Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:26

Trump Tower, Anar və İran İnqilab Qvardiyası... (ABŞ jurnalı yazır)


 Trump Tower Baku
Trump Tower Baku

“Donald Trumpın ən pis sövdələşməsi”. ABŞ-ın nüfuzlu New Yorker jurnalı Trumpla Azərbaycan oliqarxlarının əlaqləsinə xüsusi məqalə həsr edib.

Müəllif Adam Davidson iddia edir ki, indiki ABŞ prezidentinin vaxtilə Bakıda "Trump" brendiylə inşasına razılıq verdiyi hotelin tikintisini "korrupsiyalaşmış ailə" reallaşdırıb və həmin ailənin İranın İnqilabi Qvardiyası ilə bağlı işadamı ilə əlaqələri olub.

AYLIQ MAAŞI 12 MİN DOLLAR

Müəllif xatırladır ki, Trump İnternational Hotel&Tower Baku adlanan bu layihə keçmiş nəqliyyat naziri Ziya Məmmədovla bağlıdır. Ziya Məmmədov haqda isə müəllif yazır ki, aylıq maaşı 12 min dollar olmuş Ziya Məmmədov bununla belə milyarderdir və Azərbaycanın ən varlı adamlarından biridir.

Wikileaksdə amerikalı diplomatın 2009-2010-cu illərdə dedikləri də xatırladılır ki, "Ziya Məmmədov hətta korrupsiyalı Azərbaycanda da öz korupsiyası ilə ad çıxarıb."

Ziya Məmmədov
Ziya Məmmədov

“Trump organisation”nın hüquqi məsələlər üzrə rəhbəri Alan Garten isə deyir ki, Bakı layihəsində Donald Trump üçün mənəvi problemlər yoxdur, çünki, Trump heç vaxt Məmmədovla birlikdə iş görməyib, Trump burda passiv rol oynayıb, o, Ziya Məmmədovun oğlu Anar Məmmədova yalnız Trump adından istifadə hüququnu verib və buna görə 2,8 milyon dollar alıb.

Anar Məmmədov
Anar Məmmədov

Müəllif yeri gəlmişkən onu da bildirir ki, Bakı layihəsində Trump Organisation-nın ən vəzifəli rəsmisi Donald Trumpın qızı İvanka Trump idi.

NİYƏ MƏHZ İRANA?

Adam Davidson daha sonra yazır ki, Ziya Məmmədov nazir olanda bir neçə çoxmulyonluq layihənin icrasını İranın tikinti şirkəti Azarpassillo-ya verib. Bu şirkətin sədri Keyumars Darvishi İran-İraq müharibəsində vuruşuvb, müharibədən sonra İran İnqilabi Qvardiyasının nəzarətində olan Raman şirkətinin rəhbəri olub.

Müəllif Reutersin məlumatından sitat gətirir ki, Trump hökuməti İranın İnqilabi Qvardiyasını terrorçu təşkilat kimi pisləməyə hazırlaşır.

Müəllif yazır ki, Məmmədovlar Amerika biznesi üçün ideal tərəfdaş deyil. Trumpın bağladığı müqavilədən hələ 4 il əvvəl WikiLeaks Amerika diplomatlarının teleqramlarını dərc etmişdi ki, "Məmmədovlar ailəsi korrupsionerdir". Bir diplomatik teleqramda isə bu ailənin İran İnqilabi Qvardiyası ilə bağlılığı qeyd olunurdu.

2013-cü ildə Azadlıq Radiosu ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Məlumatları Layihəsinin birgə araşdırması Məmmədov ailəsinin korrupsiyasını sənədlərlə ortaya qoydu.

Müəllif Azadlıq Radiosunun araşdırmasını yada salır ki, Məmmədovların olan XXİ ƏSR, ZQAN və Bağlan şirkətlərinin hamısı Nəqliyayat Nazirliyinin müqavilələri hesabına varlanıb.

MƏNFƏƏT

Müəllif onu da yazır ki, Ziya Məmmədovun İranda sərt xətt tərəfdarları ilə məlum əlaqələri yoxdur və soruşur ki, 3 qardaş olan Dərvishilər niyə məhz Ziya Məmmədovla işləmək istəyiblər? Müəllifin fikrincə, Ziya Məmmədovun onlarla işləməyinin səbəbi aydındır - bu, mənfəətdir, Bəs qarşı tərəf? Müəlifin fikrincə, Dərvishiləri cəlb edən , ola bilsin ki, Məmmədovların bankının olmasıdır. Bu da dünya maliyyə sisteminə çıxış verir.

Müəllif sonda yazır ki, Məmmədovların Azərbaycanda nüfuzu və hakimiyyəti kəskin aşağı düşüb. Ziya Məmmədovun qardaşı Elton Məmmədov 2015-ci ildə parlamentdə yer ala bilmədi, Ziya Məmmədov isə bu ilin fevralında nazir postunu itirib.

“Trump Organisation” isə Bakı layihəsi ilə bağlı hələ də əsas suallara cavab verməyib.

2017

Bakıdakı "Trump Tower"i nə gözləyir?
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

XS
SM
MD
LG