Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:28

Prezident vergi yükünü azaltmaq üçün sərəncam verdi


Kiçik sahibkar birgünlük vergilər naziri olsaydı...
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Kiçik sahibkar birgünlük vergilər naziri olsaydı...

►Yoxlamaların həyata keçirilməsi bəyannamələrin təqdim edilməsindən sonrakı 30 gün ərzində məhdudlaşdırılmalıdır.

Azərbaycanda vergi yükü azaldılacaq.

Bu barədə prezident İlham Əliyevin avqustun 4-də imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamında nəzərdə tutulub.

Ekspertlərin fikrincə, burda 2 istiqamət ola bilər: ya vergi dərəcələri azaldılacaq, ya da dolayı və birbaşa güzəştlər olacaq. Vergi yükünün çox olması Azərbaycan sahibkarının əsas şikayətlərindəndir. Bu yükün azaldılması həm də vergilərin sayının azaldası formasında ola bilər.

ƏDV-nin hesablanması dəyişir

Əsas dəyişikliklərdən biri Əlavə Dəyər Vergisinin ( ƏDV) tətbiqi ilə bağlıdır. Sərəncama əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan vergi malların satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərqdən (ticarət əlavəsi) tutulacaq. Vergi də həmin məbləğdən hesablanacaq. Hazırda isə ƏDV, tam olaraq, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və idxaldan tutulur

Buna da bax: «Yoxlamaların dayandırılması çıxış yolu deyil»

Müxtəlif ƏDV dərəcələri olacaq

Bundan başqa, beynəlxalq təcrübə nəzərə alınmaqla, diferensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların (işlərin, xidmətlərin) siyahısının müəyyən edilməsi nəzərdə tutulur. Habelə, həmin mallar (işlər, xidmətlər) üzrə əlavə dəyər vergisinin dərəcələri müəyyənləşdirilməlidir.

Hazırda ƏDV 18 faizidir.

Patent vergi sistemi tətbiq ediləcək

Bu vergi növü müstəqil ekspertlərin təkliflərindən biri idi.

Bu ilin sonunadək Azərbaycanda nağd əməliyyatlara məhdudiyyətlər qoyulacaq. Bu barədə prezident İlham Əliyevin avqustun 4-də imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamında bəhs edilir.
Sərəncama əsasən, ölkə iqtisadiyyatında şəffaflığı artırmaq, maliyyə intizamını gücləndirmək , vergitutma bazasını genişləndirmək məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması nəzərdə tutulur.

Vergi öhdəlikləri...

Bundan başqa istiqamətlərdə patent vergi sisteminin tətbiqi də nəzərdə tutulur. Bununla, nağd pul hesablaşmaları, nəzarət-kassa aparatları tətbiq edilməyən sahələrinin dairəsi dəqiq müəyyənləşdiriləcək.

Üstəlik, nəzarət-kassa aparatları tətbiq etmədən fəaliyyət göstərən fiziki şəxslərin vergi öhdəlikləri aylıq sabit vergi formasında müəyyən ediləcək. Burada da, zoanlar və bölgələr fərqləndiriləcək. Bu aparılan araşdırmalar nəticəsinə bəlli olacaq.

Azərbaycanda vergidən yayınma maliyyə idarəetməsinin əsas problemlərindən sayılır. Patentin dəyəri bu və ya digər biznesin mümkün gəlirlərindən asılıdır. Əgər, kiminsə şəhərin mərkəzində ticarət obyektlərinin birinin satış sahəsi 50 kvadratmetr olan biznesi var. Bundan ötrü təxmini olaraq ayda 300 manat məbləğində patent vergi müəyyənləşdirilə bilər.

Buna da bax: Beynəlxalq Avtovağzalın sahibi Vircin adalarından çıxdı

Rəhbərin gizli işinə münasibət: Azərbaycanda və İslandiyada - [Video]

Rəhbərin gizli işinə münasibət: Azərbaycanda və İslandiyada - [Video]
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

XS
SM
MD
LG