Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:39
V.Putin və D.Peskov
V.Putin və D.Peskov

'Rusiya Dağlıq Qarabağın statusuna dair mövqeyini dəyişməyib'

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Laçından reportaj
Gözlə
Embed

No media source currently available

0:00 0:02:41 0:00

MN: 2783 hərbi qulluqçu həlak olub, 100-dən çoxu itkin düşüb

44 günlük savaşda Azərbaycan Silahlı Qüvvələrinin 2 min 783 nəfər hərbi qulluqçusu həlak olub

Bu barədə bu gün, dekabrın 3-də Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rəsmi açıqlamaya görə, onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir: "100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir".

Müdafiə Nazirliyi bildirir ki, həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaq: "Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir".

Zakir Həsənov Rüstəm Muradovla görüşüb

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov bu ölkənin Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradov ilə görüşüb.

Bu barədə bu gün, dekabrın 3-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Görüşdə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub", - məlumatda yazılıb.

Putin: "Vəzifəmiz – Paşinyanı dəstəkləməkdir"

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, hazırda Dağlıq Qarabağda atəşkəsin qorunmasının icrası üçün Ermənistanın baş nazirini və onun komandasını dəstəkləmək lazımdır. Bu haqda AzadlıqRadiosunun Ermənistan xidməti xəbər yayıb.

Putin bəyanatı KTMT-nin onlayn iclasında verib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi, şəxsən hökumətin bacısı ölkə üçün çox çətin, amma gərəkli qərarlar verməli olublar. O hesab edir ki, bunlar ağrılı olmaqla yanaşı, həm də vacib qərarlar idi, baş nazirdən böyük cəsarət tələb edirdi.

"Bu, aydın məsələdir və bu iclasa qatılan hər kəs bu cür qərarların qəbulunun məsuliyyət dərəcəsini anlayır. O bu məsuliyyəti üzərinə götürdü. İndi bizim vəzifəmiz həm baş naziri, həm də onun komandasını dəstəkləməkdir ki, dinc həyat qurulsun, qəbul olunan bütün qərarlar yerinə yetirilsin, çətin vəziyyətdə olan şəxslərə kömək göstərilsin", – Putin vurğulayıb.

Putin daha sonra deyib ki, KTMT-nin məsuliyyət zonasına daxil olan ərazidə vəziyyət problemsiz deyil və ümumi olaraq həll olunmayıb. "Dağlıq Qarabağ zonasında qan tökülməsini dayandırmaq, hərtərəfli atəşkəs əldə etmək və sabitləşmə prosesinə başlamaq üçün Rusiyanın fəal vasitəçilik cəhdləri tələb olundu. Biz, eyni zamanda, ATƏT-in Minsk qrupunda, özəlliklə onun həmsədrləri Rusiya, Birləşmiş Ştatlar və Fransa arasında əldə olunmuş əsas razılaşmalara əməl etdik", – Putin vurğulayıb.

Ermənistan, Azərbaycan və Rusiyanı liderləri noyabrın 9-da Dağlıq Qarabağda atəşkəslə bağlı üçtərəfli bəyanat imzalayıblar.

Davamı

XS
SM
MD
LG