Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:05

Azərbaycan polisi ilə çex polisinin fərqi [video]


«İlham Əliyev qorxur» - Leyla Yunus Nardaran məhkəməsi haqda
Gözlə

No media source currently available

0:00 0:14:44 0:00

Bugünkü [A-Live] "Nardaran işi", Yol polisinin kobudluğu və başqa mövzulara həsr olunub.

İnternetdə yanvarın 24-də yayılan bir videoda yol polisi sürücüyə deyir ki, sənin dərinə saman təpəcəm.

Polis vətəndaşla belə aqressiv davrana bilməz

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyir ki, polis vətəndaşla belə aqressiv davrana bilməz və bu, qanun pozuntusudur. Əsədov deyir ki, həmin polis işçiləri haqqında tədbir görülür. Amma Vaqif Əsədov hesab etmir ki, bu hal geniş yayılıb.

“Ötən il polis-vətəndaş münasibətlərində polisin zorakılığı ilə bağlı fakt qeydə alınmayıb. Əksinə, sırf polisə qarşı zorakılıq faktı qeydə alınıb. Bu il polislə bağlı bu, ilk faktdır”.

Buna da bax:​ Sürücünü ağladan yol polisi işdən çıxarılıb

Keçən ilin fevralında polis maşınını çəkiclə əzən Şahin Bəylərov bir neçə gün əvvəl il həbs cəzası alıb. O məhkəmədə deyir ki, polisin özbaşınalıq və qanunsuz hərəkətlərindən bezərək, maşını çəkiclə əzib.

Mahmud Hacıyev deyir ki, “Polis haqqında qanun”a görə, yol hərəkəti qaydası pozularsa, polis özü sürücüyə yaxınlaşmalı, sənədlərini təqdim etməlidir.

Cəmi üç aylıq kursdan sonra

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, son aylar yol polisi sıralarına 500 nəfər yeni əməkdaş götürülüb, onlar cəmi üç aylıq kursdan sonra işə başlayıblar. Ələsgər Məmmədli deyir ki, onun müşahidəsinə görə, bu polis əməkdaşlarının qanunları, öz işlərini yaxşı bilməməsi hiss olunur. O öz təcrübəsindən çıxış edib deyir ki, yeni polislər daha pis davranırlar.

Buna da bax: Kənd həkiminin saqqalı polisin xoşuna gəlməyəndə...

Hüquqşünas deyir ki, polis təhsili davamlı olmalıdır.

Vaqif Əsədov isə deyir ki, polislər davranışla bağlı hər gün təlimatlandırılırlar.

Yol polisi arasında yaxşısı da var, kobudu da

32 ildir Bakıda taksi sürən Mikayıl İsrafilov deyir ki, yol polisi arasında yaxşısı da var, kobudu da.

“Taksi dayanacağında dayanmısan, nə isə işi var, gəlir. Elə bir hərəkət edir ki, elə bil uşağa deyir ki, itil burdan, cəhənnəm ol. Bunu mülayim də demək olar ki, tədbirdir, ağsaqqal ver arxaya. Ancaq eləsi də var gəlir deyir ki, incimə bir az ver dala, tədbirdir. Adamın xoşu gəlir”.

Buna da bax:​ Yol polisi maşınını çəkiclə əzənə 9 il həbs cəzası verildi

Bakıda bu mövzuda sorğu keçirmişik:

Yol polisi nəzakətlidirmi?
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

Çexiyanın paytaxtı Praqada yol polisi yoxdur, şəhər polisi yol hərəkəti qaydalarını da tənzimləyir. 23 ildir ki, taksi sürən Josef Masar deyir ki, polisin onunla kobud davranışını xatırlamır.

“Heç vaxt. Heç vaxt belə bir şey olmayıb. Mən normal sürəndə, polis də normal olur. Mən normal olmayanda polis cərimə yazır”.

Qayıdaq Azərbaycana. Keçmiş polis zabiti Mahmud Hacıyev deyir ki, nədənsə, vətəndaşlar kobud davranışın üstündən keçib, şikayət etmirlər. O təklif edir ki, sürücülər pis rəftarla bağlı polis idarəsinə və ya prokurorluq orqanlarına şikayət etsinlər.

XS
SM
MD
LG