Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:39

Ukrayna NATO-ya üzv olarsa...


UKRAINE – President of Ukraine Volodymyr Zelenskyi addresses via video link at the NATO summit in the Spanish capital, Madrid. Kyiv, June 29, 2022
UKRAINE – President of Ukraine Volodymyr Zelenskyi addresses via video link at the NATO summit in the Spanish capital, Madrid. Kyiv, June 29, 2022

Şərqi Avropa ölkələri NATO-nun iyulun ortalarında Vilnüsdə keçiriləcək sammitində Kiyevə hansısa yol xəritəsinin təqdim olunmasını istəyirlər

2022-ci ilin fevralından Rusiyanın dağıdıcı işğalı ilə mübarizə aparan Ukrayna NATO-ya mümkün qədər tez qoşulmaq istəyir.

Hərbi alyans üzvləri arasında isə bu addımın nə qədər tez atılacağına dair fikir ayrılığı var.

Şərqi Avropa ölkələri NATO-nun iyulun ortalarında Vilnüsdə keçiriləcək sammitində Kiyevə hansısa yol xəritəsinin təqdim olunmasını istəyirlər. ABŞ, Fransa və Almaniya kimi Qərb ölkələri isə alyansı Rusiya ilə müharibəyə yaxınlaşdıra biləcək hər hansı addımdan ehtiyat edirlər.

Bir ölkənin Şimali Atlantika Müqaviləsi Təşkilatına dəvət edilməsi qərarı yekdilliklə qəbul olunmalıdır.

“Reuters” Ukraynanın NATO-ya üzvlük istiqamətində atdığı addımlar, üzləşdiyi sınaqlar və Rusiyanın hadisələrə baxışı haqda yazır.

Buxarestin vədi

NATO 2008-ci ildəki Buxarest sammitində, Rusiya kimi vaxtilə Sovet İttifaqının tərkibində olan Ukraynanın da nəhayət alyansa qoşulacağına razılaşdı. Lakin NATO liderləri indiyədək bu istiqamətdə konkret addımlar atmaqdan çəkiniblər. Məsələn, Kiyevə alyansa yaxınlaşması üçün “Üzvlük Fəaliyyət Planı” (ÜFP) verməyiblər.

Apreldə Kiyevə səfəri zamanı NATO-nun baş katibi Yens Stoltenberq (Jens Stoltenberg ) Ukraynanın NATO-da “layiqli yerinin” olduğunu vurğulasa da, bunun nə vaxt gerçəkləşəcəyini açıqlamayıb. Stoltenberq daha sonra açıq şəkildə Rusiya ilə müharibə davam etdikcə, Ukraynanın NATO-ya daxil ola bilməyəcəyini bildirib.

İyunun əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski bu mövqeyi, ölkəsinin, müharibə davam etdiyi müddətdə NATO-ya üzvlüyün mümkün olmadığını anladığını bildirib.

Prosedur

Vaşinqton müqaviləsinin 10-cu maddəsində deyilir: “NATO-ya üzvlük ‘bu Müqavilənin prinsiplərini irəli apara və Şimali Atlantika regionunun təhlükəsizliyinə töhfə verə biləcək istənilən Avropa dövləti’ üçün açıqdır”.

1999-cu ildən bəri NATO-ya üzv olmaq istəyən ölkələrin əksəriyyəti onların müəyyən siyasi, iqtisadi və hərbi meyarlara uyğunlaşmasına kömək niyyətilə hazırlanmış Üzvlük Fəaliyyət Planı (ÜFP) proqramında iştirak ediblər.

Üzvlüyə namizədlər, öz etnik-azlıqlarına ədalətli davranan, münaqişələrin sülh yolu ilə həllinə sadiq, NATO əməliyyatlarına hərbi töhfə verməyə hazır olan demokratik dövlətlər olmalıdır.

Amma hələlik, Ukraynanın üzvlük prosesinin necə olacağı bəlli deyil. ÜFP verilməsə də, Rusiyanın 15 ay əvvəl başlayan işğalından bu yana, Ukrayna ordusu NATO standartlarına keçiddə mühüm addımlar atıb.

Kiyevin sovet istehsalı olan silah və sursatları yavaş-yavaş tükənir. Qərbin Ukrayna əsgərlərinə NATO standartlarına uyğun təlimlər keçməsi və ölkəyə getdikcə daha müasir silahlar göndərməsi bu prosesi sürətləndirəcək.

Amma sonda, Ukraynanın NATO-ya nə qədər tez və hansı şərtlərlə üzv ola biləcəyinə indiki 31 üzv dövlət qərar verəcək.

Maddə 5

Ukrayna NATO üzvü kimi Vaşinqton müqaviləsinin 5-ci maddəsinin qoruyucu çətiri altına düşəcək. Bu maddəyə görə, bir müttəfiqə hücum bütün müttəfiqlərə hücum hesab edilir.

NATO-nun qarşılıqlı hərbi yardım maddəsi alyansın əsasını təşkil edir. Bu alyans 1949-cu ildə SSRİ-nin müttəfiq ölkəyə hücum riskini önləmək üçün yaradılıb.

Eyni zamanda, Ukraynanın Rusiya ilə münaqişədə olarkən NATO-ya üzv ola bilməməsinin əsas səbəblərindən biri də elə 5-ci maddədir. Çünki bu, alyansı dərhal aktiv müharibəyə cəlb edə bilər.

Rusiyanın mövqeyi

Kremilə görə Ukraynanın NATO-ya daxil olması hələ uzun illər problemlər yaradacaq. Moskva, alyansın Rusiyanın Avropa sərhədlərinə qədər genişlənməsinin iyirmi ildən artıqdır ki, ona təhlükə yaratdığını deyir. Rusiya maraqlarının və təhlükəsizliyinin təmin olunması ilə bağlı xəbərdarlıq edib.

Kreml NATO-nun Şərqi Avropaya doğru genişlənməsini, Qərbin Rusiyaya qarşı düşmənçiliyinin sübutu kimi qiymətləndirir. Bu, 2022-ci il fevralın 24-də on minlərlə qoşunun Ukraynaya daxil olmasının əsas səbəblərindən biri kimi göstərilir. Qərb dövlətləri alyansın sırf müdafiə xarakterli olduğunu bildirərək, iddiaları rədd edirlər.

XS
SM
MD
LG