Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:16

Separatçılar: Xankəndi-Turşsu yolundan istifadə mümkün deyil


Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı fotoda Xankəndi-Turşsu yolu ilə hərəkət edən maşınlar görünür
Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı fotoda Xankəndi-Turşsu yolu ilə hərəkət edən maşınlar görünür

Azərbaycan qüvvələrinin ötən şənbə günü – martın 25-də irəliləməsi nəticəsində Xankəndi ilə Turşsu arasındakı torpaq yol tamamilə bağlanıb.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun Qarabağ separatçılarına istinadən yazır ki, onlar bu yoldan Xankəndi və Şuşa rayonunun dörd “kənd icması” arasında əlaqə üçün istifadə edirdilər.

Separatçı liderlərdən Artur Arutyunyan Azatutyuna deyib ki, bu yolla artıq heç bir hərəkət mümkün deyil, çünki Azərbaycan hərbçiləri tutduqları yüksəklikdən yola tamamilə nəzarət edirlər:

“İndi bu yol onların tutduqları yüksəklikdən tamamilə görünür və buna görə də yolla təhlükəsizlik baxımından hərəkət mümkün deyil. Onlar oradan bombalaya, güllə ata bilərlər və məqsədləri də Stepanakerti (Xankəndi-red) Xin Şen (Kiçik Qaladərəsi-red), Mets Şen (Böyük Qaladərəsi-red) və Lisaqorla (Turşsu-red) birləşdirən torpaq yolla hərəkəti dayandırmaq idi”.

Danışıqlar gedir

Azatutyunun yazdığına görə, ötən şənbə günü Xankəndidən verilən xəbərlərdə deyilirdi ki, Azərbaycan silahlı qüvvələri Şuşa-Turşsu sahəsində 9 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə müəyyən edilmiş təmas xəttini pozub.

Azatutyun yazır ki, Azərbaycan qüvvələrinin təmas xəttini və üçtərəfli bəyanatı pozaraq Sarıbaba dağından 2.9 kilometr şimal-şərqdəki yüksəkliyi ələ keçirdiyini Qarabağdakı Rusiya sülhməramlı kontingenti də təsdiq edib.

Separatçıların məlumatına görə hazırda sülhməramlılar Azərbaycan tərəfi ilə onların qüvvələrinin əvvəlki mövqelərə çəkilməsi üçün danışıqlar aparırlar.

Separatçılar yeni insidentin baş verdiyini deyirlər

Azatutyun bildirir ki, martın 27-də səhər Azərbaycan qüvvələri yaxınlıqdakı torpaq yolun üstündə yerləşən daha bir yüksəkliyə doğru irəliləmək istəyib, lakin önləyici hərəkətlərlə bu cəhdin qarşısı alınıb.

Azatutyun yazır ki, separatçılar söhbətin hansı “önləyici hərəkətlərdən” getdiyini demirlər.

Onlar yalnız bunu bildiriblər ki, insident barədə Rusiya sülhməramlılarına məlumat verilib.

Artur Arutyunyan Azatutyuna deyib:

“Onlar mövqelərini möhkəmlətməyə cəhd etdilər, lakin bu cəhdin qarşısı bizim birləşmələrimiz – müdafiə ordusu tərəfindən alındı. Onlar bəzi mövqe dəyişikliyi etməyə cəhd göstərirdilər”.

Azatutyun yazır ki, Bakı sözü gedən məlumatla bağlı hələ ki, heç bir açıqlama verməyib.

Rus sülhməramlılarının işi sizi qane edirmi? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Bakı bildirmişdi ki...

Bundan əvvəl, martın 25-də Azərbaycanın Müdafiə Nazirliyi bildirmişdi ki, Qarabağda səngər qazıntısının qarşısı alınıb.

Məlumatda hadisənin Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində müşahidə olunduğu bildirilirdi.

Nazirlik vurğulayırdı ki, kənd təsərrüfatı işləri adı altında səngər qazıntısına cəhd göstərilib, lakin görülən tədbirlər nəticəsində bu iş dayandırılıb.

Nazirlik bildirir ki, "qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən bəzi dağlıq və torpaq ərazilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirilir..."

Məlumatda bildirilirdi ki, silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Hərbçi anasının gileyi: 'Sənin oğlun 'köhnə' şəhiddir deyirlər, belə şey olar?'
Gözlə

No media source currently available

0:00 0:05:01 0:00

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG