Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:37

"Restoranda siqaret qadağan olunmalıdı" - Deputat


Siqaretə məhdudiyyət qoyula bilər
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Siqaretə məhdudiyyət qoyula bilər

►Vahid Əhmədov: “Azərbaycanlılar fikir çəkir deyə siqareti də çox çəkir”

Tütün şirkəti susur...

Milli Məclisdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı qanun layihəsi hazırlanmalıdır. Bu haqda mətbuata danışan parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli AzadlıqRadiosunun suallarını cavablandırmaqdan imtina etdi, bunu Bakıda olmaması ilə bağladı.

“MƏHDUDİYYƏT HƏMİŞƏ ƏKS EFFEKT VERİR”

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə belə qanun layihəsindən xəbərsiz olduğunu bildirdi. Deputat bir sıra ölkələrdə siqaretdən istifadəni məhdudlaşdıran qanunların artıq qüvvədə olduğunu söylədi. O, böyük şəhərlərdəki ticarət mərkəzlərində, restoranlarda və başqa yerlərdə siqaretdən istifadənin qadağan edilməsini vacib sayır.

Vahid Əhmədov: "Əlbəttə iri ticarət mərkəzlərində siqaret çəkilməməlidir"
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00
Direct-ə keçid

“Bu vacibdir və buna ehtiyac var. Amma siqaretlə bağlı xüsusi qanunun hazırlanmasına inanmıram”, - deyə əlavə edir Vahid Əhmədov.

Vahid Əhmədov
Vahid Əhmədov

Ümumdünya Səhiyyə Təşkilatının siqaretdən istifadə ilə bağlı son statistikasında Azərbaycan 13-cü yerdə qərar tutub. Vahid Əhmədov bu məlumata təəssüflənir. Amma sağlamlıq üçün olsa belə məhdudiyyətin və ya qadağanın səmərə verəcəyinə inanmır:

– Məhdudiyyət qoyulanda həmişə əks-effekt verir. Yaxşı nəticə olmur. Burda daha çox təbliğata üstünlük verilməlidir, nəinki məhdudiyyət qoymaq və ya qanunla qarşısını almaq. O, heç vaxt müsbət nəticə vermir. Ancaq Hadı Rəcəblinin dediyində həqiqət var, bizdə siqaretdən, ümumiyyətlə, tütün məmulatlarından çox istifadə edilir. Təbliğat işi aparılsa, yaxşı olar.

– Sizcə, niyə azərbaycanlılar bu qədər çox siqaretdən istifadə edirlər?

– Yəqin çox fikir çəkirlər.

“KEFDƏN ÇƏKMİRƏM Kİ...”

38 yaşlı Bəhruz Paşayev ali təhsillidir, amma ixtisasına uyğun iş tapa bilmir. Kiçik sexi var, mətbəx mebeli düzəltməklə dolanır. Ancaq üç övlad atası bunun yaxşı dolanmağa bəs etmədiyini söyləyir. Bəhruz Paşayev 20 ilə yaxındır siqaret çəkir, deyir ki, hərbi xidmətdə vərdiş edib, indi də tərgidə bilmir. Gündə bir, ya iki qutu siqaret çəkir:

– Kasıb malı – 1 manat 30, 1 manat 10 qəpiyə də alıram, 80 qəpiyə də. Baxır günə, imkana...Əvvəl yüngül siqaret çəkirdik, qiymət qalxandan sonra hamı keçib bunlara. Birdən-birə siqaret 1 manat, 80 qəpik qalxıb.

____________________________________________________________

Bunlara da bax:
«Banklar əhalinin başına oyun açmaqdan əl çəkmək istəmirlər»
Məhəmməd Əli qanlı hadisələr haqda şeirini deyir- [Video]

____________________________________________________________

– Həm cibə, həm də sağlamlığa ziyandır. Niyə çəkirsiz?

– Nə bilim... Dərddən-qəmdən çəkirik, kefimizdən çəkmirik ki (gülür – red.). İşlər getmir...

– Yeni qanun layihəsi hazırlanır, siqaretdən istifadəni məhdudlaşdıracaqlar. Nə düşünürsüz?

– Bura Avropa deyil, Azərbaycandır.Maddi durum, elə hər şey gərək yaxşılaşsın ki, o səviyyəni də insanlardan tələb etsinlər. Bakı şəhərində mənzilə düz əməlli su verə bilmirlər, indi siqareti qadağan edirlər?

Natiq Cəfərli
Natiq Cəfərli

Ümumdünya Səhiyyə Təşkilatı da bildirir ki, yaşayış səviyyəsi aşağı – kasıb ölkələrdə siqaret istehlakçılarının sayı inkişaf etmiş ölkələrlə müqayisədə daha çoxdur. İqtisadçı Natiq Cəfərli deyir ki:

Natiq Cəfərli: "Əhalinin təhsil səviyyəsi nə qədər aşağıdırsa, siqaret çəkən bir o qədər çox olur"
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00
Direct-ə keçid

“Nə qədər əhalinin təhsil səviyyəsi, gəliri aşağıdırsa, bir o qədər də tütün məmulatlarından istifadə yuxarı olur. Bu, həm də təhsillə bağlıdır. ÜST-ün araşdırmaları göstərir ki, təhsil səviyyəsi yuxarı olan ölkələrdə siqaret istehlakçısı da azdır. Məsələn, Cənubi Koreya adambaşına ən az siqaret istehlak edən ölkələrdəndir. Amma təhsil səviyyəsinə görə də dünyada ilk üçlükdədir. Yəni təhsil, həyat səviyyəsi yüksək ölkələrdə sağlam həyat tərzi bir trendə çevrilir. İnsanların gəlirləri yüksəkdirsə, asudə vaxtlarını idman zallarında keçirmək həvəsi yaranır və s...”

TÜTÜN ŞİRKƏTİ SUSUR

İqtisadçı ictimai yerlərdə siqaretdən istifadənin qadağasını normal sayır. Onun sözlərinə görə, bu qadağa qüvvəyə minəndən sonra Avropada tütün məmulatları istifadəçilərinin sayı 30 faiz azalıb.

Hərçənd Türkiyədə eyni effekt alınmayıb. Natiq Cəfərli deyir ki, Avropada paralel olaraq sağlam həyat tərzi təbliğ edilib, tütün məmulatlarına qoyulan vergi yükü artırılıb və siqaret bir neçə dəfə bahalanıb. O hesab edir ki, Azərbaycanda belə bir qanun qəbul edilərsə, sadəcə, qiymət qalxacaq, bu da Avropadakı kimi gözədəyən nəticələr əldə etməyə imkan verməyəcək.

Yerli tütün bazarının liderlərindən biri, beynəlxalq şirkət – “İmperial Tobacco”dan dedilər ki, qanun layihəsi, hələlik, hazırlanma mərhələsindədir, ona görə bu haqda danışmaq tezdir.

Buna da bax: Aydın Əliyev siqaretin idxalının azalma səbəblərindən danışır

Aydın Əliyev siqaretin idxalının azalma səbəblərindən danışır
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00

XS
SM
MD
LG