Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:41

Bu ölkələrdə COVID-19-a yoluxmalar artır


Narita aeroportu
Narita aeroportu

Tokio daxil olmaqla Yaponiyanın bir çox yerlərində fövqəladə tədbirlər qüvvədədir, COVID-19-a yoluxmalarda isə tədricən azalma müşahidə olunur

Tayvanla Avstraliya COVID-19-un yeni dalğası ilə mübarizə tədbirlərini açıqlayıblar. Bu arada Yaponiyada yeni sorğu ictimaiyyətin bu yay keçiriləcək Tokio Olimpiya oyunlarını dəstəklədiyini göstərib. Daha öncəki sorğular isə əhalinin oyunları ləğvinə, yaxud təxirə salınmasına tərəfdar olduğunu üzə çıxarmışdı.

Tayvan COVID-19 qadağalarını iyunun 28-dək uzadıb, məktəblər də yay tətili başlayanadək qapalı qalacaq. Bunu hökumət iyunun 7-də açıqlayıb.

Tayvanda daxili yoluxma səviyyəsi sabitləşmir, vətəndaşlar üçün həyəcan ikinci həddə qaldırılıb. Toplantılar məhdudlaşdırılır, əyləncə yerləri bağlanır, tələbələr onlar təhsilə keçir.

Pandemiya başlanandan Tayvanda 11 mindən çox yoluxma və 260 ölüm qeydə alınıb. Amma rəsmilər əhali arasında daha yoluxucu variantların yayılmasından narahatdırlar. Əhalinin cəmi 3 faizi, həm də bir dozayla peyvəndlənib.

Bu həftədən Tayvan Yaponiyanın ianə etdiyi 1.24 milyon doza AstraZeneca vaksinini paylamağa başlayıb. Xroniki xəstələr və yaşı 75-dən yuxarı olanlara birinci növbədə peyvənd vurulacaq.

Avstraliya

Avstraliyanın Viktoriya vilayəti isə iyunun 7-dən son bir həftədə yoluxmalarda ən böyük artım qeydə alındığını bildirib. Hakim orqanlar yüksək yoluxucu Delta variantının mənbəyini tapmağa çalışırlar.

Vilayətin paytaxtı Melburnda iyunun 10-dan lokdaun sona çatmalıdır, amma hakim orqanlar bununla bağlı hələlik, qərar verməyiblər.

İyunun 7-də Melburnda sərt lokdaunun 11-ci günüdür.

Burada aşkarlanmış Delta variantını Dünya Səhiyyə Təşkilatı COVID-19-un dörd ştammından ən təhlükəli hesab edir. Hindistanda yoluxmaların son dalğasına da məhz bu variantın səbəb olduğu bildirilir.

Avstraliyada indiyədək 30 mindən çox yoluxma və 910 ölüm halı aşkarlanıb. Böyüklərin 20 faizə yaxınına vaksinin ilk dozası vurulub.

Oyun tərəfdarlarının sayı artır

Bu arada Yaponiyanın “Yomiuri Shimbun” qəzeti Olimpiya oyunları ilə bağlı sorğu keçirib. Respondentlərin 50 faizi Olimpiya oyunlarının bu yay keçirilməsinə tərəfdar olduqlarını, 48 faizi isə ləğvini istədiklərini deyiblər. Təxirə salınma variant kimi göstərilməyib.

İndiyədək keçirilən sorğularda respondentlərin əksəriyyəti bu yay Olimpiya oyunlarına qarşı olduqlarını deyiblər.

Mayın əvvəlində elə həmin qəzetin keçirdiyi sorğuda respondentlərin 59 faizi deyirdi ki, oyunlar ləğv olunsun. 39 faiz onların plan üzrə keçirilməsinə tərəfdar olub.

Tokio daxil olmaqla Yaponiyanın bir çox yerlərində fövqəladə tədbirlər qüvvədədir, COVID-19-a yoluxmalarda isə tədricən azalma müşahidə olunur.

Vaksinasiya səviyyəsi də yüksəlir, amma hələlik, əhalinin 3 faizindən çoxuna peyvənd vurulub.

Təşkilatçılar ötən ildən təxirə salınmış Tokio Oyunlarının bir daha ertələnməsini çıxdaş edirlər. Oyunlara izləyicilərin buraxılmasına dair qərar bu ayın sonuna veriləcək. Oyunlar iyulun 23-də başlamalıdır.

Əcnəbi izləyicilərin oyunlara buraxılmayacağı haqda artıq qərar var.

XS
SM
MD
LG