Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:59

Rusiyada koronavirusdan bir günə rekord ölüm


Tokio, arciv fotosu
Tokio, arciv fotosu

78 yaşlı Prezident Co Baydenə COVID-19-a qarşı vaksinin gücləndirici dozası vurulub. O, daha çox amerikalını peyvənd olunmağa çağırıb

Yaponiya hökuməti sentyabrın 28-də elan edib ki, bu həftə ölkədə fövqəladə vəziyyət qaldırılır, yoluxmalar azaldıqca iqtisadiyyatı dirçəltməyə kömək etmək lazımdır.

Baş nazir Yoşihide Suqa COVID-19-la bağlı əlavə müvəqqəti müalicə obyektlərinin qurulacağını, vaksinasiyanın davam etdiriləcəyini vurğulayıb. O, hökumətin vaksin pasportları və koronavirus testləri kimi digər planları da nəzərdən keçirdiyini vurğulayıb.

Cəmi 28 faiz peyvəndlənib

Sentyabrın 28-də Rusiyada son 24 saat ərzində 852 ölüm aşkarlandığı açıqlanıb. Bu, pandemiya başlanandan ən böyük gündəlik ölüm statistikasıdır. Ölkədə delta ştammı yayılır, vaksinasiyanın isə sürətli getmədiyi bildirilir.

İndiyədək Rusiyada Covid-19-dan 205 min 531 ölüm qeydə alınıb. Bu, Avropada ən yüksək rəqəmdir. Yoluxma sayı isə 7 milyondan çoxdur.

Rəy sorğuları rusiyalıların vaksinlərə skeptik yanaşdığını göstərir.

Sentyabrın 28-dək əhalinin cəmi 28 faizi peyvəndlənib.

***

Yaponiya sentyabrın sonundan COVID-19-la bağlı fövqəladə vəziyyəti ləğv edəcək. Hökumətin müşavirlər qrupu bu addımı təsdiqləyib.

Baş nazir Yoşihide Suqanın sentyabrın 27-də bu və digər planları açıqlayacağı gözlənir.

Yaponiya Yay Olimpiya oyunlarını keçirərkən bir sıra regionlarda fövqəladə vəziyyət elan edib. Ölkədə delta ştammına sürətli yoluxmalar qeydə alınırdı, ancaq gündəlik aşkarlanan yoluxma halları davamlı olaraq azalır.

4.4 faizlik proqnoz 2.5 faizə endirilib

Bu arada Dünya Bankı proqnozunda Şərqi Asiya və Sakit Okean regionunda gözlənildiyindən daha ləng iqtisadi artım olacağını bildirir.

Bu il regionun Çini çıxmaqla 18 ölkəsində iqtisadiyyatların 2.5 faiz artacağı gözlənir. Daha öncəki proqnoz 4.4 faiz idi.

Delta ştammı regionda yayıldığı bir vaxtda pandemiya qadağaları “iqtisadi fəaliyyəti məhdudlaşdırır”, “istehsalı pozur”, bank qeyd edir.

Şərqi Asiyada istehsalın zəifləməsi dünyaya mal çatdırılmasında yubanmalara səbəb olub, bu isə tekstildən tutmuş ayaqqabıya qədər bir sıra məhsullarda qıtlıq yaradıb.

Çili, Nyu York

Vaksinasiya səviyyəsinin yüksək olduğu Çilidə hakimiyyət pandemiya başlanandan qüvvədə olan fövqəladə vəziyyətin sona çatdığını elan edib. Cənubi Amerikanın bu ölkəsində yoluxmalarda kəskin azalma var.

Bu arada Pfizer şirkəti COVID-19-a yoluxanlara xəstəliyin ən pis təsirlərini önləmək üçün antivirus dərmanını sınaqdan keçirməyə başladığını bildirib.

Nyu Yorkda isə xəstəxanalar COVID-19-a qarşı vaksin olunmayan tibb işçilərini ixtisar etməyə, işdən müvəqqəti kənarlaşdırmağa başlayıb ki, bu da kəskin kadr çatışmazlığı yaradıb.

Nyu Yorkun qubernatoru Keyti Hoçul deyib ki, çatışmazlığı aradan qaldırmaq üçün Milli Qvardiya əməkdaşları yerləşdirilə və başqa ştatlardan tibb işçiləri cəlb oluna bilərlər.

Baydenə üçüncü doza vurulub

78 yaşlı Prezident Co Baydenə COVID-19-a qarşı vaksinin gücləndirici dozası vurulub. O, daha çox amerikalını peyvənd olunmağa çağırıb.

“Buster dozalar vacibdir, ən vacib şey isə daha çox adamın peyvənd olunmasıdır”, – Bayden sentyabrın 27-də deyib.

ABŞ-da yaşı 12 və yuxarı olanların 65 faizə yaxını tam peyvəndlənib. Amerikalıların təxminən 75 faizinə birinci dozanın vurulduğu bildirilir.

Sentyabrın 25-dən Birləşmiş Ştatlarda milyonlarla yaşlı və digər həssas qruplardan olan amerikalıya Pfizer vaksininin üçüncü dozasının vurulmasına başlanıb.

Vaksinin təsirinin getdikcə azalması, eləcə də yüksək yoluxucu delta ştammının yayılmasının yaratdığı narahatlıq bəzi ölkələrdə buster dozaların vurulmasıyla nəticələnib.

XS
SM
MD
LG