Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:05

Vaslav Havel İnsan Haqları Mükafatı venesuelalı siyasətçiyə verildi


Mariya Korina Maçado
Mariya Korina Maçado

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) illik Vaslav Havel İnsan Haqları Mükafatı sentyabrın 30-da Venesuela siyasətçisi Mariya Korina Maçadoya verilib.

Maçado bir müxalifət siyasətçisi kimi öz ölkəsində insan haqları pozuntularını pisləyib, demokratiyanın və qanunun aliliyi uğrunda mübarizə aparıb.

O Venesuelada vətəndaş və siyasi azadlıqları, hüquqları müdafiə edən ‘Súmate’ adlı könüllü vətəndaş təşkilatının yaradıcısıdır.

Potensial Vaslav Havel mükafatçıları laureatlarının builki siyahısında habelə insan haqları müdafiəçisi, siyasi fəal və Azərbaycan vətəndaş cəmiyyətinin fəal üzvü Akif Qurbanovun və Gürcüstanın aparıcı feminist fəalı və insan haqları müdafiəçisi Babutsa Patariyanın da adları vardı.

Akif Qurbanov Demokratik Təşəbbüslər İnstitutunun və Üçüncü Respublika Platformasının qurucu üzvlərindən biri və spikeridir. O 2024-cü ilin martında, Azərbaycanda jurnalist və fəalları hədəfləyən həbslər dalğası əsnasında həbs olunub.

Xatırlatma

Bu mükafat Avropada və onun hüdudlarından kənarda insan haqlarının müdafiəsi üçün vətəndaş cəmiyyəti üzlərinin müstəsna fəaliyyətinə görə verilir.

Vaslav Havel İnsan Haqları Mükafatı təsis edildiyi gündən bəri Osman Kavalaya (2023), Vladimir Kara-Murzaya (2022), Mariya Kalesnikavaya (2021), Luajen Alhatlula (2020), İlham Tohtiyə (2019), Oyub Titiyevə (2018), Murat Arslana (2017), Nadia Murada (2016), Lyudmila Alekseyevaya (2015), Anar Məmmədliyə (2014) və Ales Byalyatsiyə (2013) verilib.

XS
SM
MD
LG