Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:36

Siyavuş Novruzovdan hakimlərlə bağlı gözlənilməz təklif (VIDEO)


Deputat Siyavuş Novruzov
Deputat Siyavuş Novruzov

Deputat Siyavuş Novruzov təklif edir ki, Avropa Məhkəməsinin qərarlarındakı cəriməni Azərbaycanda bu iş üzrə qərarı vermiş hakimlərin özləri ödəsinlər.

APA-nın xəbərinə görə Siyavuş Novruzov bu sözləri iyunun 5-də parlamentdə Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib:

“Hakimin prosedur qaydanı pozmasına görə Avropa Məhkəməsi qərar çıxarır, Azərbaycan dövləti başqalarına pul verməli olur. Bu məbləğ həmin hakim tərəfindən ödənilməlidir”.

Avropa Məhkəməsi Azərbaycanla bağlı 240-dan çox qərar verib, bu qərarlardan 37-si tam icra edilib.

Təhqiqatçı-hüquqşünas Xalid Ağalıyevin hesablamasına görə, 2011-ci ilin martından 2020-ci ilin martınacan olan müddətdə Avropa Məhkəməsi Azərbaycan hökumətini üst-üstə 4,2 milyon avrodan çox cərimələyib.

Deputatdan təklif: Avropa məhkəməsinin cəriməsini hakimlər özü ödəsin
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

"Bu işlərin əksəriyyəti sifarişlidir"

1999-cu ilədək İsmayıllı rayonunda hakim işləmiş Şükür Məmmədli deyir ki, Avropa Məhkəməsinə gedən işlər Azərbaycanda 7 hakimin əlindən keçir.

O bildirir ki, bu işlərin əksəriyyəti siyasi sifarişlidir. Keçmiş hakim deyir ki, şəxsən o özü siyasi qərara əməl etməyib və 1999-cu ildə ilk dəfə keçirilən bələdiyyə seçkilərindəki pozuntularla bağlı çıxardığı qərara görə işini itirib:

“Saxta seçki keçirmişdilər və mən də onun nəticəsini ləğv eləmişdim. Yeganə hakim idim ki, prezidentin sözünə qulaq asdım və bundan ziyan çəkdim. Mənim işdən kənarlaşdırılmağımla əlaqədər düz Konstitusiya Məhkəməsinədək işə baxan bir nəfər olmadı. Hamısı da dedi ki, baxsaq bizi də işdən çıxardarlar. Avropa məhkəməsinə gedən işlərin mahiyyətinə baxsınlar. Necə olur ki, 7 hakimin hamısı səhv qərar vermis olur? Hamısının əlində Avropa Məhkəməsinin qərarları da var. Bu işlərin böyük hissəsi siyasi hakimiyyətin sifarişidir. Bütün instansiyalarda hakimlər işə baxmamışdan qabaq, işi özlərindən yuxarıda duran vəzifə adamına məruzə edir, onun razılığını alırlar”.

"Görəsən Siyavuş Novruzov Ali Məhkəməni də nəzərdə tuturmu?"

Hüquqşünas İntiqam Əliyev bildirir ki, sivil dünya hakimin səhv etmək haqqını tanıyır:

“Eyni ilə bıçağının altından bəzən xəstəsinin sağ çıxmadığı həkimlərlə bağlı olduğu kimi. Ona görə hətta dünyanın inkişaf etmiş ölkələrdə ölkələrində də qanunsuz qərar çıxardığına görə vətəndaşa, ya qeyrisinə dəyən ziyana görə heç kim hakimdən pul tələb etmir. Amma hakimlərin bilərəkdən qanunsuz qərar çıxardığı hallar istisnadır; bu halda onun əməlindən həm birbaşa ziyan çəkən şəxsin, həm də ədalət mühakiməsi qarşısında məsuliyyəti yaranır”.

"ANORMAL ÖLKƏLƏR FƏRQLİDİR"

O bildirir ki, görünür, Siyavuş Novruzov aşağı pilləli hakimləri nəzərə tutur:

“Avropa Məhkəmədi təkcə Azərbaycana qarşı qərarlar çıxarmır, məhkəmə sisteminin təkmilliyi ilə haqlı olaraq qürurlana biləcək Almaniya, Fransa, İngiltərənin də hakimlərinin qərarlarını sorğulayır; amma hələ ki, heç bir normal ölkədə qərəzdən qaynaqlanmayan səhvə görə cəriməni hər hansı hakimdən tutub büdcəyə köçürməyiblər. Anormal ölkələr fərqlidir. Burada yuxarıda adını çəkdiyim ölkələrdən fərqli olaraq kimsə hakimə hansı məzmunda qərar çıxarması ilə bağlı sifariş verə bilməz. Bizdə, çox sayda işlər var ki, adama verilən cəzanı hakim (heç onun böyüyü də) həll etmir. Xüsusilə cinayət, mülki, inzibati təqibin arxasında siyasi motivlər dayananda. S.Novruzov pulun hakimlərdən tutulmalı olduğunu təklif edir. Görünür, aşağı pillə hakimlərini nəzərdə tutur. ”.

"BUNUNLA SADƏLÖVH ADAMLARIN BAŞINI ALDATMAQ OLAR"

İntiqam Əliyev sual edir ki, görəsən, Siyavuş Novruzov cərimələrə görə pulların tutulmasını deyəndə Ali Məhkəməni, Konstitutsiya Məhkəməsini, onun sədrlərini, baş prokuror da daxil qanunsuz həbslər, işgəncələr, özəl həyata müdaxilə, seçki saxtakarlığı ilə bağlı verilən bütün şikayətləri rədd edən prokurorluq əməkdaşlarını da nəzərə alır ya yox?

“İşlər Avropa Məhkəməsinə gedib çıxana qədər, aşağı məhkəmələrin qanuniliyi Ali Məhkəmə (onun Plenumu da daxil), Konstitusiya Məhkəməsi səviyyəsində də mübahisələndirilir. Deputat pul tutulmalı şəxslər sırasında Ali Məhkəmə, Konstitutsiya Məhkəməsinin sədrini, oranın yüksək hakimlərini də görür, yoxsa aşağıdakı “yetim-yesirləri”. Bəs, Baş Prokuror da daxil qanunsuz həbslər, işgəncələr, özəl həyata müdaxilə, seçki saxtakarlıöı ilə bağlı verilən bütün şikayətləri rədd edən prokurorluq əmıkdaşları necə. Onlar da nəsə ödəməlidirlər ya yox? Bəs, məhkəmələrin fəaliyyətinə nəzarət edən Məhkəmə-Hüquq Şurası necə? Siyavuş Novruzov Fikrət Məmmədovun da cəriməyə ortaq olduğunu düşünür? Və ümumiyyətlə, Avropa Məhkəməsi səviyyəsində siyasi motivli olduğu tanınan qərarlar da daxil (Avropada birinciyik!), çox sayda açıq-aşkar qanunsuz həbslər, cinayət təqibləri, işgəncələr olduğu halda, deputatlar nə vaxt bunu o yekə kürsüdən dilə gətiriblər. Dünyanın siyasi məhbus kimi tanıdığı çox sayda adam qanunsuz həbs həyatı sürür, prezidenti sərt tənqidlərinə görə Tofiq Yaqublunu təzədən tutublar, dövlət başçısından uşaqlarına çörək istədiyinə görə Aqil Hümbətovu dəlixanaya salıblar. S.Novruzov cürət edib deyə bilərmi ki, onları buraxın. O yekəlikdə adam deyə bilmirsə, hakim necə desin?! İndi belə şeylərlə sadəlövh adamların başını aldatmaq olar”.

Azərbaycan hökuməti adətən siyasi mötivli qərarların olmasını təkizb edir.

XS
SM
MD
LG