Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:42

Nigar xanım Şıxlinskayanın yadigarı bərpa olundu


Əliağa Şıxlinskinin ömür yoldaşı Nigar xanıma məxsus eksponat – zərf (dəsmal kisəsi).
Əliağa Şıxlinskinin ömür yoldaşı Nigar xanıma məxsus eksponat – zərf (dəsmal kisəsi).

Milli Azərbaycan Tarixi Muzeyində qorunan General-leytenant Əliağa Şıxlinskinin xanımına məxsus material Novruz ərəfəsində bərpa olunub.

Muzeydən AzadlıqRadiosu-na verilən xəbərə görə, Azərbaycan Cümhuriyyətinin hərbi nazirinin müavini, "artilleriya allahı", general-leytenant Əliağa Şıxlinskinin ömür yoldaşı Nigar xanıma məxsus eksponat – zərf (dəsmal kisəsi) Hədiyyələr və Xatirə Əşyaları fondunda qorunub.

Buna da bax:​ General Şıxlinskinin yəhərüstüsü bərpa olundu

Zərf (qovluq) əl dəsmalı qoymaq üçündür, ipəkdən hazırlanıb, astarı çəhrayı parçadandır. Üzərində doldurma tikməsi var.

Muzeyin Bərpa laboratoriyasının bərpaçı - rəssamı İlhamə Rəhimova yadigarın üzərində işlədikdən sonra eksponat yenidən Hədiyyələr və Xatirə Əşyaları fonduna təhvil verilib.

Nigar xanım Qayıbova 1871-ci il oktyabrın 10-da Tiflisdə Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbzadənin ailəsində doğulub.

Anası Səadət xanım da Tiflisdəki Qafqaz Qadınları Xeyriyyə Cəmiyyətinin fəxri sədri olub.

Buna da bax:​ Əlağa Şıxlinski: «Məni sevimli Nigarımın yanında dəfn edərsiniz...»

Nigar xanım ilk təhsilini evdə alıb, sonra Tiflis Nəcib Qızlar İnstitutunu (1889) qızıl medalla bitirib. O, fransız və rus dillərində sərbəst danışıb, ərəb və fars dillərini mükəmməl bilib.

Əliağa Şıxlinski ilə Nigar xanım 1909-cu ildə evləniblər.

Nigar xanım Birinci Dünya müharibəsində yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilib.

Onun başçılıq etdiyi xəstəxanaya «Şıxlinski xəstəxanası» deyiblər.

Buna da bax:​ Ey sevgilim! Ey Nigarım!.. [Dinlə]

O, 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinin də sədri olub. Məqalələr yazıb, dul qadınların, yetim uşaqların, aşağı rütbəlilərin ailələlərinin haqlarını qoruyub.

Nigar xanım 1931-ci il avqustun 15-də Bakıda dünyadan köçüb.

XS
SM
MD
LG