Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:45

Soros və erməni lobbisi doğrudanmı Azərbaycana qarşı birləşib? [video]


Corc Soros və erməni lobbisi Azərbaycana qarşı birləşib?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Corc Soros və erməni lobbisi Azərbaycana qarşı birləşib?

Azərbaycan hakimiyyətinin 2,9 milyard dollar pul yuması barədə beynəlxalq mediada yayılan araşdırma erməni lobbisinin əməlidirmi?

Prezidentin köməkçisi Əli Həsənov inadla bu işi erməni lobbisinin əməli adlandırır, amma tənqidçilər hesab edirlər ki, əslində hökumət günahı öz boynundan atmaq istəyir.

Sözügedən jurnalist araşdırmasına görə, Azərbaycanın hakim elitası 2012-2014-cü illərdə qanunsuz yollarla xaricə çıxartdığı bu pullardan Avropa rəsmilərinə rüşvət vermək, dəbdəbəli əşyalar almaq üçün istifadə edib.

Buna da bax:​ Əli Həsənov: "OCCRP kimi qurumların qərəzli mülahizələrdən ibarət materialları sifarişdir"

Araşdırmanı aparmış Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Təşkilatı, OCCRP-nin əməkdaşı Paul Radu deyir ki, Azərbaycanla bağlı araşdırmanı o koordinasiya edib və erməni lobbisi ilə əlaqələri yoxdur:

Paul Radu
Paul Radu

"Bu, ağır komanda işidir. Biz təsdiqlənmiş faktlara əsaslanmışıq. Pulu qəbul edən, Azərbaycandan göndərən adamları müəyyənləşdirmək üçün xeyli iş görmüşük. Nəticə etibarilə bu, bir jurnalist araşdırmasıdır - biz rejimə bağlı şəxslərin külli miqdarda pulu qanunsuz şəkildə çıxartmasını sənədləşdirmişik. Bu əsassız ittihamlardansa, hökumət suallara cavab verməlidir".

Buna da bax:​ Prezidentin köməkçisi: 'Sorosun başı havalanıb...'

Araşdırma dərc olunandan sonra prezident İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov da həmin jurnalist araşdırmasını Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq istəyənlərin iftirası adlandırıb, bu işdə insan haqları və demokratiya layihələrinə dəstək verən Amerikalı işadamı George Soros (Corc Soros) günahlandırıb. Araşdırmanı aparan OCCRP-yə qrant verən təşkilatlardan biri də Corc Sorosa məxsus Soros Fondudur.

Novruz Məmmədov
Novruz Məmmədov

OCCRP-dən Paul Radu deyir ki, Soros fondu onların redaktor siyasətinə qarışmır, bu iddia əsassızdır.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

Bakı sakinlərinin də mövzu ilə bağlı fikirlərini soruşmuşuq ki, bu yazılar erməni lobbisinin sifarişi ola bilərmi?

Müxalif ReAl Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı deyir ki, dünyada güclü erməni lobbi təşkilatları var, onlar Türkiyənin və Azərbaycanın əleyhinə işləyirlər, əsas məqsədləri Qarabağ münaqişəsində öz mövqelərini yaymaq, “erməni soyqırımı” iddiasının tanınmasına nail olmaqdır.

Amma Azər Qasımlı 2,9 milyard dollar pulun Azərbaycanın qanunsuz yollarla çıxarılıb yuyulması barədə xəbərlərin yayılmasında erməni lobbisinin rolu olması haqda iddiaları inandırıcı saymır:

Azər Qasımlı
Azər Qasımlı

"Ortada konkret faktlar var. İndi Azərbaycan iqtidarının da Soros, ABŞ hökuməti və ya İngiltərənin hansısa təşkilatının ermənilərlə bağlı olması barədə onlarda hansısa konkret fakt varsa, sənədlər varsa, qoysunlar ortaya biz də görək".

Buna da bax:​ Deputat:araşdırmanı şərh edir: 'Bu o demək deyil ki, orda korrupsiya var'

Azər Qasımlı deyir ki, məqalədə dərc olunanlar Azərbaycan reallıqlarıdır. Onun fikrincə, Ermənistan belə məlumatlardan Azərbaycan dövlətinin əleyhinə istifadə edə bilər. “Azərbaycan hökuməti Ermənistan iqtidarının dəyirmanına su tökür” deyə Azər Qasımlı bildirir.

Azərbaycanın pulyuyan maşını” adlı yeni araşdırma sentyabrın 5-də dərc olunub.

Bu araşdırmanı aparan beynəlxalq jurnalist şəbəkəsi OCCRP əvvəllər də Azərbaycan hakimiyyət nümayəndələrinin, prezident ailəsinin korrupsiyaya bulaşması barədə araşdırmalar dərc edib, Prezident Aparatı bunlardan bəzilərini təkzib edib.

XS
SM
MD
LG