Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:23

'Kollegiya'ya daxil olmayan vəkillər niyə narahatdır? [video]


Müxalifətdən tutulanlar vəkilsiz qala bilər
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Müxalifətdən tutulanlar vəkilsiz qala bilər [A-Live]

10 milyon əhalisi olan Azərbaycanda 950-yə yaxın vəkil var. Başqa sözlə hər 11 min 100 nəfərə cəmi bir vəkil düşür.

Müstəqil hüquqşünaslar düşünürlər ki, hələ ölkədə vəkilliklə bağlı durum daha da pisləşə bilər. Belə ki, Mülki və İnzibati Prosessual məcəllələrə, eləcə də vəkillik haqqında Qanunun dəyişdirilməsi təklif olunur. Ali məhkəmə verdiyi bu təklifləri vəkillik institutunun daha da möhkəmləndirilməsi ilə izah edir.

Dəyişiklikdə nümayəndəlik institutunun ləğvi nəzərdə tutulur. Başqa sözlə, bu dəyişiklik qəbul olunarsa, məhkəməyə yalnız Vəkillər Kollegiyasının üzvü olanlar çıxa bilərlər. İndiki qanuna görə bu kollegiyaya üzvü olmayan hüquqşünaslar yalnız cinayət işləri ilə bağlı məhkəmələrə çıxa bilmirlər. Onlar mülki və inzibati məsələlərlə bağlı məhkəmələrdə vətəndaşların müdafiə edə bilirdilər.

Buna da bax: Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?

Hüquqşünas Xalid Bağırova görə yeni təklif ölkədə hüquqi müdafiəni iflic vəziyyətə sala, məhkəmələrdə rüşvəti, korrupsiyanı genişləndirə bilər:

Xalid Bağırov
Xalid Bağırov

“Rəsmən müdafiəni aparan şəxslərin sırasını daraltmaq istəyirlər. Bütün məhkəmələrdə işlərə ancaq 934 nəfər vəkillər kollegiyasının üzvünü çıxarmaq istəyirlər. Məqsəd vətəndaşı keyfiyyətli hüquqi yardımdan məhrum etməkdir. Hüquqi yardımsız qalan vətəndaş məhkəmədə gözünü döyəcək. Müəyyən vasitələrlə işini həll etməyə çalışacaq. Bununla da rüşvət, korrupsiya daha da genişlənəcək. Korrupsiyaya qapı açmaq istəyirlər”.

Xalid Bağırov adı insan haqları təşkilatlarının siyasi məhbus siyahısında olan bir çox şəxsin hüquqlarını müdafiə edib. Amma “REAL” Hərəkatının lideri İlqar Məmmədovun işi ilə bağlı Şəki Apelyasiya Məhkəməsində çıxışından sonra vəkillər kollegiyasından çıxarılıb.


Buna da bax:​ AŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul olundu

Azərbaycanın bir çox tanınmış hüquqşünasları – Ənnağı Hacıbəyli, İntiqam Əliyev ümumiyyətlə kollegiyaya qəbul olunmayıb. Aslan İsmayılov, Əlaif Həsənov kimi tanınmış vəkillər isə kollegiyasından çıxarılıblar.

İntiqam Əliyev deyir ki, bu ölkədə vəkillik institutuna qarşı ümumi təzyiqin tərkib hissəsidir. Məqsəd də siyasi səbəbdən, saxta ittihamlarla həbs olunan şəxsləri müdafiədən kənar qoymaq, bu proseslərin ictimailəşdirilməsinin qarşısını almaqdır:

İntiqam Əliyev
İntiqam Əliyev

“Çünki vəkillər istintaq təcridxanalarında, polis idarələrində müdafiə etdiklərə şəxslərə qarşı dəhşətli işgəncə hallarını ictimailəşdirirlər. Vəkillərin məlumatları əsasında bu şəxslərə qarşı olan işgəncələr dünyaya yayılır”.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

Elə vəkil Yalçın İmanov da Vəkillər Kollegiyasından çıxarılma təhlükəsi ilə üzləşib. O, ölkədə “sabitliyi pozmaqda” suçlanır. Yalçın İmanovdan Penitensiar Xidmət Nardaran işinə görə həbs olunmuş Abbas Hüseynovun karserə salınması, döyülməsi və ona işgəncələr edilməsi haqda verdiyi məlumatlara görə şikayət verib:

Yalçın İmanov
Yalçın İmanov

“Görünür ki, müdafiə mövqeyim və müdafiə fəaliyyətim kimlərisə narahat edir. Bu narahatlığın da nəticəsi olaraq bu cür şikayətlər ortaya çıxır”.

Cinayət işləri üzrə məhkəmələrdə "Facebook" və digər sosial şəbəkələrdə təcili vəkil axtarılması kimi hallar inzibati və mülki işlərdə də təkrarlana bilər.

İnzibati və mülki işlərə nümayəndə kimi çıxan Səməd Rəhimli deyir ki, qərar qəbul olunarsa, onun apardığı onlarla işi yarımçıq qala bilər:

Səməd Rəhimli
Səməd Rəhimli

“Bu tək mənim yox, insan hüquqları sahəsində çalışan bir çox hüquqşünasın qarşılaşacağı problemdir. Vəkillər kollegiyasından uzaqlaşdırılan və ya kollegiyaya qəbul olunmayanların apardığı işlər yarımçıq qalasıdır, gələcəkdə onlar kimisə müdafiə edə bilməyəcəklər. Bu da ölkədə insan haqlarının, müdafiə hüququna mənfi təsir edəcək”.

Vəkillər Kollegiyasının sədr əvəzi Fərhad Nəcəfov bu qanunlara dəyişikliklə bağlı hər hansı qərar olmadığından müsahibəyə razılaşmadı.

Buna da bax: Hakim partiyanın namizədi birinci xanım ola bilərmi? [video]

Millət vəkili Rafael Cəbrayılov yerli mediaya müsahibəsində deyib ki, dəyişiklikdə vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Nümayəndəlik institutunun ləğv edilməsindən söhbət getmir. Belə bir şey olsaydı, Azərbaycanın mülki hüququ şikəst olardı.

Bu müzakirəyə Bakı sakinlərini də qatmışıq. Onlardan soruşmuşuq ki, məhkəmələrin işində nə onları qane etmir?

Məhkəmələrdə sizi nə qane etmir?
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

Sözügedən qanuna dəyişikliklər isə parlamentin 20 oktyabr iclasında müzakirəyə çıxarılacaq.

XS
SM
MD
LG