Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:25

Mobil telefon operatorları tənbəlləşib


►Buna görə gəlirləri 37,7 milyon manat azalıb

Bu ilin 11 ayı ərzində Azərbaycanda mobil telefon xidmətləri göstərən operatorlar 798,6 milyon manat gəlir götürüblər. Əvvəlki illə müqayisədə gəlirlər 37,7 milyon manat və ya 4,6 faz aşağı düşüb.

Bəs mobil rabitə şirkətlərinin gəlirlərinin azalmasına təsir göstərən amillər hansılardır?

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz AzadlıqRadiosuna durumu şərh edərkən deyib ki, bunun obyektiv səbəbləri var.

“Hazırda ölkə əhalisi səsli rabitəni əvəz edən digər alternativ kommunikasiya vasitələrindən və imkanlarından (internet, sosial şəbəkə, mesajlaşma) daha geniş istifadə etməyə həvəs göstərir. İkinci ciddi səbəb isə mobil telefonun yaratdığı imkanların digər tətbiqlərin, məsələn, Whatsaapın və başqalarının daha aşağı xərc qarşılığında təklif etməsidir”.

Eyni zamanda ekspert deyir ki, mobil operatorlar bazarın çağırışlarına həssaslıqla yanaşmır, bir növ tənbəllik edirlər.

“Hazırda bir çox dövlət qurumları istifadəçilər tərəfindən ödəmələri internet üzərindən tətbiq edirlər. Mobil telefon operatorları isə təklif etdikləri xidmətlərdə mobil tətbiqlərdən az istifadə edirlər”, deyə Osman Gündüz bildirib.

Bu ilin əvvəlinə Azərbaycanda istifadə olunan mobil telefon nömrələrinin sayı 3,9 faiz artaraq 10,1 milyon ədəd olub. Bunun 4 milyonu Bakı şəhərinin payına düşür. Ölkədə hər 100 nəfərə 107 mobil telefon nömrəsi düşür.

2014-cü ildə 3 mobil telefon operatoru (Azercell Telecom, Bakcell, Azerfon) toplam 915,2 milyon manat (+0,77 faiz) gəlir götürüb. Bu, ölkəyə mobil telefon xidmətinin gəldiyi 21 il ərzində ən yüksək göstərici idi.

“Azercell Telecom”dan fərqli olaraq digər iki şirkət maliyyə hesabatlarını ictimaiyyətdən gizli saxlayır.

XS
SM
MD
LG