Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:51
Mariupol
Mariupol

Ukraynada döyüşlər gedir, ABŞ və Qərb Rusiyaya ağır sanksiyalar qoyur

Qərb xəbər agentliklərinin verdiyi xəbərlərə görə, çoxsaylı şəhərlər hücum altındadır, Rusiya və Belarusdan müxtəlif mövqelərdən Ukraynaya quru qüvvələri daxil olur.

"NATO öz ərazisini qarışbaqarış müdafiə edəcək"

NATO-nun Baş katibi Yens Stoltenberq deyir ki, Rusiyanın Ukraynaya hücumu Avropada sülhü sarsıdıb və alyans öz üzvlərinin ərazisini "qarışbaqarış" müdafiə edəcək.

Stoltenberqin sözlərinə görə, Rusiya gücdən istifadə edərək tarixi yenidən yazmağa çalışır. Ətraflı

Səhmlər, rubl ucuzlaşır

"The Telegraph" Rusiyada səhmlərin bir günün içində 45 faiz ucuzlaşdığını, ümumi bazar dəyərindən 259 milyard dolların silindiyini yazır. Bu, indiyədək qeydə alınmış ən böyük gündəlik itkidir. Ətraflı

Zelenski: Rusiya qüvvələri Çernobılı tutmaq istəyir

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 24-də deyib ki, Rusiya qüvvələri Çernobıl Atom Stansiyasını ələ keçirməyə çalışır.

Burada 1986-cı ildə dünyanın ən fəlakətli nüvə qəzası baş verib.

Ukrayna rəsmiləri bildirirlər ki, Rusiya hərbi qüvvələri artıq stansiya zonasına daxil olublar və orada qızğın döyüşlər gedir.

Zelenski yazır ki, 1986-cı il nüvə fəlakətinin təkrar olunmaması üçün Ukrayna qüvvələri canlarını fəda edirlər.

Paytaxt Kiyevin 130 kilometrliyində olan nüvə stansiyası işləmir və partlamış nüvə reaktoru radiasiyanın yayılmaması üçün qoruyucu örtüklə bağlanıb.

Ukraynanın daxili işlər naziri Anton Heraşşenko bildirib ki, Rusiya qoşunları artıq Çernobıl stansiyasının ərazisinə daxil olub, lakin milli qvardiya radioaktiv tullantı anbarını qızğın müdafiə edir.

“Əgər işğalıçıların artilleriya zərbələri nüvə tullantısı anbarını dağıtsa, radioaktiv toz Ukrayna, Belarus və Avropa İttifaqı ölkələri üzərinə yayıla bilər”.

Çernobıl Rusiyanın nəzaərtinə keçib

Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, Çernobıl Atom Elektrik Stansiyası Rusiya qüvvələrinin nəzarətinə keçib.

Davamı

XS
SM
MD
LG