Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:46

Çinin uyqurları təqib etməsinə dair məlumatlar sızıb


Sintzyanın Artux qəsəbəsindəki düşərgələrdən birinin hasarı
Sintzyanın Artux qəsəbəsindəki düşərgələrdən birinin hasarı

Media xəbərlərinə görə yenicə sızmış məlumatlar Çin hakimiyyətinin həbs düşərgələrində saxlanan yüz minlərlə müsəlmanın taleyi ilə necə rəftar etdiyinə işıq salıb.

Fevralın 17-də BBC və Associated Press (AP) bildiriblər ki, sözü gedən sənəd Çinin qərbindəki Sintzyan regionundan olan 311 nəfərə, onların bioqrafiya və dini mənsubiyyətinə aiddir.

Cədvəl və qrafik şəklində olan bu sənəddə sözü gedən şəxslərin 2000-dək yaxını, qohumu və dostları haqqında məlumatlar da var.

Vaşinqtondakı Kommunizmin Qurbanları Fondundan Adrian Zenz deyib ki, bu sənəd “Pekinin ənənəvi inanc sahiblərini təqib etdiyini və onlara divan tutduğunu göstərən və ən indiyədək məlum olan ən güclü sübutdur”.

BMT-nin 2019-cu ilə olan təxminlərinə görə 1 milyon uyqur və Sintzyanda yaşayan başqa müsəlman türkdilli xalqların nümayəmndələri Pekinin “əks-ekstremizm mərkəzləri” adlandırdığı düşərgələrdə saxlanır.

BMT bunu da bildirirdi ki, bundan başqa Çindəki həbs düşərgələrində milyonlarla məhbus var.

Çin iddia edir ki, bu “təhsil mərkəzlərində” insanların terrorizmdən islah olunması və yenidən cəmçiyyətə inteqrasiya edilməsi istifadə edilir.

Sızmış sənədlərdə söhbəti gedən 311 nəfər Sintzyanın cənubundakı Karakax regionundandır. Bu ərazidə əhali əsasən uyqurlardan ibarətdir.

BBC-nin məlumatına görə sənəddə Yusup adlı 65 yaşlı bir kişinin “qiymətləndirilməsinə” dair informasiya var.

İnformasiyaya görə 2014 və 2015-ci illərdə onun iki qızı rübənd və burka geyinirdilər, oğlu isə siyasi İslama meyl göstərirdi.

Yoxlama komissiyasının gəldiyi nəticəyə görə bu ailə açıq-aşkar anti-Çin əhval-ruhiyyəsi nümayiş etdirib və buna görə də Yusupa “təlim-tərbiyənin davam etdirilməsi” hökmü çıxarılıb.

BBC bildirir ki, sənədlər valideynlərin və övladların uzunmüddətli məhbus olunduqlarını göstərir.

Məsələn bir kişi “ikirəngli” saqqal saxladığına və dini təhsil dərnəyi təşkil etdiyinə görə 5 il azadlıqdan məhrum edilib.

Onun qonşusuna isə “xaricdəkilərlə internet əlaqələrinə” görə 15 il iş verilib.

XS
SM
MD
LG