Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:00

Türkiyədən Ukraynaya hərbi ixracat 30 dəfə artıb


Kiyevdə keçirilən hərbi paradda
Kiyevdə keçirilən hərbi paradda

Bir il ərzində Türkiyədən Ukraynaya 59.1 milyon dollarlıq müdafiə malları ixrac edilib

Ötən illə müqayisədə bu ilin birinci rübündə Türkiyədən Ukraynaya müdafiə avadanlığı və mallarının satışı 30 dəfə artıb.

Reuters agentliyi Türkiyə İxracatçılar Assosiasiyasına istinadən yazır ki, bu müddət ərazində Türkiyədən Ukraynaya 59.1 milyon dollarlıq müdafiə malları ixrac edilib.

Halbuki bu rəqəm 2021-ci ilin ilk rübündə 1.9 milyon dollar idi.

Bu da xəbər verilir ki, rəsmi məlumatda müdafiə avadanlığının konkret nədən ibarət olduğu açıqlanmır.

Ukrayna son illərdə Türkiyədən 20 ədəd Bayraktar TB2 döyüş dronları alıb.

Bu il yanvarın 27-də Kiyev Türkiyəyə daha 16 belə PUA sifariş etmişdi.

Bu dronlar Ukraynaya Rusiya ilə müharibənin ortasında, martın əvvəllərində çatdırılıb.

Ankara və Kiyev arasında uzun müddətdən bəridir ki, sıx müdafiə əməkdaşlığı var.

Balanslı siyasət

NATO üzvü Türkiyənin hən Ukrayna, həm də Rusiya ilə dəniz sərhədi var. Ankara həm Kiyev, həm də Moskva ilə yaxşı münasibətlərini qoruyub saxlamağa çalışır.

Türkiyə Ukraynanı döyüş dronları ilə təchiz etsə də, Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan çəkinib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Rusiyanın Ukraynaya müdaxiləsini pisləyib, amma bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə kommunikasiya kanallarının açıq saxlanmasını istəyir.

Ukraynaya müdaxilə etdiyi iki aya yaxın müddətdə Rusiya bu ölkədə bir böyük şəhəri də ələ keçirə bilməyib.

Bu da xəbər verilir ki, bu ilin ilk rübündə Türkiyənin müdafiə ixracatı 48.6 faiz artıb.

Türkiyə 2021-ci ildə 3.2 milyard dollarlıq hərbi avadanlıq ixrac edib. Bu, 2020-ci illə müqayisəıdə 41.5 faiz artım deməkdir.

XS
SM
MD
LG