Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:49

Stoltenberq Ankaranı NATO-ya mane olmamağa çağırıb


NATO-nun baş katibi Yens Stoltenberq fevralın 16-da Ankarada Türkiyə prezidenti Recep Tayyip Ərdoğanla görüşüb
NATO-nun baş katibi Yens Stoltenberq fevralın 16-da Ankarada Türkiyə prezidenti Recep Tayyip Ərdoğanla görüşüb

NATO-nun baş katibi Yens Stoltenberq fevralın 16-da bəyan edib ki, Türkiyənin İsveç və Finlandiyanın şimal alyansına qoşulması üçün onların müraciətlərini “nəhayət ratifikasiya etməsinin vaxtıdır”.

AFP xatırladır ki, Stoltenberq Ankaraya Türkiyədə baş vermiş fəlakətli zəlzələdən 10 gün sonra gəlib.

Zəlzələ Türkiyədə və Suriyada 40 minədək insanın həyatına son qoyub.

NATO başçısı Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə Ankarada görüşündən sonra deyib ki, “sizin ehtiyacınız olan vaxtda NATO Türkiyənin yanındadır”.

Amma o əlavə edib ki, Ankara iki Skandinaviya ölkəsinin NATO-ya qoşulmasına müqavimətini təcili dayandırmalıdır:

"Mən belə bir inamımda qalıram ki, həm Finlandiya, həm də İsveçin ərizələrini ratifikasiya etmək vaxtıdır”.

Yalnız Türkiyə və Macarıstan

Finlandiya və İsveç on illərdir riayət etdikləri hərbi bloklara qoşulmamaq siyasətini Rusiyanın Ukraynaya təcavüzü başlanandan az sonra dəyişmək qərarına gəliblər.

Bu iki ölkənin alyansa qoşulmasına NATO-ya üzv iki ölkə - Türkiyə və Macarıstan müqavimət göstərir.

Türkiyə və Macarıstan parlamentləri İsveç və Finlandiyanın NATO üzvlüyü üçün ərizələrini hələ də ratifikasiya etməyib.

NATO-nun Nizamnaməsinə görə hər hansı ölkənin bu alyansa qoşulmasına təşkilatın 30 üzvünün hamısının razılığı tələb olunur.

AFP yazır ki, Macarıstan parlamentinin müraciətləri mart ayınadək ratifikasiya edəcəyi gözlənilir.

Türkiyədə zəlzələdən 9 gün sonra dağıntılarn altından sağ insanlar çıxarıldı
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Ərdoğanın iradı, Stoltenberqin bəyanatı

Bundan əvvəl Türkiyə işarə etmişdi ki, İsveçin yox, amma Finlandiyanın sənədlərini ayrılıqda ratifikasiya edə bilər.

Çavuşoğlu fevralın 16-da bu mövqeyi bir daha təsdiq edib:

"Biz Finlandiyanın NATO üzvlüyü prosesinə İsveçdən ayrılıqda baxa bilərik. Türkiyənin bu iki ölkənin üzvlüyü məsələsinə münasibəti lap başlanğıcdan aydın və birmənalı olub”.

Türkiyə prezidenti Recep Tayyip Ərdoğanın başlıca narazılığı İsveçin Ankaranın istədiyi onlarca şübhəlini ekstradisiya etməməsidir.

Ərdoğan bu şəxslərin qanunsuz kürd qruplaşmalarına və 2016-cı ilin uğursuz dövlət çevrilişi cəhdinə bağlı olduqlarını iddia edir.

Buna baxmayaraq Stoltenberq fevralın 16-da bu məsələ ilə bağlı çox kəskin bəyanat verib:

"Hər ikisinin ratifikasiyası indi edilə bilər. Əsas məsələ onda deyil ki, bu ratifikasiyaların ikisi də birlikdə edilsin, amma əsas məsələ onların mümkün qədər tez ratifikasiya olunmasıdır”.

XS
SM
MD
LG