Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:01

Türk Axını kəməri ilə bağlı problem yaranır?


Prezidentlər Recep Tayyip Erdoğan və Vladimir Putin 2020-ci ildə Türk Axını kəmərinin açılış mərasimində
Prezidentlər Recep Tayyip Erdoğan və Vladimir Putin 2020-ci ildə Türk Axını kəmərinin açılış mərasimində

Bu, hazırda Rusiya qazını maneəsiz olaraq Avropaya nəql edən yeganə kəmərdir

AzadlıqRadiosunun Rus xidməti yazır ki, South Stream Transport B.V. şirkətinin daxili sənədləri ilə tanış olub.

Bu, Rusiyanın qaz nəhəngi Gazprom-un Niderlanddakı törəmə şirkətidir və Türk Axını qaz kəmərinə texniki xidmət göstərməklə məşğul olur.

Sənədlərdən bəlli olur ki, qaz kəməri ilə nəql əslində sentyabrın 17-dən dayandırılmalı idi.

Bu isə o deməkdir ki, Macarıstan və Serbiya qazsız qala bilər.

AzadlıqRadiosunun tanış olduğu sənədlərdən biri də sözü gedən şirkətin direktoru Oleq Aksyutinin 14 sentyabr tarixli məktubudur.

Məktubdan məlum olur ki, Niderlandın Mərkəzi İdxal-İxrac İdarəsi South Stream Transport B.V. şirkətinin lisenziyasını sentaybrın 17-dən, yəni vaxtından əvvəl ləğv edəcək.

Sanksiyalı avadanlıq

Aksyutin bu məktuba əsaslanaraq Türk Axını kəmərinə bütün xidmətlərin göstərilməsinin dayandırlmasına sərəncam verib.

Lisenziya ləğv edildikdən sonra da qaz kəməri ilə qazın nəqli davam etdiriləcək, amma ona yalnız qəza xidməti göstəriləcək.

Bu da qeyd olunur ki, South Stream Transport B.V. bundan sonra Rusiyaya sanksiya siyahısına salınmış heç bir avadanlıq və material göndərə bilməyəcək.

AzadlıqRadiosunun məlumatına görə şirkət lisenziyanın təzələnməsi üçün müraciət edib və Türkiyə tərəfini yaranmış problem barədə məlumatlandırıb.

Bütün kəmərlərdə problem

İyul ayında Türk Axını kəməri ilə sutkada 44 milyon kubmetr qaz verilib.

Bu, hazırda Rusiya qazını maneəsiz olaraq Avropaya nəql edən yeganə kəmərdir.

Belarusdan keçərək Polşaya gedən “Yamal-Avropa” qaz kəməri ilə qazın verilməsi may ayında dayandırılıb.

Şimal Axını kəmərlərinin zədələnməsi ilə bağlı bu kəmərlərlə qazın verilməsi 30 faizədək azalıb.

Ukrayna ərazisindən keçən Urenqoy-Pomarı-Ujqorod sutkada 167 milyon kubmetr əvəzinə hazırda 42 milyon kubmetr qaz nəql edir.

Gazprom sentyabrın 27-də bildirib ki, Ukrayna ərazisi ilə qazın nəqli tamamilə dayandırıla bilər.

Avropanın təchizatı daha 16 milyard kubmetr azala bilər

Türk Axını kəmərinin iki qolu ilə ildə 33 milyard kubmetr qaz nəql edilir. Bunun yarısı Türkiyəyə gedir, kəmərin ikinci qolu isə Avropa İttifaqına daxil olur.

İkinci kəmər qolu Bolqarıstandan keçərək qazı Yunanıstan, Şimali Makedoniya, Serbiya və Macarıstan arasında paylayır.

Ekspertlərin fikrincə bu kəmərlə qazın nəqli dayandırılarsa, Cənub-Şərqi Avropanın təchizatı ildə 16 milyard kubmetr azalacaq.

AzadlıqRadiosu South Stream Transport B.V. şirkətinə, Niderlandın Mərkəzi İdxal-İxrac İdarəsinə, habelə Türkiyənin müvafiq dövlət orqanlarına sorğu göndərsə də, hələki cavab almayıb.

Koçaryan Petrosyanın Azərbaycanla sülhə getmək təklifini rədd etdi
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00

XS
SM
MD
LG