Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:30

Azərbaycanın xaricə buraxılmayan biznesmenləri


Sərhəddə (Travel ban)
Sərhəddə (Travel ban)

Borcunu ödə, get xaricə...

Vergilər Nazirliyi vergi borcu olan və məhkəmə qərarına əsasən, rəhbərinin ölkədən getməsi yasaqlanan şirkətlərin siyahısını yeniləyib. Siyahıda ciddi şirkət rəhbərləri ilə yanaşı, çoxsaylı jurnalist araşdırmalarında adı gedən bir neçə şəxsin də adı var.

Vergi borcunun məbləği konfidensial olmasa da, nazirliyin məlumatında şirkətlərin borcunun məbləği açıqlamayıb. AzadlıqRadiosu-nun ayrıca araşdırması müəyyənləşdirib ki, borclar bir neçə yüz manatdan milyonlarla manatadək yüksəlir.

Adı proksi şirkətlərlə yanaşı çəkilən Şamil Qandayevdən xəbər var

Dövlət satınalmalarına qatılan şirkətlərə rəhbərlik edən Şamil Qandayevi 7,5 milyon manat vergi borcuna görə ölkədən çıxmağa qoymurlar...

Bakıda və ölkənin müxtəlif bölgələrində çoxsaylı şirkətlərə rəsmən rəhbərlik edən Şamil Ramazan oğlu Qandayevin ölkədən getməsi üçün üst-üstə 7 milyon 505 min 405 manat vergi borcunun ödənilməsi tələb olunur. Bu borc 17 şirkətə aiddir, amma əsas hissəsi (6 milyon 186 min 125 manat) birinin - «Memar Servis A» MMC-nin dövlət büdcəsi qarşısında öhdəliyindən qaynaqlanır.

Buna da bax:​ Vergi borcu nədən yaranır və niyə sürətlə artır?

Əcnəbilər də vətənə dönə bilmirlər

Siyahıdakı borclular arasında bir neçə xarici sərmayəli şirkət və xarici şirkətlərin ölkədəki nümayəndəlik və filialları da var.

Siyahıda ciddi şirkət rəhbərləri ilə yanaşı, çoxsaylı jurnalist araşdırmalarında adı gedən bir neçə şəxsin də adı var.

İranın «Əndişeyi Orman Təbriz» Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi Məhəmmədəli Ahandost 39 min 139 manata, ABŞ «Chemonics İnternational» şirkəti nümayəndəliyinin başçısı Morana Smodlaka 683 min 709 manata, İsveçrənin «Novanord Agroprom» şirkətinin rəhbəri Özcan Neşet 37 min 190 manat borca görə ölkədən çıxa bilmirlər.

Buna da bax:​ Əcnəbi iş adamlarının Azərbaycandan köçü

Türkiyənin «EMCN Yapı Endüstriyel İnşaat Sanayi ve Ticaret» MMC-nin direktoru Nihat Coşkun-un Azərbaycandan rahat çıxmasına 21 min 318 manat tələb olunur. «Raduga Stroy» MMC-nin direktoru Hasan Saray-ın Türkiyəyə qayıtmasına 4 min 789 manat, «Akser» MMC-nin direktoru Selamin Kaya-nın ölkəsinə dönməsinə 22 min 117 manat vergi borcunun bağlanması şərtdir.

Türkiyənin polimer borular buraxan «HJT-2000» şirkətinin 58 min 141 manat vergi borcu yığılıb.

Vergilər Nazirliyin borclu tərəfdaşları

Türkiyənin polimer borular buraxan «HJT-2000» şirkətinin 58 min 141 manat vergi borcu yığılıb.

Vergilər Nazirliyinin bir neçə iriməbləğli tenderlərinin qalibi olmuş «SE-TA Mimarlık-Mühendislik LTD» və «Aikon Cpit» şirkətlərinin büdcə qarşısında da böyük öhdəlikləri varmış. Adıgedən şirkətlər, müvafiq olaraq, 24 min 783 və 487 min 723 manat vergi borcunu ödəməlidir.

Buna da bax:​ Vergi borcuna görə əcnəbilər də ölkədən buraxılmır

Quru meyvəyə görə 3,2 milyon vergi borcu

Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov Samuxdakı «NAA Universal» və «NAA Agrotara» şirkətlərinin direktorudur. Xarici sərmayənin iştirakı ilə yaradılmış «Xəzər Beynəlxalq İnvestisiya Şirkəti» QSC-nin həmtəsisçisi olduğu bu şirkətlərin dövlət büdcəsinə nə az-nə çox, 3 milyon 260 min manatadək borcu yığılıb.

Tanınmış yerli şirkətlər

Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasovun... nə az-nə çox, 3 milyon 260 min manatadək borcu yığılıb.

Azərbaycanda 9 beton zavodu və 4 qum-çınqıl karxanasının mülkiyyətçisi olan «Akkord Beton» MMC dövlət büdcəsinə 448 min 636 manat vergi borcunu ödəməyə tələsmir. «Gəncə Dəyirman» ASC-nin vergi borcu da az deyil – 107 min 487 manat. Yaşayış evləri və s. daşınmaz əmlak tikintisi ilə məşğul olan «ANT İnşaat Təmir-Tikinti» MMC isə 832 min 227 manat vergini dövlət büdcəsinə ödəmir.

Un məmulatları və başqa ayaqüstü azuqə satışı ilə məşğul olan «Çudo Peçka» şirkəti 23 min 393 manat, «Binder» və «İmperial» markalı boya və boya məhsulları istehsal edən «Ankala» MMC 17 min 841 manat vergi borcunu ödəmədiklərindən, onların rəhbərləri də xaricə səfərə çıxmağa həsrət qalıblar.

Buna da bax:​ Banka borclu qalanların hansı hüquqları var - Ekspert izah edir

Səhmdarları arasında «Paşa Holding» MMC-nin də olduğu «Gəncə Sənaye Cihaz» ASC-nin 361 min manatdan çox vergi öhdəliyi yaranıb.

İri holdinqlərdən birinə yaxın olan «Blossom House» MMC 2 il öncə yaransa da, dövlət büdcəsinə 50 min 534 manat borclu qalıb.

Pambıq zavodlarının zorən «girov» direktorları

Səhmdarları arasında «Paşa Holding» MMC-nin də olduğu «Gəncə Sənaye Cihaz» ASC-nin 361 min manatdan çox vergi öhdəliyi yaranıb.

Borca görə ölkədən gedə bilməyən şəxslər arasında bir neçə pambıqtəmizləmə zavodunun rəhbərləri də yer alıb. «Qarabağ Pambıq» ASC-nin dövlət büdcəsinə 404 min 239 manat, «Beyləqan Pambıq» ASC-nin – 53 min 532 manat, «Azərcot» MMC-nin (3 zavodun idarəçiliyini icra edir) 33 min 263 manat, «İmişli Pambıq» ASC-nin 54 min 160 manat və «Ağcabədi Pambıq» ASC-ninsə 44 min 956 manat borcu var.

Vergilər Nazirliyi şirkət rəhbərlərinin ölkədən çıxışına qadağa qoyulmasını vergi borcunu məcburi ödətdirmə vasitələrindən biri kimi görür. Siyahının aybaay genişlənməsi və oraya yeni adların daxil edilməsi bunun elə də səmərəli üsul olmadığını göstərir.

XS
SM
MD
LG