Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:38

Xarkova hava zərbəsi nəticəsində azı 50 nəfər həlak olub


Kupyansk rayonuna hava zərbəsindən sonra
Kupyansk rayonuna hava zərbəsindən sonra

Rusiyanın Ukraynanın Xarkov vilayəti Kupyansk rayonunun Qroza kəndindəki ərzaq mağazası və kafeyə hava zərbəsi nəticəsində azı 50 nəfərin həlak olduğu xəbər verilir.

Bu bombardmanın nəticələrini əks etdirən fotoları X platformasında dərc etmiş prezident Volodimir Zelenski hücumu “şüurlu şəkildə törədilmiş terror aktı” adlandırıb.

Əgər ölü sayı təsdiqlənərsə, bu, Ukrayna müharibəsində konkret bir zərbə nəticəsində ən çox qurban verilən hücum sayılacaq.

Rusiya tərəfi hələ ki, bu barədə heç bir şərh verməyib.

Qroza kəndi zərbədən sonra
Qroza kəndi zərbədən sonra

Qarşılıqlı dron zərbələri

Bu hücum prezident Zelenskinin Avropa İttifaqının Qranadada keçirilən sammitində iştirak etdiyi bir vaxtda baş verib.

Zərbənin raket və ya dronla endirildiyi hələ ki, məlum deyil.

Ukraynanın enerji infrastrukturu ötən qış ağır hava zərbələrinə məruz qalıb.

Bu da xəbər verilir ki, ötən gecə Ukrayna və Rusiya bir-birlərinə ağır dron zərbələri endiriblər.

Qroza kəndinin kafesi
Qroza kəndinin kafesi

Kiyev bildirir ki, Ukrayna hava hücumundan müdafiə (HHM) qüvvələri Krımdan Odessa və Nikolayev vilayətlərinə buraxılan 29 İran istehsallı dronunun 24-ü vurub.

Kursk qubernatoru Roman Starovoytun məlumatına görə oktyabrın 5-də Ukraynanın dron zərbələri nəticəsində vilayətin 67 yaşayış məntəqəsi elektriksiz qalıb.

XS
SM
MD
LG