Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:08

Vəkillərə '300 manatdan az olmaz' tapşırığı verilibmi...


Vəkillər Kollegiyası
Vəkillər Kollegiyası

Azərbaycanda vəkil bürolarında çalışan bəzi vəkillər onlara müştərilərlə 300 manatdan az məbləğdə müqavilə bağlamamaqla bağlı qeyri-rəsmi tapşırıq verildiyini iddia edirlər.

Adlarının çəkilməsini istəməyən həmin vəkillər açıq ünvan göstərmirlər, vurğulayırlar ki, belə bir qərar onlara zəng vasitəsilə çatdırılıb. Həmin vəkillər xatırladırlar ki, ölkədə minimum əməkhaqqı 340 manatdır.

F.Namazlı
F.Namazlı

Vəkil Fariz Namazlı "Turan"a bildirib ki, sözügedən məsələnin heç bir hüquqi əsası yoxdur: "Müqavilə azadlığı var, tərəflər qanun çərçivəsində istənilən şərtlərlə müqavilə bağlaya və bunun qiymətini özləri fərdi şəkildə müəyyənləşdirə bilərlər. Müqavilənin qiymətini hər hansı qurum müəyyənləşdirə bilməz".

Vəkil qeyd edib ki, bununla bağlı onlara yazılı heç bir göstəriş daxil olmayıb.

"Vəkil bürosuna təhkim olunmuş..."

F.Namazlının sözlərinə görə də, bu məsələdə söhbət vəkil bürosuna təhkim olunmuş vəkillərdən gedir, həmin vəkillər tək özləri müştəri ilə müqavilə imzalayıb order götürə bilməzlər: "Amma fərdi vəkillər ikitərəfli müqavilə bağlayırlar".

Hələlik, bu şikayətlərlə bağlı vəkil büroları və Vəkillər Kollegiyası ilə danışmaq mümkün olmayıb.

E.Mirbəşiroğlu
E.Mirbəşiroğlu

Amma Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşiroğlunun "Turan"a deməsinə görə, rəsmi belə bir qərar yoxdursa, araşdırmaq lazımdır ki, həqiqətən belə tələb qoyulubmu: "Hər hansı bir şəxs vətəndaşa göstərəcəyi hüquqi xidmət müqabilində istəyəcəyi məbləği əsaslandırmaq üçün bu cür fikir söyləyə bilər. Mən belə bir tələbin qoyulduğunu düşünmürəm. Heç bir əsası olmadan bunun müzakirəsini aparmaq nə etik baxımından, nə peşəkarlıq baxımından doğru olar".

"Aztəminatlı ailələrə hüquqi yardımda problemlər…"

"Müdafiəçi" Hüquq Mərkəzinin rəhbəri Səməd Rəhimli isə AzadlıqRadiosuna bildirib ki, deyilənləri o da eşidib. Amma hüquqşünas hesab edir ki, belə tapşırıq varsa, doğru deyil: "Azərbaycanda insanların vəziyyəti ortadadır. Ona görə də müqavilələrin qiymətinin qaldırılması yanlışdır, insanların vəziyyətini nəzərə almayıblar".

Onun sözlərinə görə, 2018-ci ildə qanunvericiliyə dəyişiklikdən sonra aztəminatlı ailələrin hüquqi yardıma çıxışında problemlər yaranıb: "Əvvəllər 11 manat etibarnaməyə verib 300-400 manata hansısa işini bağlaya bilən adamlar var idisə, indi həmin işləri bağlamaq üçün onlar təxminən 1000 manat verməlidirlər".

XS
SM
MD
LG