Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 22:35

Dünyada buğda ucuzlaşıb, Azərbaycanda un bahalaşıb


Fermer: 'Sovet vaxtı bundan iki dəfə artıq buğda götürürdük'
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Fermer: 'Sovet vaxtı bundan iki dəfə artıq buğda götürürdük' (Arxiv. 2022)

Azərbaycanda unun qiymətində artım müşahidə olunur. Mayda 50 kiloqramlıq un kisəsinin qiyməti 25-26 manat idisə, hazırda o, 29 manata qədər yüksəlib.

Unun qiymətində artım Dövlət Statistika Komitəsinin (DSK) məlumatında da əks edilib.

"Rusiyada taxılın bahalaşması..."

"Dəvəçi-Dəyirman" MMC-dən də "Turan"a ilin əvvəli ilə müqayisədə unun qiymətində artım olduğunu təsdiqləyiblər.

MMC-dən bunun səbəbini Rusiyada taxılın bahalaşması ilə izah ediblər: "Hələ mayda Rusiyada taxılın bir tonunda 30-40 dollar bahalaşma var idi".

Şirkətdən unun ucuzlaşacağını da proqnoz ediblər: "Ölkədə taxıl biçinindən sonra qiymətlərdə ucuzlaşma gözlənilir".

85 faizində biçin başa çatıb

Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a deyilib ki, son 20 ildə ölkədə taxıl istehsalı 1.5 dəfə artıb: "Məhsuldarlıq göstəriciləri də artmaqdadır. Buğdada 21.8 faiz, arpada 20.5 faiz, dən üçün qarğıdalıda isə 32.3 faiz artım var".

Taxıl əkənlər hökumətdən gübrə və su üçün kömək istəyirlər
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00

Qurumdan vurğulanıb ki, ölkə üzrə taxıl zəmilərinin 85 faizində biçin başa çatıb: "İndiyədək sahələrdən 2 milyon 691 min 552 ton məhsul yığılıb. Yığılan məhsulun 1 milyon 492 min 746 tonu buğda, 1 milyon 198 min 806 tonu isə arpadır. Buğda üzrə orta məhsuldarlıq 33 sentner, arpa üzrə məhsuldarlıq isə 29.4 sentner təşkil edir... Ötən ilin müvafiq dövrü ilə müqayisədə mexanizatorlar tərəfindən 60 min 148 hektar daha çox sahədə biçin həyata keçirilib. Biçin prosesi davam edir".

Amma nazirlikdən ötən və bu ilin buğda biçinin müqayisəsi verilmir.

"Dünyada qiymətlərin enməsinin Azərbaycana təsiri yoxdur"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə Azadlıq Radiosuna bildirib ki, Azərbaycanda unun bahalaşmasına baxmayaraq, dünya bazarlarında buğdanın qiymətində kəskin enmə var: "Hətta keçən ay ərzində Nyu-York birjasında buğda 16 faiz ucuzlaşıb. Dünyada buğda, unun ucuzlaşması mövsümü və istehsalın artacağı ilə bağlı proqnozlar ilə bağlıdır. Amma dünya bazarlarında qiymət enməsi prosesinin Azərbaycana təsiri yoxdur".

Ekspertin fikrincə, Azərbaycan idxaldan asılı olduğu üçün gələcəkdə də nə baş verəcəyini proqnozlaşdıra bilmirlər: "Ona görə də un istehsalçıları unun qiymətini qaldırdılar. Əvvəl bunu onunla əsaslandırdılar ki, guya dünya bazarlarında qiymət artıb. İndi isə onunla əsaslandırırlar ki, onların xərci, o cümlədən daşıma xərcləri artıb".

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

"Dizelin son qiymət artımından sonra..."

V.Məhərrəmovun sözlərinə görə, artıq bəzi növ çörəyin çəkisində 30-40 qram azalma müşahidə olunur: "Bu da o deməkdir ki, çörək istehsalçıları unu baha aldıqları üçün qiymət fərqini kompensasiya etmək məqsədilə çörəyin çəkisini azaldırlar. Amma bir müddət sonra onlar məcburiyyət qarşısında qalıb çörəyin qiymətini artıracaqlar".

İqtisadçı Azərbaycanda buğda istehsalında azalma olduğuna diqqət çəkir: "Keçən il ilə müqayisədə bu ilin altı ayında 5.6 faiz azalma var. Məhsuldarlıqda da enmə var. Bu da o deməkdir ki, buğdanın maya dəyəri artıb, dizel yanacağında son qiymət artımından sonra daşınma xərcləri da artacaq. Bu da qiymətə yenə təsir edəcək".

İyunun sonunda Azərbaycanda Tarif Şurasının qərarı ilə "Aİ-92" markalı benzinin bir litri 1 manatdan 1.1 manata qaldırılıb. Dizelin qiyməti isə 0.8 manatdan 1 manata artırılıb.

XS
SM
MD
LG