Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:49

Ekspert: 'Sayğaclaşmaya etirazı doğru saymıram'


Ekspert Rəşad Həsənov
Ekspert Rəşad Həsənov

Məcburi köçkünləri kommunal ödənişlərlə bağlı qərara etirazı, gəncləri biznesə həvəsləndirmək, pulsuz investisiya məsləhəti, qəbirstanlıq qiymətləri bu günkü ölkə mediasının toxunduğu mövzulardır.

“Yeni Müsavat” qəzeti yazır ki, hökumətin kommunal ödənişlərlə bağlı qərarı qaçqın və məcburi köçkünlərın narazılığına səbəb olub. Paytaxt Bakıda bir çox ünvanlarda məcburi köçkünlər etiraz aksiyaları keçirərək sayğacların quraşdırılmasına etiraz ediblər.

İqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a açıqlamasında bu qərarın məcburi köçkünlərin xeyrinə olduğunu diqqətə çatdırıb:

“Məcburi köçkünlərin sayğacları sökməsini, bu qərara etiraz etməsini doğru hesab etmirəm. Çünki hazırki mexanizm daha təkmil və mütərəqqi mexanizmdir. Əvvəlki variantda bəhs olunan sosial qrupun müdafiəsindən söhbət getsə də, eyni zamanda dövlət vəsaitinin təyinatında kənar istifadə olunması və mənimsənilməsi üçün də kifayət qədər imkanlar yaranırdı”.

Rəşad Həsənov bunun məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmətlərin keyfiyyətinə də təsir göstərəcəyini vurğulayıbı:

“Digər bir məqam odur ki, pulunu birbaşa ödədiyi üçün qaçqın və məcburi köçkün həmin kommunal xidmətin keyfiyyətini tələb edir. Bildiyimiz ki, məcburi köçkünlərin kütləvi şəkildə məskunlaşdığı ərazilərdə istifadə etdikləri kommunal xidmətlərin keyfiyyəti minimum həddə idi. Onlara çox keyfiyyətsiz və yarıtmaz kommunal xidmətlər təklif olunurdu. Bəzi hallarda onlara qaz verilmirdi. Hazırda isə kommunal xidmətlərin pulunu nağd şəkildə cibindən ödəyən məcburi köçkünhəmin xidmətlərin keyfiyyətini də tələb edəcək”.

Foto: arxiv
Foto: arxiv

“Gənc nəsil düzgün seçim etməlidir”

“Gəncləri düzgün seçim etməyə yönəltmək lazımdır. 2006-cı ildə dünyanın ən böyük 10 şirkətinin 5-i neft, 3-ü bank, 1-i sənaye və 1-i isə informasiya texnologiyaları (İT) şirkəti idi. 2016-cı ildə isə dünyanın ən böyük 10 şirkətinin 5-i İT, 1-i neft, 1-i sənaye, 1-i bank, 1-i səhiyyə, 1-i tibb şirkətidir”. Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili öz Facebook statusunda bildirib.

Tahir Mirkişilinin sözlərinə görə, son 10 il ərzində dəyişikliklər çox böyükdür:

“Dünyada neft sərvətlərini İT sərvətləri artıqlaması ilə əvəz edib. Növbəti 10 il ərzində 4-cü sənaye inqilabının təsiri ilə bu meyl daha da güclənəcək. İndidən gənc nəsil düzgün seçim etməlidir”.

“Pulu hara qoymalı?”

fins.az yazır ki,Azərbaycanda investisiya şirkətləri investisiya məsləhətlərini pullu verəcək. Ancaq sayt qeyd edir ki, “AzFinance” İnvestisiya şirkətiinvestisiya məsləhəti xidmətini pulsuz verəcək.

Manat
Manat

“AzFinance” İnvestisiya şirkətinin direktor müavini İntiqam Səfərəliyev bildirib ki, yanvarın 30-dan fevralın 15-dək fərdi şəkildə pulsuz investisiya məsləhətləri verəcəklər.

Şirkət arzu edənləri investisiyanı hara etmək, valyuta seçimi, bazarların seçimi, daşınmaz əmlaka, start-up layihələrinə və digər istiqamətlərə investisiya qoyulması ilə bağlı məsləhətlərlə təmin edəcək:

“İş həyatına təzə başlayan hər kəsin peşəkarın məsləhətinə hər zaman ehtiyacı var”, İntiqam Səfərəliyev bildirib.

“Dəfn və yas mərasimlərinə ildə 36 milyon manat xərclənir”

“Exo” qəzeti yazır ki, ölkənin iqtisadi vəziyyəti vətəndaşları bir çox xərclərə, o cümlədən, yas mərasimlərindəki xərclərə qənaətə məcbur edəcək.

Foto: arxiv
Foto: arxiv

Dayanıqlı İnkişaf Mərkəzinin rəhbəri Nəriman Ağayev “Exo”ya deyib ki, qəbiristanlıqda yer almaq 1,5-2 min manata başa gəlir.

O deyir ki, belə qiymətləri qəbiristanlıq rəhbərləri qoyur, rəsmi tarif deyil. Ekspert əlavə edir ki, ritual xidmətlər əsl biznesə dönüb, hərçənd, iqtisadi tənəzzül vətəndaşları dəfn mərasimlərinə qənaətə məcbur edir:

“Azərbaycanda il ərzində 72 minə yaxın adam ölür, onun ailə üzvləri dəfn və yas mərasimlərinə orta hesabla 5 min manat xərcləyir. Bu isə il ərzində ölkədə 36 milyon manatlıq dövriyyə deməkdir”.

Ancaq ekspertonu da vurğulayır ki, iqtisadi böhrana görə, yas yiyələri bəzi dini ritualları azaltmağa, bununla da xərclərdə qənaət etməyə başlayıb.

XS
SM
MD
LG