Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:46

Statistika Komitəsinə inanan kim, inanmayan kim...


Dövlət Statistika Komitəsi, arxiv foto
Dövlət Statistika Komitəsi, arxiv foto

Dövlət Statistika Komitəsinin (DSK) bu günlər yaydığı məlumat bazarda əsasən ərzaq məhsullarında qiymət artımının olduğunu göstərir.

Bildirilir ki, 2020-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin eyni dövrünə nisbətən 102,9 faiz (2,9) bahalaşıb. O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 101,0 faiz təşkil edib.

AzadliqRadiosunun müraciət etdiyi iqtisadçılar DSK-nin məlumatlarlna birmənalı yanaşmadıqlarını ifadə edirlər.

İqtisadçı professor Nazim Bəydəmirli Dövlət Statistika Komitəsinin rəqəmlərini gülünc adlandırıb. O bidirib ki, özü hər həftə bazarlıq edən zaman monitorinq aparır:

“Artım ikirəqəmlidir”

Nazim Bəydəmirli, arxiv foto
Nazim Bəydəmirli, arxiv foto

“Pandemiya dövründə hətta həftəlik yox, gündəlik qiymət artımları var və keçən ilin mövcud dövrü ilə müqayisədə bu il artım ikirəqəmlidir, nəinki birrəqəmli”.

Nazim Bəydəmirlinin sözlərinə görə, adətən Komitənin açıqladığı rəqəmlərə yalnız müstəqil iqtisadçılar yox, ölkə başçısı da şübhəylə yanaşır. Onun vurğulamasına görə, bu barədə Prezident televiziya ekranlarında da danışıb. Amma Nazim Bəydəmirli bütün problemlərin heç də DSK-nin günahı səbəbindən yaranmadığını hesab edir:

“Komitəyə müxtəlif qurumlar şişirdilmiş rəqəmlər verir”

“Komitəyə müxtəlif qurumlar şişirdilmiş rəqəmlər verir. Təsadüfi deyildi ki, Prezident iqtisadiyyat nazirini qəbul edərkən bir daha müxtəlif qurumların müxtəlif rəqəmləri haqqında fikirlər səsləndirdi. Bu baxımdan həm inflyasiya, həm real iqtisadi artımla bağlı məlumatı oxudum. Düzdür, göstərilir ki, sənayedə və başqa sahələrdə mənfi tendensiyalar var. Ancaq başqa ölkələrin təcrübəsinə baxdıqda görürük ki, əksər ölkələrdə iqtisadiyyatın daralması ən azı 10 faizdən 30 faizə qədər dövr edir”

N.Bəydəmirlinin fikrincə,bu, onu göstərir ki, əhalidə etibar qazanan rəqəmlər olan ölkələrdə doğru statustika aparılır:

“ Belə olanda isə iqtisadi prosesləri idarə etmək mümkün olur. Təəssüf ki, Azərbaycanda statistik rəqəmlər etibar qazanmır”.

Vüqar Bayramov, arxiv foto
Vüqar Bayramov, arxiv foto

İqtisadçı, deputat Vüqar Bayramov isə bildirib ki, DSK-nın elan etdiyi inflyasiya göstəricisinin strukturuna diqqət yetirəndə ərzaq məhsullarında qiymət artımının çox olduğu bəlli olur:

“Qeyri-ərzaq məhsullarında tələbin azalması müşahidə olunmuşdu”

“ Belə ki, bu ilin 5 ayında ərzaq məhsulları 5.5 faiz artıb, qeyri-ərzaq məhsullarda 1.2, xidmətlərdə 1 faiz artım qeydə alınıb. Sonuncuda artımın nisbətən az olması, xüsusən də sosial təcrid səbəbindən mart-aprel aylarında xidmətlərin məhdudlaşdırılması ilə bağlıdır. Bu, nəticə etibarı ilə xidmət təklifinə təsir göstərir və qiymətlərdə də öz əksini tapır. Qeyri-ərzaq məhsullarında da tələbin azalması müşahidə olunmuşdu, pandemiya ( Koronavirus pandemiyası nəzərdə tutulur.Bu pandemiya ilə bağlı martın 24-dən Azərbaycanda karantin elan edilib-red) bu məhsulların istehlakının azalmasına gətirdi. Amma ərzağın istehlakının artmasıyla nəticələndi və qiymətlərdə daha yüksək artımlarla müşahidə olundu”

“Tərəvəz məhsullarının qiyməti aşağı düşüb”

Tərəvəz, arxiv foto
Tərəvəz, arxiv foto

Vüqar Bayramov-un fikrincə, bütövlükdə inflyasiya ilə bağlı elan edilən göstərici ondan xəbər verir ki, növbəti dövrlərdə ərzaq məhsullarının qiymətlərinin optimallaşdırılması daha prioritet olacaq:

“ Düzdür, artıq mövsümlə bağlı əsasən kənd təsərrüfatı məhsullarının qiymətlərində azalmalar müşahidə olunur. Xüsusən də tərəvəz məhsullarının qiyməti aşağı düşüb və bu, həmin məhsulların bazara çıxarılması ilə bağlıdır ki, yerli istehsalın genişlənməsi daha çox bazarda qiymətlərə təsir edir. Ancaq bütövlükdə rəsmi statistikada 5 ayın rəqəmləri göstərir ki, ərzaq məhsullarının qiyməti qeyri-ərzaq məhsullarının qiyməti ilə müqayisədə daha çox artıb.

XS
SM
MD
LG