Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:50

Nərmin olayıyla bağlı yeni xəbər


10 yaşlı qızın qətlində şübhəli bilinən şəxsin bacısı nə deyir
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

10 yaşlı qızın qətlində şübhəli bilinən şəxsin bacısı nə deyir

Tovuzun Dondar Quşçu kəndində 10-yaşlı Nərmini oğurlayıb öldürməkdə suçlanan İlkin Süleymanov özünü təqsirli bilmir. Yanvarın 23-də hakimlərin qarşısında da belə deyib. Bu haqda AzadlıqRadiosuna onun vəkili Əlibaba Rzayev bilgi verib.

CM-in 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham olunan 47-yaşlı İ.Süleymanovun haqqında ilkin istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilib. Vəkil Tovuz rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti verib. Sözügedən şikayətə Gəncə Apellyasiya Məhkəməsinin hakimləri Bakıda – Sabunçu rayon Məhkəməsinin binasında baxırlar.

Məhkəmə qapalı keçirilir

İstintaqı gedən şəxslərin məhkəməsi qapalı keçirilir. Bu üzdən vəkil qapalı iclasda olub-bitənlərin detallarını açıqlamayıb. Sadəcə, İ.Süleymanovun ittihamı qəbul etmədiyini, hakimlər önündə də Nərminin oğurlanıb sonradan öldürülməsinin ona aidiyyəti olmadığını söyləyib. Nərmini oğurlayıb, uzun müddət evlərində saxlaması, daha sonra öldürüb yandırması barədə ilkin ifadəsini isə işgəncələrə dözə bilməməsinin nəticəsi kimi izah edib: «Dedi ki, belə hadisə olmayıb, uydurulmuş senaridir».

Nərmin Quliyevanın qətli: AzadlıqRadiosunun hadisə yerindən reportajı
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Vəkilinin sözlərinə görə, İ.Süleymanovun üzərində xəsarət izləri var. O, məhkəmədə polis idarəsində döyüldüyünü, bədəninə elektrik cərəyanı verildiyini söyləyib: «Biz, müdafiə tərəfi olaraq, vəsatət qaldırdıq ki, məhkəmə İlkinin işgəncə şikayəti və digər prosessual pozuntularla bağlı ayrıca qərar qəbul eləsin. Həmin məsələlər araşdırılmaq üçün prokurorluğa göndərilsin. Özümüzün atacağımız hüquqi addamlara gəlincə, məsləhətləşib, bu barədə qərar verəcəyik».

Gəncə Apellyasiya Məhkəməsi İ.Süleymanov haqqında həbs qərarından verilən şikayəti təmin etməyib.

Baş Prokurorluq işgəncə iddialarını yalanlayır

Azərbaycan Baş Prokurorluğu təqsirləndirilən İlkin Süleymanova işgəncə verilməsi iddialarını təkzib edir.

Qurumun yanvarın 24-də yaydığı açıqlamada yazılıb ki, İ.Süleymanovun vəkili Əlibaba Rzayevin müdafiəçisi olduğu şəxsə istintaq zamanı guya işgəncə verməklə etirafedici məzmunlu ifadəyə məcbur edilməsi ilə bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir.

Azərbaycanda edam cəzasının bərpasını kim istəyir?
Gözlə

No media source currently available

0:00 0:04:13 0:00

Prokurorluq vurğulayıb ki, İ.Süleymanov şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib. Üstəlik, qeyd edilib ki, prosessual istintaq hərəkətlərinə vəkil və hal şahidləri də qatılıb: «Bundan başqa, məhkəmə-tibbi ekspertləri tərəfindən müayinə olunarkən, eləcə də 1 saylı istintaq təcridxanasına daxil olarkən, İ.Süleymanovun bədənində xəsarət və ya xəsarət izi aşkar edilməyib».

Prokurorluğun açıqlamasında o da vurğulanır ki, istintaq təcridxanasına daxil olanadək, eləcə də sonrakı dövr ərzində İ.Süleymanovdan «hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması barədə şikayət daxil olmayıb».

Xatırlatma

10-yaşlı Nərmin Quliyeva ötən il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.

Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq, Nərminin qətlində şübhəli bilinən 47-yaşlı İlkin Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb.

İ.Süleymanovun ittiham olunduğu CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Hüquq-mühafizə orqanları işgəncə iddialarını yalanlayırlar.

XS
SM
MD
LG