Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:56

Putinlə Erdoğan görüşəcək [video]

İyulun 15-dən 16-na keçən gecə bir qrup hərbçi Türkiyədə çevrilişə cəhd göstərib. Azı 265 adam həlak olub.

TRT-1 hazırda canlı yayımda ordunun mövqeyini yayır

TRT-1-də ordunun bəyanatı yayılır. Bildirilir ki, ordu ölkədə asayişi bərpa edəcək, ölkəyə demokratiyanı yenidən gətirəcək, vətənə xəyanət edənlər məhkəmə önünə çıxarılacaq: "Siyasi qərarlarla yanlışlığa yol verilib, terror ölkənin içinə nüfuz edib", bəyanatda deyilir. Konsitusiya əvvəlki halına qaytarılacaq, - mətndə bildirilir.

Ordu adından bəyanat imzalayanlar vətəndaşların küçəyə çıxmasını qadağan edir, sərhədlərin, hava alanları bağlandığnı deyir.

Abdulla Gül: «Türkiyə bir Afrika ölkəsi deyil»

Keçmiş prezident Abdullah Gül
Keçmiş prezident Abdullah Gül

Abdulla Gül NTV-yə Skypla bağlanıb, deyib ki, millət bu gündə sıx olmaldır: «Türkiyə bir Afrika ölkəsi deyil» deyən keçmiş prezident bildirir ki, bu xətaya yol verənlər səhv yoldan dönsünlər: «Türkiyəni xaosun içinə soxmaq istəyənlər, dərhal vaz keçin. Türkiyə bu günləri də addacaq».

NTV xəbər verir ki, Ankarada vətəndaşlar küçəyə çıxmağa başlayıblar.

Ölkənin hər yerində minarələrdən camaatı meydana səsləyən çağırışlar eşidilir. «Demokratiyaya sahib çıxmaq istəyirsinizsə, meydanlara gəlib». NTV deyir ki, Ankarada səmaya qırıcı təyyarələr qalxıb.

Atatürk limanında bütün uçuşlar dayandırılıb

Atatürk limanında bütün uçuşlar dayandırılıb
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Əsgərlər TRT-nin binasında

Davamı

XS
SM
MD
LG