Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:43

BMT: Taliban dünyanın qadınlara ən çox zülm edən rejimidir


Martın 8-də Əfqanıstanın paytaxtı Kabil şəhərində qadınların etiraz aksiyası keçirilib
Martın 8-də Əfqanıstanın paytaxtı Kabil şəhərində qadınların etiraz aksiyası keçirilib

BMT-nin Əfqanıstan üzrə missiyası 8 mart Beynəlxalq Qadınlar Günündə bəyan edib ki, Taliban hökuməti dünyada qadınlara qarşı ən repressiv rejimdir.

Missiya Talibanın rəhbərliyini ölkənin qadın əhalisi üzərinə qoyulmuş məhdudiyyətlərin ləğv edilməsinə çağırıb.

Bu da xəbər verilir ki, martın 8-də Əfqanıstanın paytaxtı Kabil şəhərində qadınların etiraz aksiyası keçirilib.

2021-ci ilin avqustunda, NATO-nun ölkəni tərk etməsinin ardınca təkrar hakimiyyətə qayıdan radikal islamçı qrup əvvəlcə qadınların və azlıqların hüquqlarına hörmət ediləcəyini vəd etmişdi.

Lakin verdiyi vədlərə rəğmən Taliban daha sərt xətt-hərəkətə başlayıb. Ölkədə qadınların hüquqlarına heç bir hörmət göstərilmir, qızların ali təhsil almasına qadağan qoyulub.

Qadınlar Bakının mərkəzində yürüş keçirdi: "Qətllərə son qoyulsun!"
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Qadınların 25 faizi işini itirib

Qadınlar üz və bədənlərini tamamilə örtməyə məcbur edilir. Onların ictimai yerlərə getməsi, yerli və xarici QHT-lərdə işləməsi, az qala evdən çıxması qadağan edilib.

Beynəlxalq Əmək Təşkilatı (The International Labor Organization - ILO) martın 7-də bildirib ki, Taliban hakimiyyətə gələndən bəri qadınların 25 faizi iş yerindən məhrum olub.

BMT baş katibinin xüsusi nümayəndəsi və təşkilatın Əfqanıstan missiyasının (UNAMA) başçısı Roza Otunbayeva deyib:

"Talibanın hakimiyyəti altında Əfqanıstan qadın haqlarına görə dünyanın ən repressiv ölkəsi olaraq qalır”.

O əlavə edib ki, rejimin qadınlara qarşı zülmkarlığı “metodik, qərəzli və sistematik” səciyyə daşıyır.

Azərbaycanda qadınlar nədən razı, nədən narazıdır?
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

Nəsillər boyunca hiss olunacaq

Yardım agentlikləri və humanitar qrupların təxminlərinə görə Əfqanıstanın 38 milyonluq əhalisinin yarısı aclıqdan əzab çəkir, xüsusilə uşaqlar kifayət qədər qidalanmır.

UNAMA bildirib ki, təşkilat Beynəlxalq Qadınlar Günündə ölkənin de facto hakimiyyətini qadın və qızların hüquqları üzərinə qoyulmuş sərt məhdudiyyətlərin qaldırılmasına çağırıb:

"İnklüziv, dinc və ümidli Əfqanıstanın qurulması naminə qadın və qızların hüquqları dərhal bərpa edilməlidir”.

Bəyanatda deyilir ki, qadınlara edilən zülm bundan sonrakı nəsillər boyunca öz mənfi təsirlərini göstərəcək.

Kabildə keçirilmiş etiraz aksiyasının iştirakçılarından Juliya Parsi AzadlıqRadiosuna deyib:

"Əfqanıstanda bütün qadınlar sərt məhdudiyyətlər altında yaşayır. Bütün universitetlərin, məktəblərin, istirahət və əyləncə yerlərinin və hətta idman mərkəzlərinin qapıları onların üzlərinə bağlıdır. Biz buğun məhz ona görə etiraz edirik ki, dünyaya bütün əfqan qadınların hüquqlarının pozulduğunu göstərək”.

XS
SM
MD
LG