Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:45

Ter-Petrosyan: «Qarabağın müstəqilliyini birtərəfli tanımaq olmaz»


Levon Ter-Petrosian
Levon Ter-Petrosian

►Eks-prezident Ermənistan rəhbərliyinin "bəzi deputatların qeyri-praqmatik təşəbbüsünə uymamasını" yüksək qiymətləndirdiyini yazır

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Ilur.am saytında dərc edilmiş yazısında qeyd edir ki, Ermənistan Dağlıq Qarabağın birtərəfli qaydada tanınmasına yol verməməlidir.

"Ermənistan öz hərəkətləri ilə danışıqlar prosesinin məntiqindən qırağa çıxmamalıdır. Əksinə, Minsk qrupunun danışıqlar prosesinə tam şəkildə cəlb olunmasına çalışmalıdır. Bu yolla konstruktiv qaydada öz məqsədinə nail olmağa səy göstərməlidir. Çünki müzakirə olunan sənədlər arasında Qarabağın müstəqilliyinin tanınmasına nail olmaq üçün zəruri olan hüquqi əsaslar var," - deyə Ter-Petrosyan bildirib.

Eks-prezident Ermənistan rəhbərliyinin "Qarabağ rəhbərliyinin də razılığı ilə" "bəzi deputatların qeyri-praqmatik təşəbbüsünə uymamasını" yüksək qiymətləndirdiyini yazır.

Ter-Petrosyan qeyd edib ki, birtərəfli tanıma BMT, ATƏT kimi beynəlxalq təşkilatların, yaxud da heç olmasa bir-iki böyük dövlətin dəstəyinin olmadığı halda gözlənilməz və faciəvi nəticələrə gətirib çıxara bilər.

____________________________________________________________

Bunlara da bax:
Alman ordusunda döyüşmüş azərbaycanlı ilə söhbət (Audio)
Satıcı: "Veteranların medallarını satmağa gətirənlər çoxalıb"

____________________________________________________________

"Şübhəsiz ki, beynəlxalq ictimaiyyət gec-tez Qarabağın müstəqilliyini tanıyacaq. Bu əminlik ona əsaslanır ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və şəxsən Rusiya, ABŞ və Fransa prezidentlərinin simasında dünya artıq Qarabağ xalqının referendum yolu ilə öz müqəddəratını təyin etmə hüququnu tanıyıb," deyə Ter-Petrosyan qeyd edib. (Ardı aşağıda)

BAX: "Azərbaycan Dağlıq Qarabağı qısa müddətə tam azad etmək iqtidarındadır"

"Azərbaycan Dağlıq Qarabağı qısa müddətə tam azad etmək iqtidarındadır"
Gözlə

No media source currently available

0:00 0:08:35 0:00

Keçmiş prezident qeyd edib ki, "məsələnin əhatəli həlli Minsk qrupunun Madrid prinsipləri əsasında işləyib hazırladığı planın reallaşdırılmasını nəzərdə tutur ki, bu planda da Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə hüququ, yəni müstəqil dövlət yaratma hüququ təsbit olunur."

Ter-Petrosyanın fikrincə, danışıqlar prosesində uğur qazana bilmək üçün Ermənistan tərəfi Madrid prinsiplərində əks olunmuş referendum və öz müqəddəratını təyin etmə ideyasından başqa "remedial secession" ("xilas naminə ayrılma") doktrinasını da əsas götürməlidir.

O qeyd edib ki, sözügedən doktrina tərəflərdən birinin irqi, milli, dini, yaxud hər hansı başqa səbəbə görə öz ərazisində yaşayan etnik ərazi azlığının hüquqlarını dövlət səviyyəsində sistematik olaraq pozduğu, həmçinin onu məhv etmək, yaxud köçürməklə hədələdiyi zaman tətbiq olunur. Onun sözlərinə görə bu zaman beynəlxalq ictimaiyyət bu xalqların birlikdə yaşamasını qeyri-mümkün hesab edərək məcburi qaydada azlığın yaşadığı ərazini həmin dövlətdən ayırmağa borcludur.

Azərbaycan isə erməni azlığının heç bir haqqını pozmadığını, onların hər zaman muxtariyyət, milli təhsil və s. atributlara malik olduğunu deyir. Eyni zamanda Azərbaycan ölkə ərazisində yaşayan ermənilərə ən yüksək muxtariyyət statusu verməyə hazır olduğunu da qeyd edir.

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun RADİO proqramında (9 may)

Zaqatalada 4 ildi yardım gözləyən zəlzələ qurbanları
Bakı sakinləri veteranların medallarını satışa çıxaranlar haqda nə düşünür

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (9 may)

Leyla Əliyevanın London mülkü - The Mail on Sunday qəzeti fotolar yaydı

XS
SM
MD
LG