Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:47

Ukraynanın şərqində separatçı referendumları

Mayın 11-də Luqansk və Donetsk vilayətlərində Ukraynanın şərq bölgələrinin müstəqilliyi haqda referendum keçirilir. Referendumu inzibati binaları zəbt edən silahlı separatçılar təşkil edir

- Ukrayna şərqinin Slavyansk, Donetsk, Luqansk və Rusiyameylli yaraqlıların nəzarət etdiyi digər şəhərlərdə referenduma separatçı qurumlara dəstək məsələsi çıxarılıb.

- Referendum Ukrayna hökumət qoşunları ilə silahlı separatçılar arasında ağır döyüşlərdən sonra əldə olunan nisbi sakitlik şəaitində keçsə də, separatçıların siyasi mövqelərini dəstəkləməyən vətəndaşlara qarşı təzyiqlər, Ukraynanın bütövlüyünü dəstəkləyən siyasətçilərin girov götürülməsi, döyülməsi və qətlə yetirilməsi halları ilə müşahidə olunur.

- Mayın 10-da Slvyansk yaxınlığında hökumət qoşunlarının saxladığı silahlı separatçılardan 100 min"referendum bülletenləri" aşkar deyilib. Bu haqda xəbər verən Kiyev rəsmiləri bülletenlerdə artıq separatçıları dəstələyən "hə" cavablarının əvvəlcədən yazıldığını bildirirlər.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
15:07 10.5.2014


Naməlum adamlar Mariupol şəhər sovetinin binası yaxınlığında dayanan piyadaların döyüşü maşınına (BMP) «Molotov kokteyli» ataraq onu yandırıblar.

Həmin BMP-ni separatçılar dünən ələ keçirmişdilər.

Donetsk vilayətinin Mariupol şəhərində Ukrayna hüquq-mühafizə qüvvələri hərbi texnikalarla separatçılara qarşı əməliyyat keçirirlər.
15:14 11.5.2014
MARİUPOLDA KÜÇƏNİN ORTASINDA DA SƏSVERMƏ

Şəhərin Rusiyameylli sakinləri deyirlər: "biz faşizmə qarşıyıq. Kiyev - faşizmdir". Son günlər bu şəhərdə hökumət qoşunlarının polis binasını zəbt edən silahlı separatçılara qarşı əməliyyatlarda hər 2 tərəfdən və dinc sakinlər arasında onlarla ölən və yaralanan oldu. Şəhər sakinlərinin bir qismi bu hadisələrdə Rusiyameylli yaraqlıları deyil, məhz Ukrayna təhlküəsizlik qüvvələrini gunahkar sayır. Rusiya ilə sərhəddə olan Luqansk və Donetsk vilayətlərində sərhəd məntəqələri Ukraynanın nəzarətdinən çıxdığından silahlı separatçı qruplaşmalar Rusiyadan Donbass regionuna sərbəst keçə bilir.

Davamı

XS
SM
MD
LG