyətlər və həyata müxtəlif yanaşmaları uyğunlaşdıra bilirdilər”.

Amina Umarova: Sizdə islama nə vaxt maraq oyanıb və onu öyrənməyə sizi nə vadar elədi ?

Şerin Hankan: Mən müsəlman doğulmuşam. Anam mənimlə bacıma belə bir kompramis təklif elədi ki, nəqədər ki, balacayıq , müsəlman olaq, böyüyəndə isə özümüz seçim edək.

Həmişə mənəvi məsələlərlə maraqlanır və bilirdim ki, dini öyrənmək istəyirəm.

Buna görə də ilyarım Suriyada islamı, 6 ay isə Qahirədə ərəb dilini öyrəndim.

Bundan sonra ərəb dilini Kopenhagen universitetində davam elətdirdim və diplom müdafiə elədim.

Amina Umarova: Kpenhagendə qadın məscidi acmaq kimin ideyasıdır və məqsəd nədir ?

Şerin Hankan: Əsas məqsədimiz islamın mütərəqqi dəyərlərini yaymaqdır. Bundan başqa əlbəttə islam feminizmi də çox vacibdir. Qadın hüquqları bizim üçün çox əhəmiyyətli məsələdir. İdeya mənimdir, Salihe Mari Fetteh isə məscidin ikinci qadın imamıdır. Bizim dini institutlarımızda standartlaşdırılmış patriarxal strukturlar var. Özü də bu təkcə islamda yox, iudaizm, xristianlıq və digər dinlərdə də var. Buna qarşı mübarizə aparmaq istədik.

Amina Umarova: İslamda qadın hüquqları, feministlərin tələb etdiyindən azdır?

Şerin Hankan: Hesab edirəm ki, bütün dünyada qadınlar kişilərlə bərabərhüquqlu olmaq üçün əziyyətlərlə üzləşirlər.

Buna gərə də patriarxar struktur təkcə islamın problemi deyil. Buna bütün dinlərdə rast gələ bilərsiniz. Buna qarşı çıxmaq üçün çoxlu güc tələb olunur. Buna görə də təşkilata çevirilmək üçün feminist hərəkatına başladıq.

Amina Umarova: Kişilərin əksəriyyəti müsəlman qadınların islamda lider olması ilə razılaşmır. Quranda kişi və qadın hüquqları barədə nə deyilir ?

Şerin Hankan: Quranda deyilir ki, kişi və qadın bərabər hüquqludur və hər ikisi təhsil almalı, biliklərini artırmalıdırlar.

Keçmişə-Məhəmməd peyğəmbərin dövrünə nəzər salanda görürsən ki, dünyada ilk məscid peyğəmbərin məscidi olub. İnsanlar onun evində ibadətə gəlib və peyğəmbərin Aişə və Umm Salama adlı xanımları qadınların namazına rəhbərlik edib. İbadətə gələnlər arasında həm kişilər, həm də qadınlar olub.

Məhəmməd peyğəmbər qadınların namaza başçılıq etmədinə izn verib.

Amma ikinci xəlifə Ömər gələndə məscid yaradıb və bunu xüsusi ibadət yeri edib. O, qadınlardan evdə ibadət etməyi xahiş edib və bildirib ki, məsciddə ibadət onlar üçün mütləq deyil. Əminəm ki, müsəlmanların əksəriyyəti Məhəmməd peyğəmbərin yox, ikinci xəlifə Ömərin dalınca gedir. Hesab edirəm ki, bu gün gördüyümüz patriarxar strukturlar ikinci xəlifə Ömərin təlimlərinə əsaslanır və bunun islam və Məhəmməd peyğəmbərlə heç bir bağlılığı yoxdur.

Peyğəmbər qadınlara boşanmaq, miras haqqı , Şura üzvü olmaq və qərarlar vermək hüququ verib. Amma bu gün bir sıra müsəlman kişilər Quran və peyğəmbərin buyuruqlarına qarşı çıxırlar.

Amina Umarova: "Məryəm" məscidi nə deməkdir? Nə qədər ziyarətçiniz var? Onların arasında kişilər varmı ?

Şerin Hankan: İcmamızın 16 üzvü var. Şurada 2 kişi də var. Biz qlobal mütərəqqi müsəlman hərəkatının tərkib hissəsiyik. Pioner və yalqız deyilik.

Dünyanın müxtəlif guşələrində çoxlu imam-qadınlar var. Onlar Çində hələ 1820-ci illərdə peyda olublar.

Hazırda məscidin icması formalaşır. 3 həftə əvvəl cümə namazına 40 müsəlman və 13 qeyri-müsəlman qadın gəlmişdi. Artıq 50 üzvümüz var. Yavaş-yavaş böyüyürük. İstənilən müsəlman kişi və qadın bizim hərəkata qoşula bilər.

Amina Umarova: Amerika, Almaniya, Kanada və ya başqa ölkələrdəki qadın məscidləri ilə əlaqəniz var ?

Şerin Hankan: Mayda Bredforddakı (Böyük Britaniya) islam qadın şurasından dəvət almışdım. Orda “Məryəm” məscidi və islam feminizmi barədə çıxışım oldu.

Dünyanın müxtəlif yerlərindən 200 müsəlman qadın dəvət olunmuşdu.Hazırda onlar yeni qadın-məscidləri açmaq üçün pul, eyni zamanda namaza başçılıq edəcək kişi-imamlar axtarırlar.

Bundan başqa qadın hüquqları uğrunda mübarizə aparan Nyu-Yorkdakı qlobal İslam Feminist Hərəkatının üzvüyəm.

Gələcəkdə bütün qadın-imamlarla görüşmək istəyirəm. Buna görə gələn il Kopenhagendə konfrans keçirəcəyik.

Bundan başqa Danimarkadakı mütərəqqi yəhudi və xristianlarla əlaqə saxlayıram. Onların da bizim kimi uğurları var. Onlar qadın-ravvinlərdir və onlarla ünsiyyətdə olmaq çox maraqlıdır.

Danimarkadakı mütərəqqi müsəlman və yəhudiləri birləşdirən çox şey var.

Amina Umarova: Sizə üz tutan qadınlar hansı suallarla müraciət edirlər:

Şerin Hankan: Biz mənəvi dəstək veririk. Onlar bizə müxtəlif suallarla müraciət edirlər. Bu intim məsələ, boşanma, məişət zəmninli və psixoloji zorakılqlarla bağlı ola bilər.

Yeni nəsldə dilemma qarşısında duran gənc müsəlman qadınlar var. Bu başqa dindən olan kişiyə vurulan və islam qanunlarını pozmadan çıxış yolu axtaran qadınlar ola bilər.

Amina Umarova: İslam qadın-imamların kəbin kəsməsinə izn verir ? Neçə kəbin kəsmisiz ? Kəbində nə deyilir ?

Şerin Hankan: 5 kəbin kəsmişəm.Yaxın aylarda beşini də kəsəcəm.

Bu çox böyük məsuliyyətdir. Əgər valideyinlər narazıdırsa, onda danışıq aparırıq.

Kəbin kağızında psixoloji zorakılığa məruz qalanda, qadının boşanma və belə halda uşağa bərabər hüququ olduğu yazılır.

Amina Umarova: Siz hicab taxmırsız, həmkarınız Salihe Mari Fetteh isə hicablıdır. Yəqin ki, sizə hicabla bağlı suallar verirlər:

Şerin Hankan : İnanclı müsəlman qadın örtüklü və ya örtüksüz ola bilər. Bizim məsçidə iki imam-qadın var, biri hicablı, digəri isə hicabsız. Hesab edirəm ki, hicab taxmaq Allaha, valideyinlər, ər və bütün varlıqlara hörmətdir.

Məndən soruşanda ki, nəyə görə hicab taxmıram, cavab verirəm: taxıram. Mənim geyimim-təvazökar qadın obrazımdır və bu mənim hicabımdır. Mən bunu mənəvi hicab sayıram.

XS
SM
MD
LG