Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:29

Türkiyə deyir ki, Avropa hakimlik yox, vasitəçilik etməlidir


Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu

Cənubi Avropanın yeddi ölkəsi sentyabrın 10-da Türkiyəni şərqi Aralıq dənizində “birtəfəli və qanunsuz fəaliyyətlərdən” çəkinməyə çağırıb.

Euronews xəbər verir ki, Fransa, Yunanıstan, Kipr, Malta və Portuqaliyanın dövlət başçılarıTürkiyə ilə açıq münaqişə təhlükəsi ilə əlaqədar Korsika adasında görüş keçiriblər.

Bu görüşün yekun bəyannaməsində deyilir ki, sözü gedən ölkələr “Yunanıstan və Kiprə tam dəstək verir və həmrəylik bildirirlər”.

Liderlər xəbərdarlıq edirlər ki, Türkiyə şərqi Aralıqda neft-qaz axtarışı ilə bağlı birtərəfli fəaliyyətinə son qoymasa, Avropa İttifaqı gələn ay keçiriləcək sammitində Türkiyəyə qarşı yeni məhdudlaşdırıcı tədbirlər barədə qərar qəbul edə bilər.

Onlar habelə Almaniyanın Yunanıstan və Türkiyə arasında vasitəçiliyinin bərpasına çağırıblar.

Bu həftə bu mübahisədə öz vasitəçiliyini Rusiya da təklif edib.

Son həftələrdə şərqi Aralıq dənizindəki neft-qaz ehtiyatlarına sahiblik iddialarına görə Yunanıstan və Türkiyənin hərbi dəniz və hava qüvvələri arasında gərgin vəziyyət yaranıb.

Macron Erdoğanı tənqid edir

Fransa Yunanıstan və Kiprə dəstəyini nümayiş etdirmək üçün dənizin bu hissəsində patrul keşiyi çəkir.

Yunaıstanın baş naziri Kyriakos Mitsotakis deyib:

"Əgər Türkiyə həqiqətən də Yunanıstan, Kipr və Avropa İttifaqı ilə səmimi dialoq istəyirsə, bunu əməldə göstərməli, birtərəfli fəaliyyətlərinə son qoymalı və beynəlxalq qanunlara hörmət nümayiş etdiməlidir”.

Türkiyə hökuməti Fransa və Avropa İttifaqının Yunanıstan və Kiprə “tərəfkeşlik” göstərməsini kəskin tənqid edib.

Sentyabrın 10-da habelə Fransa prezidenti Emmanuel Macron Türkiyənin “qəbuledilməz təxribatlarını” pisləyib:

"Türkiyə bu regionda artıq partnyor deyildir. Biz avropalılar bu məsələdə, Türkiyə prezidenti Recep Tayyip Erdoğanın qeyri-məqbul davranışı məsələsində qətiyyətli olmalıyıq”.

Türkiyə Macron-a sərt cavab verib

Türkiyənin Xarici İşlər Nazirliyi Macron-un bəyanatını “lovğa” adlandırıb və onu “köhnə müstəmləkəçilik kompleksində” ittiham edib.

Ankara bildirib ki, Fransa prezidenti gərginliyi artırmaqla Avropa üçün daha böyük risk yaradır.

Türkiyənin rəsmi bəyanatında bildirilir ki, “Aralıq dənizindəki hər hansı ölkənin yurisdiksiyasını Macron müəyyən etmir”.

Sentybarın 10-da Türkiyə və Yunanıstanın hərbiyyə başçıları NATO qərargahında görüşərək yaranmış vəziyyəti müzakirə ediblər. Onların hər ikisi Şimal alyansının üzvüdür.

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu avropalıları yaranmış mübahisədə tərəf saxlamağa yox, “ədalətli vasitəçi” olmağa çağırıb:

"Öz üzərinə beynəlxalq məhkəmə rolunu götürməklə Avropa İttifaqı, təəssüf ki, problemin bir hissəsinə çevrilib. Biz öncədən şərt qoyulmadan dialoqa hazırıq. Amma əgər Yunanıstan öncədən şərt qoymaqda israrlı olsa, biz də öz şərtlərimizi qoyacağıq”.

XS
SM
MD
LG