Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:00

Ukrayna iki rusiyalı əsgəri uzunmüddətli həbsə məhkum edir


Aleksandr İvanov (sağda) və Aleksandr Bobıkin məhkəmədə, arxiv fotosu
Aleksandr İvanov (sağda) və Aleksandr Bobıkin məhkəmədə, arxiv fotosu

Raket atdıqlarını etiraf edən əsgərlər hədəflər barədə məlumatsız olduqlarını deyiblər

Ukraynanın şimal-şərqindəki Kotelva şəhərində məhkəmə iki rusiyalı əsgəri müharibə qanunlarını pozmaqda təqsirli bilərək 11 il yarım həbsə məhkum edib.

Əsgərlər Aleksandr İvanovAleksandr Bobıkin Xarkov vilayətinin şərqindəki Kozaça Lopan şəhərində bir neçə yaşayış binasını və Veterinarne şəhərində məktəbi Qrad yaylım atəş sistemi ilə atəşə tutaraq dağıtmaqda təqsirli bilinib. Hadisə fevralın 24-də, Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsinin ilk günündə baş verib.

Onları elə həmin gün Ukrayna hərbçiləri saxlayıb. Raket atdıqlarını etiraf edən əsgərlər hədəflər barədə məlumatsız olduqlarını deyiblər.

Əsgərlərin vəkilləri məhkəmədən təqsirləndirilənlərin hər birinə səkkiz il həbs cəzası istəyiblər, onların peşmançılıq çəkdiklərini, komandirlərinin əmrini yerinə yetirdiklərini əsas gətiriblər.

İvanov məhkəmədə son söz deməkdən imtina edib. Bobıkin isə üzr istəyib, müharibənin tezliklə sona çatacağına ümidvar olduğunu dilə gətirib.

Dəlil yığılır

Ukrayna müharibədə Rusiya əsgərlərinin törətdiyi minlərlə hərbi cinayəti müəyyənləşdirdiyini bildirir.

Bir neçə ölkədən, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsindən təhqiqatçılar hərbi cinayət iddialarına barədə dəlil yığaraq təhlil edirlər.

Rusiya hərbi əməliyyatlar zamanı mülkiləri hədəfə almadığını deyir. Amma yaşayış binalarının, xəstəxanaların, mədəniyyət ocaqlarının, digər qeyri-hərbi məkanların dağıdılmasını göstərən video və konkret dəlil sayı artır.

Mayın 30-da Ukraynanın Baş prokuroru İrina Venediktova daha bir rusiyalı əsgər Mixail Romanovun zorlama ittihamıyla mühakimə olunacağını bildirib.

Mayın 23-də Kiyevdə məhkəmə 21 yaşlı rusiyalı əsgər Vadim Şişimarini Sumı vilayətində silahsız dinc sakini öldürdüyünə görə ömürlük həbsə məhkum edib.

XS
SM
MD
LG