Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:47

Stalinin yeni abidələri və Putinin yeni repressiyaları


Rusiyada sovet diktatoru İosif Stalinə indiyədək 110 abidə ucaldılıb. Bunlardan 95-nin prezident Vladimir Putinin hakimiyyəti dövründə peyda olduğu bildirilir.

“Mojem obyasnit” saytı yazır ki, Krımın ilhaqından sonra belə abidələrin qoyulmasının templəri iki dəfə artıb.

Sayt muzeyləri çıxmaq şərtilə Stalinə ictimai yerlərdə qoyulmuş heykəllərin siyahısını dərc edib.

Bu siyahıdan məlum olur ki, bu abidələrin yalnız 9 faizi sovet zəmanəsindən qalıb.

Stalinə ən çox yeni heykəllər son 20 ildə prezident Vladimir Putinin hakimiyyəti illərində qoyulub.

Ən heyrətamizi budur ki, Tver vilayətində elə sovet repressiyaları qurbanlarının Mednı məzarlığında da Stalinə və başqa sovet liderlərinə abidələr qoyulub.

Əslində bu, Rusiyanın Ukraynaya qarşı təcavüzü başlanandan bəri Stalinə qoyulmuş dördüncü abidədir.

“Mojem obyasnit” saytı yazır ki, hakimiyyət orqanları Stalinə büst və heykəllərin qoyulmasını hərbi vətənpərvərlik təbliğatı ilə izah edir.

Əvvəl yarıxəlvət qoyurdular

1990-cı illərdə, SSRİ dağılanda Stalinə cəmi beş abidə qoyulmuşdu, amma Putin hakimiyyətə gələndən diktatora ildə 4 abidə ucaldılıb.

Krımın ilhaqından sonra isə belə abidələrin sayı ikiqat artıb.

Stalinə ən çox abidə qoyulmuş regionların ilk üçlüyünə Şimali Osetiya, Dağıstan və Yakutiya daxildir.

Amma bu da qeyd olunur ki, Stalinin heykəl və abidələri mərkəzi küçə və meydanlarda deyil, dalda yerlərdə, çox vaxt muzeylərin həyətlərində və şəxsi torpaq sahələrində yerləşdirilir.

Bunlardan bir çoxu Rusiya Kommunist Partiyasının təşəbbüsü ilə qoyulub.

Amma son vaxtlar, getdikcə daha çox Stalin abidələrini hakimiyyət orqanları qoyur və bunların açılışında rəsmi şəxslər iştirak edirlər.

Və yeni stalinsayağı repressiyalar

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Rusiyanın cənubunda və Şimali Qafqazda Ukraynaya qarşı müharibəyə etiraz edənlərin repressiyaları davam edir.

Təkcə sentyabrın 28-də Stavropol diyarının Predqornı rayon məhkəməsinə Larisa Kuznetsova barəsində tərtib olunmuş 6 protokol təqdim olunub.

Kuznetsovaya qarşı Rusiya ordusunun “diskreditasiyası” və ya gözdən salınması ittihamı irəli sürülüb. Materiallara hələ ki, baxılmayıb.

Stavropol sakinini 180-300 min rubl (1800-3000 dollar) cərimə gözləyə bilər.

Dağıstanda isə rayon məhkəməsi 65 yaşlı Baqomed Baqomedovu Facebook-da yazdığı posta görə 15 min rubl cərimə edib.

İnsanlar niyə siyasətə qarışmaq istəmir? 'Başıma torba keçirdilər...'.
Gözlə

No media source currently available

0:00 0:10:46 0:00

“Ölüm kağızı hər bir ailəyə gəlməlidir”

Qeyd olunur ki, bu səhifədə Baqomed Baqomedov Ukrayna müharibəsinə qarşı postlar və jurnalist Aleksandr Nevzorovun videolarını yerləşdirirmiş.

Baqomedov məhkəmədə deyib ki, o başqalarının postlarının təkrar yerləşdirilməsinin Rusiya ordusunu gözdən sala biləcəyini bilib, amma hesab edib ki, bu fikirləri ictimaiyyətə çatdırmaq hüququna malikdir.

Məhkəmədə qeyd olunub ki, Baqomedovun öz postları da ordunu gözdən salırmış. Bu postlardan birində o yazırdı:

"Ölüm kağızı hər ailəyə gəlməlidir, ona görə də biz səfərbərliyi hiylə və zorla ilə keçirməliyik. “Rusiyanın möhtəşəmliyi” qalası yalnız meyitlərdən ucaldıla bilər”.

Məhkəmə Baqomedovun yaşını və gözdən ikinci qrup əlilliyini, habelə pensiyasının azlığını nəzərə alaraq ona daha “yüngül” cəza verib.

"Şəhid ailələri ilə bağlı bu qərar absurddur" - Məsələ 2028-ci iləcən niyə uzadıldı?
Gözlə

No media source currently available

0:00 0:05:16 0:00

“Siz rusları...”

Volqoqraddakı Lenin rayon məhkəməsi yerli sakin Sergey Taranenkonu da eyni maddə ilə cərimə edib.

Sentyabrın 20-də Dağıstanın Ali Məhkəməsi Rasul Bammatovu “mitinq” maddəsi ilə inzibati cinayət məsuliyyətinə cəlb edib.

O ötən ilin sentyabrında WhatsApp qrupunda Ukraynada müharibə üçün səfərbərliyə qarşı çağırış etmişdi.

Məhkəmə onu 120 saatlıq icbari əməklə cəzalandırıb.

Bammatov təqsirini etiraf etməyib və deyib ki, onun telefonundan yalnız ailə üzvləri istifadə edirlər və o məlumatın kim tərəfindən qoyulduğunu bilmir. Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb.

Stavropol diyarının Oktyabr rayon məhkəməsi işsiz yerli sakin Valeri Qasparyana 30 min rubl cərimə kəsib.

Onun şərhlərində deyilirdi: “Siz rusları öldürmək və yerlə sürümək lazımdır”.

Onun bu postu ilə bağlı “donosu” DİN-ə Ekstremizmə qarşı Mübarizə Mərkəzi çatdırıb.

XS
SM
MD
LG