Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:09

Hökumət su quyuları məsələsinə bir də qayıtdı


Foto arxiv
Foto arxiv

2006-cı ildə, Meliorasiya və Su Təsərrüfatı ASC yaranarkən, hökumət ayrı-ayrı su istifadəçilərinin istismar etdikləri nasos stansiyalarının və subartezian quyularının onun balansına götürülməsi haqda qərar vermişdi. İndi həmin qərar (http://www.e-qanun.az/framework/12011) ləğv olunub.

O zaman qərar verilərkən özəl şirkət və təsərrüfatların istifadəsində olan su qurğularının istismarında, saxlanmasında, xüsusilə «enerji xərclərinin ödənilməsində yaranmış ciddi çətinliklər» nəzərə alınmışdı. 11 il keçdikdən sonra hökumət istismara qəbul olunan nasos stansiyaları və subartezian quyuları haqda bir məlumat vermədən qərarını ləğv edib. Bu haqda təşəbbüsü isə Meliorasiya və Su Təsərrüfatı ASC irəli sürüb. İyunun 29-da qəbul edilmiş qərarda (http://cabmin.gov.az/?/az/pressreliz/view/2457/) belə deyilir.

Buna da bax: «Azərsu» dövlət pullarını kimə və necə xərcləyir? [Video]

Bundan sonra son sözü Nazirlər Kabineti deyəcək

Lakin hökumət bu cür su təsərrüfatı qurğularının bundan sonra da Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansına qəbul edilməsi məsələsini açıq saxlayıb. Lakin buna Nazirlər Kabinetinin qərar verməsi tələb olunacaq. Əsas şərtsə budur ki, layihə-smeta sənədlərinə uyğun normativlərə və təhlükəsizlik qaydalarına riayət etməklə tikilmiş nasos stansiyaları və subartezian quyuları saz texniki vəziyyətdə olmalıdır. Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansına qəbul edildikləri halda bu qurğuların istismarı üçün tələb olunan vəsait dövlət büdcəsindən ayrılacaq.

Foto arxiv
Foto arxiv

Dövlətə neçə artezian verilib - bilinmir

Meliorasiya və Su Təsərrüfatı ASC yarandığı vaxtdan bu yana illik maliyyə hesabatlarını açıqlamır. Bu səbəbdən dövlət büdcəsindən aldığı yüz milyonlarla manat vəsaitin istifadə istiqamətləri haqda dəqiq məlumat yoxdur. Elə hökumət də 11 il keçdikdən sonra istismara qəbul olunan nasos stansiyaları və subartezian quyuları haqda bir məlumat vermədən öz qərarını ləğv edib. Səhmləri 100 faiz dövlətə məxsus qurumun internet resursunda da dövlət vəsaitlərinin istifadəsi haqda məlumat verilmir. Saytda göstərilir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin istifadəsində ümumi məhsuldarlığı saniyədə 1 min 282,2 kubmetr olan 931 ədəd nasos stansiyası var.

Bu il pul «kəsilib»

Meliorasiya və Su Təsərrüfatı ASC hidrotexniki, meliorasiya və digər su təsərrüfatı obyektlərinin saxlaması və istismarından ötrü ən yüksək həddə – 260,9 milyon manat büdcə vəsaitini 2015-ci ildə alıb. 2016-cı ildə maliyyələşmə təxminən 2014-cü il səviyyəsinə düşüb – 240,4 milyon manat. Bu il isə meliorasiya tədbirlərinə ayrılan vəsait 16,3 faiz (39 milyon manat) azaldılıb.

XS
SM
MD
LG