Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:32
V.Putin və D.Peskov
V.Putin və D.Peskov

'Rusiya Dağlıq Qarabağın statusuna dair mövqeyini dəyişməyib'

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Avropa Parlamenti Türkiyəyə qarşı qətnamə qəbul edib

Avropa Parlamenti Avropa İttifaqına üzv ölkələri Türkiyənin Aralıq dənizindəki davarnışına görə Ankara qarşı sərt sanksiyalara çağıran qətnamə qəbul edib.

Avropa Parlamentinin saytında dərc olunmuş xəbərdə deyilir ki, qətnaməyə səsvermə moyabrın 26-da parlamentin plenar iclasında keçirilib.

Sənədin leyhinə 631, əleyhinə isə 3 deputat səs verib.

Qətnamədə deyilir ki, Avropa İttifaqı üzvləri Türkiyənin qanunsuz hərəkətlərinə münasibətdə vahid xətt tutmalıdırlar.

Sənəddə qeyd olunur ki, Türkiyənin Kiprin işğal edilmiş hissəsində Varoşa kurortunu açması Kipr probleminin çözümünə ciddi maneə yaradır:

“Avropa Parlamentinin deputatları Türkiyəni Varoşanı 1984-cü il 550 nömrəli BMT qətnaməsinə uyğun olaraq onun qanuni sakinlərinə verilməsinə və qanunsuz məskunlaşdırma yolu ilə adadakı demoqrafik balansı dəyişdirən bütün hərəkətlərdən çəkinməyə çağırırlar”.

Qətnamədə bu da xatırladılır ki, Ankaranın Aralıq dənizində, Liviya və Suriyadakı hərəkətlərinə və Dağlıq Qarabağ münaqişəsində “Azərbaycana göstərdiyi birbaşa dəstəyə” görə Türkiyə və Avropa İttifaqı arasında münasibətlər tarixən ən aşağı həddinə enib.

Avropa İttifaqı və Türkiyə arasındakı münasibətlər Avropa İttifaqı liderlərinin 10-11 dekabrda keçiriləcək sammitində diqqət mərkəzində olacaq.

Fransa, Yunanıstan və Kipr başda olmaqla bəzi Aİ üzvləri Türkiyə üzərinə sanksiyaların qoyulmasına çalışırlar.

Paşinyan Putinlə bir saat ərzində iki dəfə danışıb

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 27-nə keçən gecə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Bu haqda o, Facebook səhifəsində yazıb.

"Son bir saat ərzində Rusiya prezidenti Vladimir Putinlə iki dəfə telefonla danışdım", – Paşinyan gecəyarıdan keçəndən sonra yazıb.

"Əsas müzakirə mövzuları Laçın dəhlizi, itkin düşənlər, axtarış işləri, ölənlərin meyitlərinin qaytarılması, əsirlərin mübadiləsi, sülhməramlıların yerləşdirilməsi və delimitasiyası, eləcə də regionda nəqliyyat kommunikasiya xətlərinin açılmasıdır", – Paşinyan yazır.

Baş nazir qeyd edib ki, oxşar müzakirələr mütəmadi, bəzən gündə bir neçə dəfə aparılır, ancaq onların işçi xarakteri və tezliyini nəzərə alaraq, heç də həmişə informasiya yayılmır.

Fransa XİN Qarabağ qətnaməsini tanımır

"ATƏT-in Minsk qrupunun həmsədri olaraq biz danışıqlar yoluyla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, xüsusilə də Dağlıq Qarabağın gələcək statusu ilə məşğul olmalıyıq. Bu danışıqların nəticəsi öncədən birtərəfli qaydada müəyyənləşdirilə bilməz", – nazirlik bəyan edib.

Bəyanatda deyilir ki, bu gün Fransa üçün prioritet münaqişə nəticəsində evindən didərgin düşmüş şəxslərin təhlükəsiz qayıtması olmalıdır.

"Paris Minsk qrupunda həmsədrliyi çərçivəsində öhdəliklərinin icrasını davam etdirəcək, 9 noyabr atəşkəsinə dair razılaşmadan doğan kriteriyalar üzrə hərəkət edəcək", – deyən qurum muzdlu döyüşçülər və regiondakı tarixi, mədəni irsin qorunması məsələlərini qeyd edir.

Münaqişə zamanı tərəflər bir-birini muzdlu döyüşçülərdən istifadədə suçlayıblar. Azərbaycan rəsmiləri bu məsələni dəfələrlə təkzib ediblər.

Sentyabrın 25-də Fransa Senatı Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına çağıran qətnaməni 305 səslə qəbul edib. Bir senator layihənin əleyhinə səs verib.

Yerevanda bu tövsiyə xarakterli addım alqışlansa da, Azərbaycan onu kəskin tənqid edib. Fransanın Azərbaycandakı səfirinə nota təqdim olunub.

İlber Ortaylı Fransa senatının qərarı izah edir
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

Davamı

XS
SM
MD
LG