Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:04

"Bu yol can alır" 


İllüstrasiya
İllüstrasiya

►“Belə olmaz, həmin küçədə məktəb, uşaq bağçası yerləşir. Biz uşağı qurbanlıq böyütmürük"

"Bu yolda nə qədər insan canını tapşırıb. Bu yol can alır. Bir əncam çəkən yoxdur. Az qala, günaşırı qəza var".

Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə Lənkəranda “SU-8 yaşayış massivi” deyilən ərazidə yaşayan Həqiqət İsmayılova deyir.

Onun sözlərinə görə, yaşadıqları ərazidə nəqliyyat vasitələrinin sürətlə hərəkət etməsi səbəbindən tez-tez qəza baş verir.

“O KÜÇƏDƏN ƏSAS YOL KEÇİR”

Sakin deyir, ərazidəki "Şəhidlər Xiyabanı” küçəsində son bir neçə gündə baş verən yol qəzalarında dörd nəfər faciəli şəkildə ölüb:

"Həmin küçə bizdən təqribən 150 metr aralıdadır. Ölənlərin hamısı bizim küçənin sakinləridir. O küçədən əsas yol keçir. Şəhərlərarası avtovağzala çıxış da bu yolun üstündədir. Əsasən də buna görədir ki, orada maşınlar yüksək sürətlə hərəkət edir. Bunun qarşısı alınmasa, qurbanların sayı da günbəgün artacaq".

Ərazidə yaşayan İdris Hüseynovun da narahatlığı yoldandır. Onun sözlərinə görə, yoldakı son faciədən sonra yığışıb aksiya da keçiriblər:

"Tələbimiz budur ki, nəzarəti gücləndirsinlər, işıqforlar quraşdırsınlar, piyada keçidləri tikilsin. Bu ərazidən keçən maşınlar üçün sürət həddi yazılan lövhələr vurulsun. Belə olmaz, həmin küçədə məktəb, uşaq bağçası yerləşir. Biz uşağı qurbanlıq böyütmürük".

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“4 NƏFƏR CANINI TAPŞIRDI”

İdris Hüseynov deyir, bir neçə gün əvvəl yüksək sürətlə hərəkət edən "VAZ 21 099" markalı, 10 GJ 472 dövlət qeydiyyat nişanlı avtomobil bir neçə piyadanı vurub:

"Adamları vurub, özü də idarəetməni itirib, gedib girib ağaca. Gözümüzün qabağında dörd nəfər canını tapşırdı, neçəsi yaralandı. Hamısı da cavan-cavan uşaqlar..."

Sakin deyir, həmin avtomobili yol polisi qovurmuş. İndi sakinlər həmin yol polisinin də məsuliyyətə cəlb olunmasını tələb edir. Elə aksiyanın bir səbəbi də bu imiş.

“DYP TƏDBİR GÖRƏCƏK”

Lənkəran şəhər icra hakimiyyətindən AzadlıqRadiosuna bildirilib ki, sakinlərin müraciətləri dövlət yol polisinə çatdırılıb və yəqin ki, DYP özü bir tədbir görəcək:

"O ərazidə başqa sosial tələb ola bilməz. Şükür, işığı, qazı, suyu - hər şeyi qaydasındadır. Tələb konkret yolda baş verən qəzalarla bağlıdır. Adamların sıx yaşadıqları ərazidir. Yəqin ki, bir tədbir görülər".

Yeri gəlmişkən, bu məsələyə 3 gün əvvəl DİN mətbuat xidməti də münasibət bildirib. Xidmətdən AzadlıqRadiosuna bildirilib ki, sakinlərin işıqforla bağlı tələbləri araşdırılır.

Buna da bax: Özünü yandıran danışdı

Özünü yandıran Astara sakini danışdı...[VİDEO]
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

XS
SM
MD
LG