Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:43

SOCAR və ABƏŞ 'Azəri-Çıraq-Günəşli' üzrə yeni planlarını açıqladı


Rövnəq Abdullayev və Gordon Birrell. 23dec2016
Rövnəq Abdullayev və Gordon Birrell. 23dec2016

Dekabrın 23-ü SOCARBP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının gələcəkdə işlənməsi məqsədi ilə niyyət məktubu imzalayıblar.

BP-dən verilən məlumata görə, bu razılaşma AÇG yatağının 2050-ci ilədək işlənməsini əhatə edəcək və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını ortaya qoyacaq. Hazırda AÇG-dən hasilat gündəlik təxminən 620 min barel neft ekvivalenti səviyyəsindədir.

ABƏŞ səhmdarları “BP”, “Chevron”, “INPEX”, “Statoil”, “ExxonMobil”, “TPAO”, “İTOCHU” və “ONGC Videsh” şirkətləridir.

Buna da bax:​ SOCAR-ın sosial xərcləri və 'büdcədən yan ötməklə maliyyələşdirmə' [araşdırma]

“Bu yataq bizim neft sənayemizin simvoludur”

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, xeyli müddətdir, AÇG-nin xarici tərəfdaşları ilə danışıqlar aparılır: “Yaxın vaxtlarda tam razılaşdırılmış sazişləri yekunlaşdıracağıq. AÇG dünyada “Əsrin Müqaviləsi” kimi tanınır. Bu yataq Azərbaycan üçün çox vacib əhəmiyyət kəsb edir. Bu yataq bizim neft sənayemizin simvoludur. AÇG-nin işlənməsi ölkəmizin inkişafı üçün tamamilə yeni bir dövrün başlanmasına səbəb olub. Bu gün imzaladığımız niyyət məktubu onu göstərir ki, biz bundan sonra da, hələ, uzun illər AÇG-nin uğurlarının şahidi olacağıq”.

BP-nin baş icraçı direktoru Bob Dudley isə bunları deyib: “Bununla da bu çox uğuru tərəfdaşlığın əsrin ortasınadək davamı üçün möhtəşəm imkanlar açılır. Biz 1994-cü ildə bu ölkənin enerji tarixinin yeni mərhələsində AÇG-nin işlənməsinə başlamışıq. BP bu uzunmüddətli tərəfdaşlığın bir hissəsi olmaqdan qürur duyur və qarşıdan gələn çox-çox onilliklər ərzində onu davam etdirəcəyinə böyük ümidlərlə baxır”.

Buna da bax:​ '335 milyonluq ofis və yararsız estakada'

Tanıtma

AÇG Bakıdan şərqdə, təxminən 100 km məsafədə yerləşən yataqdır. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir. Bu yataq 120-170 m arasında olan su dərinliklərində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir.

AÇG yatağının işlənməsindən ötrü mövcud hasilatın pay bölgüsü haqqında saziş 1994-cü ilin sentyabr ayında, 30 illik imzalanıb. Yataqdan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb. Bu vaxtadək yataqdan 3 milyard bareldən çox neft hasil edilib və təxminən 33 milyard dollar sərmayə qoyulub.

Buna da bax:​ Standard & Poor’s SOCAR-a yenə 'neqativ' qiymət verdi

2001-ci ildən 2016-cı il avqustun 1-ə kim “Azəri-Çıraq-Günəşli” blokundan mənfəət neftinin satışından Dövlət Neft Fonduna 119 milyard 779 milyon dollar daxil olduğu açıqlanıb.

Layihə iştirakçıları BP (35,78 %), Chevron (11,27 faiz), ExxonMobil (8%), ONGC (2,72 %), SOCAR (11,65 %), Inpex Corp. (10,96 %), ITOCHU Oil (4,3 %), Statoil (8,56 %) və TPAO (6,75 %) şirkətləridir.

XS
SM
MD
LG