Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:52

Rusiya Ukrayna şəhərlərinə raket zərbələri endirib


Lvovda raket atəşindən sonra
Lvovda raket atəşindən sonra

Rusiya silahlı qüvvələri Ukraynanın bir neçə şəhərinə, o cümlədən Lvova, Vinnitsaya, Nikolayevə, Kiyevə, Odessa və Dneprə ağır raket zərbələri endirib

Mayın 3-də Rusiya silahlı qüvvələri Ukraynanın bir neçə şəhərinə, o cümlədən Lvova, Vinnitsaya, Nikolayevə, Kiyevə, Odessa və Dneprə ağır raket zərbələri endirib.

Raket atəşinə habelə Zakarpatsk və Kirovoqrad vilayətləri tutulub.

İtkilərin sayı hələki məlum deyil, amma hakimiyyət orqanların ölənlərin və yaralananların olduğunu deyirlər.

Bu da xəbər verilir ki, ən ağır raket atəşinə Lvov şəhəri tutulub.

Şəhər meri Andrey Sadovının sözlərinə görə iki elektrik stansiyasına ziyan dəyib və bunun nərticəsində şəhərin bir hissəsi elektriksiz və susuz qalıb.

Zakarpatyedəki bir neçə yaşayış məntəqəsində də elektrik kəsilib.

Bu da vurğulanır ki, Rusiya qüvvələri bundan əvvəl dağlıq Zakarpatye regionuna raket atmayıb.

Ukrayna dəmir yollarının rəhbəri Aleksandr Kamışin deyib ki, ölkənin mərkəzində və qərbində 6 dəmiryolu stansiyasına raket zərbələri endirilib.

Onun sözlərinə görə azı 14 qatarı dayandırmaq lazım gəlib. Lakin şirkətin heyəti və sərnişinlər arasında xəsarət alan olmayıb.

Bununla belə infrastruktura böyük ziyan dəydiyi xəbər verilir.

Habelə Kirovoqrad vilayətində Dolinskaya şəhəri və Vinnitsa vilayəti atəşə tutulub. Lakin bu ərazidə raketlər Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən göydə vurulub.

Ukrayna rəsmiləri bildiriblər ki, müharibə başlanandan Rusiya ölkə ərazisinə minədək raket atıb.

XS
SM
MD
LG