Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:46

Yeni nazir Ramin Quluzadə kimdir?


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə

Prezidentin sərəncamı ilə yeni nazirlik yaradıldı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi. Ramin Quluzadə də nazir təyin edildi. Kimdir Ramin Quluzadə? Belə bir nazirlik niyə yaradıldı?

“İslahatlar, köhnə nazirlikdə izlərin itirilməsi və Ziya Məmmədovun yola salınması”

“Turan” İA-nın direktoru Mehman Əliyev yeni nazirliyin yaradılmasını bu üç amillə bağlayır.

Buna da bax:​ Ziya Məmmədovun nazirliyi başa çatdı

Turan Agentliyinin direktoru Mehman Əliyev
Turan Agentliyinin direktoru Mehman Əliyev

“Əvvəla, bu addım gözlənilən islahatlar, institusional dəyişikliklər, ixtisarlar, birləşmələr, sistemin idarə edilməsinin optimallaşdırılması ilə bağlıdır. Bu haqda çox danışılırdı. Gözləmək olar ki, həmin istiqamətdə bəzi strukturlarda növbəti addımlar atılacaq. İkincisi, Nəqliyyat Nazirliyi ölkədə ən çox vəsait xərcləyən nazirliklərdən olub, onun əliylə yollar salınıb, körpülər, yol qovşaqları tikilib, sərnişindaşımalar, yük daşımalar həyata keçirilib və s. Hesab edirəm ki, orda xeyli yeyinti problemləri olub və bu birləşmədən sonra həmin nazirliyin vaxtilə apardığı işlər, sənədləşmələr itib-batacaq. Bu da müəyyən izlərin itirilməsi deməkdir. Bax, bu da ikinci amildir. Üçüncüsü də, Ziya Məmmədov kimi nazirin, siyasi fiqurun yola salınmasıdır”, – Əliyev belə deyir.

Mehman Əliyev: 'Orda xeyli yeyinti problemləri olub və bu birləşmədən sonra ... sənədləşmələr itib-batacaq'
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00
Direct-ə keçid

Buna da bax: Ziya Məmmədovun qohumu məhkəmədə nələr danışdı?

“Ziya Məmmədovla bağlı qərar çoxdan verilmişdi”

Bəzi müşahidəçilər Ziya Məmmədovun yaxın vaxtlarda başqa posta təyinat alacağını istisna etməsələr də, Mehman Əliyev buna inanmır. Onun sözlərinə görə, Z. Məmmədovla bağlı qərar çoxdan verilmişdi:

“Böhran çox problemləri üzə çıxardı. Böhran başlayanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, Beynəlxalq Bankda, bank sistemində ciddi yoxlamalar başladı və pullar sayılmağa başlandı. Nə qədər oğurluq edildiyi, nöqsanlara yol verildiyi üzə çıxdı. Şəhər nəqliyyat departamentinin Ziya Məmmədovun əlindən alınaraq yenidən Bakı şəhər icra hakimiyyətinə verilməsi, Dəmiryol İdarəsi rəisinin sərbəst davranması onu göstərirdi ki, nəqliyyat naziri haqda qərar verilib, sadəcə, qərarın açıqlanması gözlənirdi. Ziya Məmmədovun problemləri böhran başlayanda başladı və üzə çıxdı”.

“Maliyyə imperiyası zəiflədilsə də...”

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

Siyasi şərhçi Azər Rəşidoğlu isə Ziya Məmmədovun başqa bir vəzifəyə gətiriləcəyini istisna etməyənlər sırasındadır: “O, yeni nazirin müavini, baş nazir və ya gözləmədiyimiz bir posta təyin edilə bilər”.

Buna da bax:​ İlham Əliyevdən yeni nazir təyinatı

Rəşidoğlunun fikrincə, Ziya Məmmədovun “maliyyə imperiyası” son zamanlar zəiflədilsə də, əlində “yetərli maliyyə mənbələri” qalmaqdadır və “belə bir insanın vəzifədən uzaqlaşdırılması hakimiyyətin özünə qarşı yönələ bilər”.

Azər Rəşidoğlu: 'Belə bir insanın vəzifədən uzaqlaşdırılması hakimiyyətin özünə qarşı yönələ bilər'
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00
Direct-ə keçid

“Kadr islahatı, ya rotasiyası?”

Siyasi şərhçi Mehman Əliyevdən fərqli olaraq baş verənləri islahat saymır. Onun sözlərinə görə, ölkədə sosial-iqtisadi böhran “o qədər dərinləşib ki, dəyişikliklər qaçılmazdır, hakimiyyət islahatlara “məhkumdur”. Ancaq Azər Rəşidoğlu son təyinatı kadr islahatı yox, “kadr rotasiyası” adlandırır.

“Bu idarəetmənin fəlsəfəsi, modeli dəyişməyincə, sosial və iqtisadi problemlərin aradan qaldırılması da imkansız olacaq. İdarəetmənin özü yanlışdır. Bu gün iqtisadi böhrandan qurtulmaq məqsədilə təqdim olunan yol xəritəsi özü də böhranı dərinləşdirməyə hesablanıb, nəinki onun həllinə. Buna görə idarəetmədə ciddi dəyişiklik baş verməsə, kadr rotasiyalarıyla, əvəzləmələrlə problem həll edilməyəcək. Bu, sadəcə, imitasiyadır”.

Buna da bax:​ Rabitəçilər işi: 'Bu adam mənə böhtan atır, protokola yazılsın'

Rəşidoğlunun sözlərinə görə, görünən həm də odur ki, hakim komanda “əvvəlki kimi, monolit deyil və klanlararası mübarizə gedir”. “Son təyinatlarda da hansı daxili qruplaşmanın rəqibinə qarşı mübarizədə üstünlük əldə etdiyini görmək olur”, – siyasi şərhçi deyir.

Yeni nazir Ramin Quluzadə kimdir?

Müşahidəçilər onun haqqında, demək olar, heç nə bilmirlər. Onu “Paşayevlər klanının kadrı” kimi təqdim edənlər də var. “2018-ci ilə hazırlıq gedir və Paşayevlər bütün postlara öz adamlarını gətirməyə çalışırlar”, – adının çəkilməsini istəməyən politoloq belə deyir.

Deputat Vahid Əhmədov Ramin Quluzadəylə tanışlığı olduğunu, onunla bəzi məsələləri müzakirə etdiyini bildirir, “belə bir nazirliyə rəhbərlik ona həvalə edilibsə, deməli, buna layiqdir” söyləyir.

Buna da bax:​ Ramin Quluzadə nazir müavini təyin olundu

Vahid Əhmədov
Vahid Əhmədov

Deputat naziri “sadə insan”, “gənc, perspektivli kadr” kimi xarakterizə edir: “Rabitə sahəsində bəzi problemləri onunla 40 dəqiqəlik söhbətdə müzakirə etmişəm. Pis kadr kimi tanımıram. Əlbəttə, bu sahədə təcrübə toplayacaq və bu sahəni inkişaf etdirəcək. Gənc, perspektivli kadrdır. Burda mənfi heç nə görmürəm”.

Vahid Əhmədov: 'Gənc, perspektivli kadrdır. Burda mənfi heç nə görmürəm'
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00
Direct-ə keçid

XATIRLATMA

Yeni naziri ictimaiyyət daha çox 2015-ci ilin sonu, 2016-cı ilin əvvəlində, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov işdən uzaqlaşdırılandan sonra tanımağa başlayıb.

Həmin zaman milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılmış və nazirliyin xeyli sayda əməkdaşı həbs edilmişdi. Az sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində araşdırmalar başlanmış və həbslər aparılmışdı.

Buna da bax: '2 min manat maaş alan nazirdə 6,8 milyon hardandır?' [yenilənib]

Ramin Quluzadə belə həssas zamanda adıçəkilən nazirliyə əvvəl birinci müavin, sonra nazir gətirildi. Nazirliyin saytında onun haqqında bəzi məlumatlar yerləşdirilib. Nazir 40 yaşındadır. Dövlət İqtisad Universitetinin məzundur. 2005-ci ildən ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi, “xeyriyyəçi qurum” kimi tanınan və maliyyə mənbələri açıqlanmayan Heydər Əliyev Fondunda işə başlayıb. Fonddakı fəaliyyəti 10 il davam edib. Orda işlədiyi müddətdə (2014-cü ildə) prezident onu “Tərəqqi” medalı ilə təltif edib.

2015-ci ilin noyabrında, 38 yaşında o, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib. Az sonra, 2016-cı ilin yanvarında nazir kimi fəaliyyətə başlayıb.

Buna da bax:​ 'Təmirə ayrılan pulun 35 faizini nazirliyin özünə qaytarırdıq'

2017-ci ilin fevralında isə o, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziridir. Görünən odur ki, Ramin Quluzadə nəqliyyat və ya rabitə, yüksək texnologiyalar sahəsinə yaxından bələd olmasa da, gənc yaşda karyera pilləsində sürətlə irəliləyir.

XS
SM
MD
LG