Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:19

Zelenski Erdoğanın səfəri barədə: ‘Güclü bir dövlətdən güclü dəstək’


Ukrayna və Türkiyə prezidentiləri Volodimir Zelenski və Recep Tayyip Erdoğan Lvovda görüşüblər
Ukrayna və Türkiyə prezidentiləri Volodimir Zelenski və Recep Tayyip Erdoğan Lvovda görüşüblər

Erdoğan deyib ki, o bu səfəri ilə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək nümayiş etdirib

Lvov şəhərində Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlarından sonra keçirilən birgə mətbuat konfransında Erdoğan deyib ki, o bu səfəri ilə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək nümayiş etdirib.

Zelenski Türkiyə prezidenti ilə danışıqlardan sonra bildirib ki, o Erdoğanla Quterreşlə müzakirə etdiyi məsələlər barədə danışıb və söhbət “taxıl daşımaları təşəbbüsününü təkmilləşdirilməsindən” və “Ukrayna taxılının Rusiya tərəfindən kütləvi oğurlanmasından”, habelə Zaporojye AES ətrafında yaranmış vəziyyətdən və Rusiyanın “nüvə şantajından” danışıb.

Zelenski qısaca deyib ki, onlar habelə “müdafiə sahəsində qarşılıqlı fəaliyyəti” müzakirə ediblər.

Ukrayna prezidenti bu fəaliyyətlərin nədən ibarət olmasının xırdalıqlarını açıqlamayıb.

O Türkiyə prezidentinin Ukraynaya səfərini “güclü dövlətdən güclü dəstəyin sanballı mesajı” adlandırıb.

Türkiyə mediası xəbər verirdi ki, Erdoğan Zelenskiyə Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlar təklif edə bilər.

Erdoğan daha əvvəllər belə təşəbbüslə çıxış edib.

Zelenski: Moskva ilə danışıqlar yalnız Rusiya işğal olunmuş ərazilərdən çıxandan sonra

Avqustun 18-də keçirilən mətbuat konfransında Erdoğan yaxın gələcəkdə Ukrayna və Rusiya arasında hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə razılaşma əldə etməyə çalışacağını deyib.

O əlavə edib ki, Zelenski və Quterreşlə görüşü barədə Putini məlumatlandıracaq.

Türkiyə NATO-nun digər üzvlərindən fərqli olaraq Ukraynada müharibəyə görə Rusiya ilə iqtisadi əlaqələrini qılrmayıb və Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmayıb.

Buna baxmayaraq Türkiyə 1936-cı Montrö sazişinə uyğun olaraq Bosfor və Dardanel boğazlarını hərbi gəmilərin keçidi üçün bağlayıb.

Rusiya ilə birbaşa danışıqlar məsələsi Zelenski ilə Quterreş arasında da müzakirə olunub.

Zelenski deyib ki, Moskva ilə birbaşa danışıqlar Rusiya qoşunları bütün qanunsuz işğal olunmuş torpaqlardan çıxarıldıqdan sonra mümkündür.

Erdoğan: “Daha bir Çernobıl istəmirik”

BMT-nin baş katibi Zaporojye AES ətrafında hərbsizləşdirilmiş zonanın yaradılmasına çağırıb.

O Zelenskinin belə bir tələbi ilə razılaşıb ki, Beynəlxalq Atam Energetikası Agentliyinin nümayəndə heyəti bu stansiyaya Rusiya tərəfindən işğal olunmuş ərazi ilə səfər etməməlidir.

Quterreş deyib ki, AES-in zədələnməsi “intihar” olardı, Erdoğan isə bildirib ki, “daha bir Çernobıl istəmirik”.

Quterreş bunu da bildirib ki, Yelenovkada baş vermiş partlayışda 53 ukraynalı əsirin ölməsi məsələsinin araşdırılması üçün tərtib olunan komissiyaya braziliyalı general rəhbərlik edəcək.

BBC xəbər verir ki, danışıqların keçirildiyi Pototski sarayının yaxınlığında yüzədək jurnalist vardı və ətraf küçələr bağlanmışdı.

Bu da xəbər verilir ki, Lvovda çox sayda Türkiyə nömrəli avtomobillər görünüb.

Erdoğan əvvəlcə təyyarə ilə Polşaya, oradan isə avtomobillə Ukraynaya gəlib.

***

Ukraynanın Lvov şəhərindəki Pototski sarayında Ukrayna və Türkiyə prezidentiləri Volodimir Zelenski və Recep Tayyip Erdoğan arasında danışıqlar başlanıb.

Bu barədə xəbəri A Haber və Anadolu agentlikləri yayıblar.

Xəbər verilir ki, tərəflər bu görüş zamanı Türkiyə-Ukrayna münasibətlərini, Ukrayna taxılının Qara dəniz üzərindən ixracına dair İstanbul razılaşmalarının icrasını, habelə Rusiyanın kənd təsərrüfatı məhsulunun ixracı üzərindən məhdudiyyətlərin qaldırılmasını və Kiyev və Moskva arasında sülh danışıqlarının bərpası mümkünlüyünü müzakirə etməlidirlər.

Zelenski və Erdoğan arasında danışıqlardan sonra iki prezidentin BMT-nin baş katibi Antonio Quterreşlə üçtərəfli görüşü olacaq. O da artıq Lvovdadır.

Ukrayna prezidenti artıq BMT baş katibi ilə ayrıca görüş keçirib və deyib ki, onlar BMT-nin taxılla bağlı təşəbbüsünü, hərbi əsirlərin dəyişdirilməsini və Zaporojye atom-elektrik stansiyasında yaranmış vəziyyəti müzakirə ediblər.

XS
SM
MD
LG