Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:28

'Ölüm mənbəyi'. Ukrayna hansı hava bazalarından vurulur


Saratov yaxınlığında hərbi hava bazası
Saratov yaxınlığında hərbi hava bazası

Peyk təsvirləri Rusiyanın yaxın müttəfiqi Belarusda da 9-dək hava bazasından istifadə etdiyini göstərir

Rusiya Ukraynaya hava zərbələrində 30-dan çox hava bazasından istifadı edə bilər. Peyk təsvirləri bu bazaların bəzilərinin Belarus və Krımda yerləşdiyini göstərir. AzadlıqRadiosu-nun müxbiri Kirilo Ovsyani bu haqda yazır.

Rusiya fevralın 24-də Ukraynanın irimiqyaslı işğalına başlayandan bu ölkədə mülki və hərbi infrastrukturu raketlər, bombalarla dağıdır, əsas ərazilərə desant çıxarır.

İşğalçının günə 200-dək uçuş həyata keçirdiyi bildirilir ki, Ukraynayla müqayisədə bu qat-qat çoxdur. Hərbi təyyarələrin buraxdığı raket və bombalar şəhərləri dağıdır, yüzlərlə, bəlkə də minlərlə dinc sakinin həyatına son qoyur.

40-dək hava bazası

“Rusiya Ukrayna səmasını minlərlə insan üçün ölüm mənbəyinə çevirib”, – Prezident Volodimir Zelenski martın 16-da deyir, Birləşmiş Ştatları ölkəni hava hücumlarından qorunmasına kömək göstərməyə çağırırdı.

ABŞ isə Ukrayna üzərində qeyri-uçuş zonasını dəstəkləməyə hazır olmadığını deyir, bunun NATO qüvvələrini Rusiyayla mümkün münaqişəyə gətirəcəyini, müharibəni “tamamilə yeni səviyyəyə” çıxaracağını vurğulayır.

Rusiyanın Ukraynaya hücum edən hərbi təyyarələri və vertolyotları 40-dək hava bazasından qalxır. Bu təhlili AzadlıqRadiosu-nun Ukrayna xidməti ilə UA: Pershy televiziyasının birgə “Sxemlər” (Sxemı) layihəsi aparıb. Araşdırma zamanı ABŞ-da yerləşən “Maxar Technologies” özəl şirkətinin peyk təsvirlərindən istifadə olunub.

Lvov qərbdə vurulub

Ukrayna bildirir ki, Rusiyanın Qara dəniz üzərində uçan qırıcıları Lvov regionunu qərbdən vurublar. Rusiya Ukraynanın bombalanmasında Krım yarımadasında yerləşən hava bazalarından fəal istifadə edir. Bunu Kiyevdə yerləşən Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin başçısı Oleksandr Musiyenko deyir.

Rusiya Krımı 2014-cü ildə ilhaq edib, Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

Musiyenko deyir ki, Kh-101 qanadlı raketləri ilə silahlanmış Tupolev bombardmançılarının Krımda yerləşdiyi güman edilir. Rusiya Lvov, Vinnitsiya, İvano-Frankovsk regionlarını Kh-101 qanadlı raketləri ilə bombalayıb.

Belarusdakı bazalar

Peyk təsvirləri Rusiyanın yaxın müttəfiqi Belarusda da 9-dək hava bazasından istifadə etdiyini göstərir. İşğal başlayandan Ukraynanın şimal qonşusunun hava bazalarında hərbi vertolyot və təyyarələrin sayı artıb.

Ukrayna ordusu Belarusdan qalxan Suxoy qırıcılarının bombalama reydlərini müşahidə etdiyini bildirir.

Belaruslular Telegram-da hərbi fəaliyyət, qırıcıların hərəkətinə dair informasiya yerləşdirirlər, Ukrayna rəsmiləri belə deyirlər.

NATO ölkələrinin liderləri Ukraynaya görə toplaşdı
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Onların sözlərinə görə, müharibə başlayandan Rusiya onlarla təyyarəsini itirib, təcrübəli pilotları da azala bilər. Ukrayna Rusiyanın azı iki pilotunu ələ keçirdiyini bildirir.

Ukrayna Rusiyanın hava əməliyyatlarını önləmək üçün Qərbdən təyyarə əleyhinə daha çox silahlar istəyir.

Birləşmiş Ştatlar Kiyevə qırıcıları, vertolyotları vurmaq üçün çiyində gəzdirilən silahlar verib. Polşa və Slovakiya isə MiG-29 qırıcıları göndərməyi nəzərdən keçirir.

XS
SM
MD
LG