Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:21

Xarkov atəşə tutulub, 17 nəfər həlak olub


Xarkovda vurulan ərazi
Xarkovda vurulan ərazi

Ukraynada Xarkov şəhərinin Saltovsk rayonundakı yataqxanaya raket zərbəsi endirilməsi nəticəsində həlak olanların sayı 17-yə çatıb.

Xarkov vilayəti administrasiyasının başçısı Oleh Sinequbovun məlumatlına görə daha 42 nəfər yaralanıb.

Bu da məlum olub ki, Xarkova endirilmiş raket zərbəsi nəticəsində ölənlərin arasında yeniyetmələr arasında hündürlüyə tullanma üzrə Avropa çempionu Yekaterina Tabaşnikin anası da var.

İdmançı özünün Instagram səhifəsində yazıb:

"Rus dünyası əziz anamın həyatını əlindən aldı. Məni evdən və bütün həyatımdan azad etdi. Sizə necə də nifrət edirəm”.

***

Ötən gecə Xarkovun ikinci dəfə atəşə tutulması nəticəsində daha iki nəfər həlak olub. Həmin zərbənin də yataqxanaya endirildiyi bildirilir. Beləliklə, ümumi ölü sayı 9-a çatıb.

***

Rusiyanın Müdafiə Nazirliyi Xarkovun raket atəşinə tutulmasını təsdiqləyib. Qurum “xarici muzdluların müvəqqəti bazasının yüksək dəqiqlikli silahlarla” vurulduğunu, “90-dan çox döyüşçünün məhv edildiyini” bildirib.

Ukrayna hakimiyyəti isə mərmilərin yaşayış evinə düşdüyünü, raketlərin iki yataqxananı dağıtdığını açıqlayıb. 9 nəfərin həlak olduğu, uşaqlar daxil olmaqla 30-dan çox yaralının olduğu xəbər verilir.

***

Ukrayna ordusu avqustun 18-də cənubi Xerson vilayətində Rusiyanın hücumunu dəf etdiyini bildirib. Şimaldakı Xarkov şəhərinin atəşə tutulması nəticəsində isə yeddi nəfər həlak olub, 16 nəfər yaralanıb.

Prezident Volodimir Zelenski Xarkovun atəşə tutulmasını, yataqxananın vurulmasını “rəzil və sinik” adlandırıb.

Xersonda hücum dəf olunub

“Xarkov üçün ağrıyırıq. Raket hücumu... Yataqxanaya... Bina tamamilə dağılıb. Dinc sakinlərə rəzil və sinik hücumun əsaslandırması yoxdur, təcavüzkarın gücsüzlüyünü göstərir. Unutmayacağıq, qisas alacağıq”, – Zelenski Telegram-da yazıb.

Ukraynanın cənubunda isə Xersondan şimal-şərqdə, Bilohirka şəhəri yaxınlığında Rusiya qüvvələrinin hücumunun qarşısının alındığı bildirilir. Məlumatı hərbi təhlilçi Oleh Jdanov yayıb.

Ukrayna ordusu 29 “işğalçı”nın öldürüldüyünü, artilleriya, zirehli texnika, hərbi sursat deposunun dağıdıldığını bildirir.

Bu iddiaları müstəqil təsdiqlətmək mümkün olmayıb.

“Strateji çıxmaz”

“Ötən aydan bəri Rusiya qüvvələri minimum irəliləyişə nail olub, bəzi hallarda biz irəliləmişik. İndi gördüyümüz ‘strateji çıxmaz’dır”, – prezidentin müşaviri Oleksey Arestoviç videomüraciətində söyləyib.

Britaniyanın Müdafiə Nazirliyi avqustun 18-də gündəlik kəşfiyyat bülletenində qeyd edir ki, komandirlərin aşağı səviyyədə döyüş intizamını bərqərar etməməsinin işğal başlayandan Rusiya qüvvələrinin ümumilikdə zəif perfomansında qismən rolu olub.

Kəşfiyyat Rusiya qüvvələrinin tank zirehini adekvat şəkildə quraşdıra və ona qulluq göstərə bilməməsini Moskvanın tank və zirehli texnika itkisinin böyük olmasının əsas səbəbi kimi görür. Bu nöqsanın 1994-cü il birinci Çeçen müharibəsində də nəzərə çarpdığı vurğulanır.

XS
SM
MD
LG