Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:44

Xırdalana metro xətti çəkiləcəkmi...


Bakıda 8 ilə 50 metro stansiyası tikiləcək? 'Bu, mümkün deyil'
Gözlə

No media source currently available

0:00 0:05:29 0:00

Bakıda 8 ilə 50 metro stansiyası tikiləcək? 'Bu, mümkün deyil'

Bugünlərdə Bakının Baş Planı açıqlandı. Plana əsasən, 2040-cı ilə qədər metro stansiyalarının sayının 25-dən 46-ya çatdırılması planlaşdırılır.

Baş Planın metroya aid bölümündə Xırdalanın adı da yer aldı. Amma daha sonra şəhərə metro çəkilişinin nəzərdə tutulmadığı açıqlandı.

Böyük söküntüyə səbəb ola bilər...

Ekspertlər hesab edir ki, Xırdalana metronun çəkilməsi vacibdir, bu, həm əhalinin nəqliyyat ehtiyacını ödəyəcək, həm də tıxacları azaldacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Turan"a bildirilib ki, 2040-cı ilə qədər Baş Planda Xırdalana metro xəttinin çəkilməsi nəzərdə tutulmur. Vurğulanıb ki, bir sıra texniki məsələlər, hələlik, buna imkan vermir: "Xırdalan əhalinin sıx məskunlaşdığı ərazidir və metro çəkilişi prosesi böyük bir söküntü ilə müşahidə oluna bilər".

"Rüşvətxor məmurlar torpaqları satıblar"

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə AzadlıqRadiosuna bildirib ki, Xırdalan metro şəbəkəsinin mərkəzində olmalıdır: "Xırdalan çox qısa zamanda böyük bir yaşayış məntəqəsinə çevrilib və bunun səbəbi də bəllidir: söküntüyə görə Bakının mərkəzindən köçürülən sakinlər evlərin daha ucuz olduğu oraya üz tutublar. İndi də o adamların böyük əksəriyyətinin Bakı ilə bağlılığı var - iş, təhsillə bağlı şəhərə gəlib-gedirlər".

Bu baxımdan ictimai nəqliyyatın önəmini vurğulayan ekspert Xırdalanı dəmiryol şəbəkəsinə də qoşmağı vacib sayır, bunun tıxacları azaldacağını deyir.

Necə olur ki, Praqada metroda gedişhaqqı Bakıdan ucuzdur?
Gözlə

No media source currently available

0:00 0:08:57 0:00

E.Muradlı hesab edir ki, Xırdalana metro çəkmək elə də böyük problem deyil: "Hazırda "Avtovağzal" stansiyası var və onu Xırdalana birləşdirmək o qədər də çətin iş deyil. Orada hətta Masazırı da nəzərə almaq olar. Amma vaxtilə səlahiyyəti olan rüşvətxor məmurlar torpaqları satıblar, qanunsuz tikililərə icazə veriblər. İndi isə oturub hesablayıb görürlər ki, böyük bir söküntü işlər aparılmalıdır və böyük pullar xərclənməlidir".

Onun fikrincə, yeraltı metronun alternativi də ola bilər. Belə ki, Bakıdan Sumqayıta yeni avtomobil yolunun çəkilməsi planlaşdırılır: "Bu yola paralel metro xətti də planlaşdırıla bilər. Onlar hesab edirlər ki, bütün metro stansiyaları yer altında olmalıdır. Amma metro stansiyası yerüstü də ola bilər. Bir çox ölkələrdə bu belədir".

XS
SM
MD
LG